Gürcüstanın Batumi şəhərində şahmat üzrə fərdi Avropa çempionatı start götürüb. Martın 17-də ilk turun oyunları keçirilib. Təmsilçilərimizdən yalnız üçü qitə birinciliyinə qələbəylə başlayıb. Rauf Məmmədov (2709) Lusian-Kostin Mirona (Rumıniya, 2471), Eltac Səfərli (2639) Maksim Şekaçixinə (Rusiya, 2406), Nicat Abbasov (2608) isə Esat Bağlana (Türkiyə, 2341) qalib gəlib. Ülvi Sadıxov (2477) – David Navara (Çexiya, 2737), Qədir Hüseynov (2646) - Georgi Baqaturov (Gürcüstan, 2410), Bəhruz Rzayev (2390) - Viktor Erdoş (Macarıstan, 2627), Aydın Süleymanlı (2210) - Semyon Lomasov (Rusiya, 2551), Elşad Abdullayev (2168) - Vahap Sanal (Türkiyə, 2543), Aleksandr Triapişko (Rusiya, 2530) - Atilla Eynullayev (2147) və Kənan Əhədzadə (1965) - Pyotr Qolubka (Ukrayna, 2503) görüşləri heç-heçə başa çatıb. Vüqar Əsədli (2449) Yuri Kuzubov (Ukrayna, 2689), Abdulla Qədimbəyli (2416) Kaçper Piorun (Polşa, 2653), Orxan Abdulov (2412) Luk Şeyn (İngiltərə, 2647), Məhəmməd Muradlı (2398) Vladimir Onişuk (Ukrayna, 2632), Nail Bəşirli (2384) Sergey Jiqalko (Belarus, 2625), Rəvan Əliyev (2330) Falko Bindrix (Almaniya, 2602), Əhməd Əhmədzadə (2283) Arman Paşikian (Ermənistan, 2585), Vüqar Manafov (2263) Yevgeni Postni (İsrail, 2579), Kənan Qarayev (2252) Boqdan-Daniel Deak (Rumıniya, 2572), Xəyalə Abdulla (2248) Dennis Vaqner (Almaniya, 2566), Xəzər Babazadə (2230) Samvel Ter-Sahakyan (Ermənistan, 2553), Altay Eynullayev (2163) Vladislav Nevedniçi (Rumıniya, 2542), Read Səmədov (2099) Nikola Dyukiç (Monteneqro, 2523), Nərmin Söyünlü (2035) Tom Kantan (Latviya, 2508), Məhəmməd İsmayılov (2021) David Şengeliya (Avstriya, 2508), Elmar Atakişiyev (1999) Andreas Diermair (Avstriya, 2507), Fərid Orucov (1770) Yevgeni Zanan (İsrail, 2493), Süleyman Süleymanlı (1763) Aleksandra Qoryaçkina (Rusiya, 2491), Şahin Vəliyev (1634) isə Olqa Girya (Rusiya, 2482) qarşısında aciz qalıb.
Dünən isə 2-ci tur geridə qalıb. Jiri Stoçek (Çexiya, 2567) - Məmmədov, Dyukiç - Səfərli, Aram Hakobyan (Ermənistan, 2497) – Abbasov, At.Eynullayev - Vadim Moyseenko (Rusiya, 2552), Əhmədzadə - Daniel Fridman (Almaniya, 2637), Valeri Neverov (Ukrayna, 2480) – Qarayev, Əsədli - Oskar Oqlaza (Polşa, 2240), Yergus Pekak (Slovakiya, 2440) - Babazadə, Ravi Haria (İngiltərə, 2424) - Al.Eynullayev və Mihaela Sandu (Rumıniya, 2289) - Vəliyev partiyaları “sülh”lə yekunlaşıb. Sadıxov Maksim Matlakova (Rusiya, 2707), Rzayev Mustafa Yılmaza (Türkiyə, 2619), A.Süleymanlı Sanala, Abdullayev Qolubkaya, Əhədzadə Ruslan Ponomaryova (Ukrayna, 2697), Manafov Nikita Meskova (Latviya, 2536), Abdulla Oğulcan Kanmazalpa (Türkiyə, 2473), Söyünlü Anatoli Polivanova (Ukrayna, 2383), İsmayılov Dmitri Tokranova (Latviya, 2375), Orucov İrakli Axvledianiyə (Gürcüstan, 2318), S.Süleymanlı Luka Oboladzeyə (Gürcüstan, 2318) uduzub. Hüseynov Dəniz Özəni (Türkiyə, 2407), Qədimbəyli Martin Qebiqkeni (Almaniya, 2132), Abdulov Səmədovu, Muradlı David Ziroyanı (Ermənistan, 2080), Bəşirli Vitali Morozovu (Ukrayna, 2039), Atakişiyev Martin Kristian Huberi (Avstriya, 2372), Əliyev isə Akaki Qaliçavanı (Gürcüstan, 1796) məğlub edib. İlk iki turdan sonra Məmmədov, Səfərli, Abbasov və Hüseynov 1,5 xalla 34-92-ci pillələrdə qərarlaşıb. Bu gün 3-cü turun qarşılaşmaları baş tutacaq.