Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında ənənəvi “Novruz kuboku” davam edir. 20 yaşadək basketbolçulardan ibarət yığmamız 3-cü oyunda yerli “Politexnik”i darmadağın edib - 104:80. Tahir Baxşıyevin yetirmələri bu gün “Gines 29”la, sabah isə “Tulpar Skif”lə münasibətləri aydınlaşdıracaq. Qırğızıstan klublarıyla baş tutacaq görüşlərdən sonra komandamızın neçənci yeri tutacağı bəlli olacaq.