05 fev 23:29idman

İslam Həmrəyliyi Oyunları ilə bağlı bir çox detallar açıqlandı

İslam Həmrəyliyi Oyunları ilə bağlı bir çox detallar açıqlandı
Komanda növləri üzrə mübarizəyə erkən start veriləcək

Mayın 12-22-si aralığında Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı bəzi detallar ictimaiyyətə açıqlanıb. Artıq 20 növ üzrə 53 ölkənin idmançılarının Bakı-2017-də yarışacağı məlum olub. Ancaq ölkələrin sayının artacağı istisna deyil. Yarışda əlil idmançılar cüdo və atletikanın 2 növündə yarışacaq ki, bununla da ümumi növlərin sayı 23-ə çatır. Oyunlarda 16 yarış obyekti və yarışların keçirilməyəcəyi 8 obyektdən istifadə ediləcək. Ümumilikdə 279 medal dəsti uğrunda mübarizə gedəcək. Proqramda 17 olimpiya, 3 qeyri-olimpiya növü var. Artıq hansı obyektlərdə hansı yarışların keçiriləcəyi və turnirin təqvimi də müəyyənləşib. Suyatullanma və üzgüçülük yarışı Su İdmanı Sarayında keçiriləcək. Mayın 18-də start götürəcək yarışlar 4 gün davam edəcək. 3 metrlik tramplin, 10 metrlik platforma, sinxronlaşdırılmış 3 metrlik tramplin və sinxronlaşdırılmış 10 metrlik platforma üzrə 8 medal dəsti uğrunda mübarizə aparılacaq. Üzgüçülük üzrə mübarizəyə mayın 13-də start veriləcək. 5 gün ərzində 40 medal dəst medal paylanacaq. Burda həm kişilər, həm də qadınlar yarışacaq. Su polosu turniri Vaterpol Arenasında keçiriləcək. Bu növ üzrə yarışla üzgüçülük turnirinin keçirilmə tarixi eynidi. Burda yalnız kişilər qüvvəsini sınayacaq. Ancaq komandaların sayı hələ açıqlanmayıb. Atletika və paraatletikaya Bakı Olimpiya Stadionu (BOS) 5 gün ərzində qucaq açacaq. Mayın 16-dan 57 dəst medal uğrunda mübarizənin gedəcəyi BOS-da açılış və bağlanış mərasimləri də keçiriləcək. 3x3 basketbolu üzrə birincilik Basketbol Arenasında təşkil olunacaq. Mayın 18-dən 12 kişi və 12 qadın komandası 4 gün ərzində çıxış edəcək. İlk Avropa Oyunlarında olduğu kimi, boks azarkeşləri “Kristal Zal”a toplaşacaq. İslam Həmrəyliyi Oyunlarının ilk günündə başlayacaq yarışda 6 gün ərzində 10 çəki üzrə kişilər nəyə qadir olduqlarını nümayiş etdirəcəklər. Əsas diqqət mərkəzində olacaq futbol oyunları 4 stadionda keçiriləcək. Yalnız kişilərin çıxış edəcəyi yarışda 8 komanda 2 qrupa bölünəcək. Qrup oyunları mayın 9-da start götürəcək. “AZAL Arena” və “Bayıl Arena” qrup görüşlərini qəbul edəcək. Yarımfinallar “Dalğa Arena”da, final isə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Futbol yarışı 6 gün davam edəcək. İdman gimnastikası həm kişilər, həm də qadınlar arasında keçiriləcək. Mayın 13-də start götürəcək 3 günlük mübarizədə 12 dəst medal paylanacaq. Bundan bir gün əvvəl isə bədiii gimnastlar səhnəyə çıxacaq. Gimnastikanın bu növündə də yarışın müddəti 3 gün olacaq və 6 dəst medal uğrunda savaş gedəcək. Hər iki növ üzrə yarış Milli Gimnastika Arenasında təşkil olunacaq. “Sərhədçi”
həndbolçuların ixtiyarına veriləcək. Mayın 9-dan 15-dək həm kişilər, həm də qadınlar qalibi müəyyənləşdirəcək. İştirakçı komandaların sayı göstərilməyib. Cüdo və paracüdoya Heydər Əliyev adına İdman Arenası qucaq açacaq. Kişilər və qadınlar ümumilikdə 22 dəst medal uğrunda mübarizə aparacaq. Mayın 13-də start götürəcək yarış 3 günə yekunlaşacaq. Karateçilər Bakı İdman Sarayına toplaşacaq. Həm kata, həm də kumite üzrə kişi və qadınlar qüvvəsini sınayacaq. Mayın 13-14-də 12 medal dəsti sahibini tapacaq. Atıcılar Bakı Atıcılıq Mərkəzində dəqiqlik nümayiş etdirəcək. Güllə və stend atıcılığı üzrə 19 dəst medal paylanacaq. Mayın 13-də start götürəcək yarış 5 gün davam edəcək. Stolüstü tennisçilərə də “Sərhədçi”də yer veriləcək. Onlar mayın 17-22-si aralığında 4 dəst medal uğrunda yarışacaq. Bu növdə də həm kişilər, həm də qadınlar çıxış edəcək. Taekvondoçular Bakı İdman Sarayına sığınacaq. Kişilər və qadınlar 3 gün ərzində çıxışını başa vurmalıdı. Mayın 16-dan dayanq üzərinə çıxacaq taekvondoçular 16 medal dəstinə sahib çıxacaq. Böyük tennis yarışı Bakı Tennis Akademiyasında keçiriləcək. Mayın 12-dən kişilər və qadınlar həm fərdi, həm də cütlük şəklində hard kortda bacarığını nümayiş etdirəcək. 11 gün ərzində 6 dəst medal paylanacaq. İlk Avropa Oyunlarında olduğu kimi, voleybol yarışı “Kristal Zal”da keçiriləcək. Mayın 11-dən kişi və qadın komandaları mübarizəyə start verəcək. 10 gün boyunca davam edəcək yarışda iştirakçıların sayı açıqlanmayıb. Güləşsevərlər Heydər Əliyev adına İdman Arenasına üz tutmalı olacaq. Mayın 17-dən 22-dək yunan-Roma, sərbəst və qadın pəhləvanlar ümumilikdə 24 dəst medal uğrunda güləşəcək. Ağır Atletika yarışı Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasında reallaşacaq. Kişilər və qadınlar 5 gün “körpücüy”ə çıxacaq. Mayın 13-dən etibarən 16 çəkidə qaliblər müəyyənləşəcək. Qeyri-olimpiya növlərindən uşu yarışları Bakı İdman Sarayına salınıb. Yalnız kişilərin çıxış edəcəyi 3 günlük mübarizədə 7 çempion bəlli olacaq. Uşusevərlər mayın 20-dən həmin məkana üz tuta bilər. Zorxana isə “Kristal Zal”da keçiriləcək. Bu yarış da mayın 20-dən 22-dək davam edəcək. Milli idman növündə 12 medal dəsti sahibini tapacaq.
Atletlər kəndində 722 mənzildə 5544 çarpayı istifadəyə veriləcək. Hər gün 15 min nəfərlik yemək hazırlanacaq. Oyunlar boyunca 169 taksi, 144 avtobus və 10 minibus iştirakçıların ixtiyarına veriləcək. Sponsorlara gəlincə, 8 rəsmi tərəfdaş seçiləcək ki, bunlardan artıq ikisi - “MicroPlus” və “Fresco” ilə anlaşma əldə olunub. 10 rəsmi dəstəkçidən isə hələ ki biri (iTicket) məlumdu. Oyunların əsas məqamlarını təxminən 650-700 reklam agentliyi nümayiş etdirəcək.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:52 İslamiada xəbərləri Dünən, 17:51 Şəhriyar liderliyini davam etdirir Dünən, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı Dünən, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib Dünən, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq Dünən, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi Dünən, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? Dünən, 15:59 İlk oyunda məğlubiyyət Dünən, 15:58 Mövsümün ən az qol vurulan turu Dünən, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə Dünən, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu Dünən, 15:45 FİFA referiləri İslamiadada! Dünən, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur Dünən, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi Dünən, 15:36 TURUN MƏŞQÇİSİ Dünən, 15:35 TURUN SİTATI Dünən, 15:33 TURUN OYUNÇUSU Dünən, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu Dünən, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib Dünən, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək Dünən, 15:27 “Neftçi”yə yeni rəis gəlir Dünən, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi Dünən, 15:23 “Forza Neftçi” qərarını verdi Dünən, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı Dünən, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib Dünən, 15:16 Yunanıstana geniş heyətlə Dünən, 15:12 Pevtsov iki pillə irəlilədi Dünən, 15:11 Ən güclü boksçular müəyyənləşdi Dünən, 15:10 Tokioda medala yaxın düşmədilər 26-04-2017, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! 26-04-2017, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? 26-04-2017, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı 26-04-2017, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib 26-04-2017, 20:26 “Energetik” həkimin ümidinə qalıb 26-04-2017, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" 26-04-2017, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi 26-04-2017, 20:09 İslamiada xəbərləri 26-04-2017, 20:07 Azərbaycan derbisində yenə “sülh” 26-04-2017, 20:05 Kseniya “Beşiktaş”la sevindi 26-04-2017, 20:04 Dadaşov məyus oldu 26-04-2017, 20:02 Lider büdrədi, ancaq yıxılmadı 26-04-2017, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs 26-04-2017, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı 26-04-2017, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb 26-04-2017, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı 26-04-2017, 19:43 AZAL “Zirə”yə təslim olacaq? 26-04-2017, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi 26-04-2017, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək 26-04-2017, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv 26-04-2017, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... Bütün xəbərlər
Ən çox oxunanlar