05 fev 12:54idman

Yığmanın baş məşqçisi balakənli boksçunu fərqləndirdi

Yığmanın baş məşqçisi balakənli boksçunu fərqləndirdi
“Psixoloji durumu yaxşı olmadığından həmin döyüşü uduzdu”

Boks Mərkəzində keçirilən ölkə çempionatında ilk yaşandı. Belə ki, indiyə qədər yalnız kişi boksçular ölkə çempionlarını müəyyənləşdirmişdisə, bu dəfə ilk dəfə qadınlar arasında da analoji yarış baş tutdu. Ancaq zərif cinsin nümayəndələri arasında boksçu kasad olduğundan yalnız yüngül və orta çəkilərdə çıxış edənlər rinqə çıxdı. Yekunda Dinarə Fətəliyeva (48 kq), Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Məryəm Cəbrayılova (64 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Həm bu yarış, həm də başqa məsələlərlə bağlı qadınlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayevlə söhbət etdik.
- Qadınların ilk çempionatından razı qaldız?
- Bu il qadın boksçuların inkişafı üçün bu yarışı keçirməyi məqsədəuyğun saydıq. 10 çəkidən dördündə mübarizə baş tutdu. 48, 51, 57 və 64 kq-da qaliblər müəyyənləşdi. Bununla da yığma üçün seçim şansı əldə etdik. Başqa çəkilərdə lider boksçularımız var. Bu yarış ilk dəfə keçirilirdi.
- Bu çempionatda hansı qadın boksçuları kəşf etdiz?
- Balakəndən 2 bacı çempionatda iştirak etdi. Düzdü, 51 kq-da çıxış edən Çinarə Fətəliyeva yarımfinalda uduzdu. Ancaq onun bacısı Dinarə ölkə çempionu oldu. Baxmayaraq ki, onu komandaya yenicə cəlb etmişik. Hələ taktiki və texniki hazırlıq sarıdan çatışmazlıqları olsa da, böyük perspektiv vəd edir. 51 kq-da sürpriz baş vermədi. Gözlənildiyi kimi, Anaxanım Ağayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. 57 kq-da da proqnozlar doğruldu. “Qəbələ”ni təmsil edən Məhsəti Həmzəyeva elə əvvəldən bu kateqoriyada favorit sayılırdı.
- 4 aydı ki, yığmaya baş məşqçi təyin olunmusuz. Bu müddət ərzindəki fəaliyyətinizi necə dəyərləndirirsiz?
- Ötən ilin sonlarına yaxın Avropa çempionatında iştirak etdik. 8 boksçudan 4-ü vətənə medalla qayıtdı. Bunlardan biri “qızıl”, biri “gümüş”, ikisi isə “bürünc” oldu. 2016-cı ili belə başa vurduq. Ölkə çempionatından sonra komandanın heyəti tam müəyyənləşəcək. Bundan sonra hazırlıq prosesinə start veriləcək.
- Builki yarış proqramınız necədi?
- Bu ay Bolqarıstanda keçiriləcək turnir 2017-ci ildəki ilk beynəlxalq yarışımız olacaq. Bu il 4-5 turnirə qatılacağıq. Mühüm yarışlardan biri apreldə təşkil olunacaq Avropa Kubokudu. İslam Həmrəyliyi Oyunlarının proqramında qadın boksu yoxdu. Avropa və dünya çempionatı da bu ilə təsadüf etməyəcək. Qadınlar arasında AÇ və DÇ gələn il keçiriləcək.
- Bütün toplanışları Bakıda keçəcəksiz?
- Yox. Bu il ölkə xaricində 2 hazırlıq prosesimiz baş tutacaq. Təlim-məşq toplanışlarından biri Türkiyədə, digəri Ukraynada keçiriləcək. Həmçinin səfalı bölgələrimizdən birində hazırlıq prosesi keçməyi planlaşdırırıq.
- Buna qədər kişilərdən ibarət komandalarda işləmisiz...
- Bəli. Son 10 ildə yeniyetmə, gənclər və böyüklərdən ibarət yığmalarda məşqçilik etmişəm. Bildiyiniz kimi, dünya və Avropa çempionu Elvin Məmişzadənin şəxsi məşqçisiyəm. Həm Sumqayıtın, həm də “Gilan” İdman Klubunun məşqçisiyəm. 4 aydı ki, qadınlardan ibarət yığma mənə həvalə olunub.
- Zərif cinsin nümayəndələri ilə işləmək çətinlik törətmir? Axı qadın və kişinin mental düşüncə tərzində, fiziki quruluşunda böyük fərqlər var.
- Çalışırıq ki, işimiz qaydasında getsin. Məşqçi psixoloq olmağı bacarmalıdı. İdmançını psixoloji baxımından ələ almaq lazımdı. Azərbaycanda qadın boksunu inkişaf etdirmək üçün əlimizdən gələni edirik və edəcəyik. Bu mənada Azərbaycan Boks Federasiyasına (ABF) böyük təşəkkür düşür. Federasiya prezidenti (ABF-in başqanı Kəmaləddin Heydərovu nəzərdə tutur – S.) böyük qayğı göstərir. Qurumun qadın boksu üzrə vitse-prezidenti Vüsal Novruzovun da bu istiqamətdə gördüyü işləri, əməyini danmaq olmaz.
- İndi isə keçək kişi boksuna. Yığmanın bir neçə əsas üzvü çempionatda iştirak etdi. Rüfət Hüseynov (49 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədovun (91 kq) adını çəkmək olar. Ancaq bəzi aparıcı boksçular bu yarışı buraxdı ki, onlar arasında Elvin Məmişzadə (52 kq) də var. Yetirməniz hansı səbəbdən ölkə çempionatına qatılmadı?
- Onun zədəsi var idi. Bu üzdən yarışı buraxmaq məcburiyyətində qaldı. Fevralın 5-dən yığmanın təlim-məşq toplanışı başlayacaq. Həmin hazırlıq prosesinin əvvəlindən əsas komandaya qoşulacaq.
- Olimpiadaya dünya çempionu statusuyla yollanmışdı. Əksəriyyət onun da fəxri kürsüyə qalxacağını gözləyirdi. Ancaq ümidləri doğrultmadı. Məmişzadənin Olimpiya Oyunlarındakı zəif çıxışının səbəbini nədə görürsüz?
- Elvin daha öncə iki dəfə özbək Şaxobidin Zoirova qalib gəlmişdi. Bu üzdən 1/4 finalda bu rəqiblə qarşılaşanda sevinirdi. Fikirləşirdi ki, yenə qalib gələcək. Fikrimcə, psixoloji durumu yaxşı olmadığından həmin döyüşü uduzdu. Rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz. Elvin hərdən belə psixoloji hazırlıqla problem yaşayır. Rioda da bu halla üzləşdi. Olimpiadaya yollandıqdan 10 gün sonra rinqə çıxdı. Bu da öz təsirini göstərdi. Hər gün çəkini qaydasına salmaq çətindi. Döyüşləri izləyirsən və istəyirsən ki, sən də rinqə çıxasan. Ancaq gözləməyə məcbursan. Çünki hələ sənin döyüşəcəyin gün gəlib çıxmayıb. Bütün bunların hamısı Elvinə psixoloji cəhətdən çətinlik yaratdı. Nəticədə medalın bir addımlığında dayandı.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Bu gün, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Bu gün, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Bu gün, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Bu gün, 12:47 Miloş Velebit kimdi? Bu gün, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Bu gün, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Bu gün, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Bu gün, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Bu gün, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Bu gün, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Bu gün, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Bu gün, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Bu gün, 12:23 “Red Black Army” narahatdı Bu gün, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Bu gün, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Bu gün, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar