12 mar 18:35idman

Şəhriyar Məmmədyarov: atalar üçdən deyib!

Şəhriyar Məmmədyarov: atalar üçdən deyib!
“İndi də qalib olmasa, bəs nə vaxt olacaq?!”
Bu gün şahmat dünyasının gözü Almaniyanın paytaxtı Berlinə dikiləcək. Şahmat tacına İddiaçıların Turniri start götürəcək. Martın 28-dək dünyanın 8 tanınmış qrossmeysteri titul – Maqnus Karlsenə rəqib olmaq uğrunda mübarizə aparacaq. İndiyədək bu yarış bizim üçün xoş xatirələrlə yadda qalmayıb. Ancaq bu dəfə inam böyükdü. Çünki Şəhriyar Məmmədyarov (2809) titula əsas namizədlərdən sayılır.
Tarixə qısa səyahət
1948-ci ildə əsası qoyulan turnir müxtəlif dövrlərdə, müxtəlif reqlamentlərlə keçirilib. İlk dəfə bu yarışda ölkəmizi Şəhriyar və Teymur Rəcəbov təmsil edib. Əslində 2011-də Kazanda keçirilən yarış Bakıda təşkil olunmalıydı. Ancaq Levon Aronyanın təhlükəsizlik məsələsi gündəmə gəldiyindən FİDE yarış məkanını dəyişmək məcburiyyətində qaldı. Bununla belə, ölkəmizin təşkilatçı statusu saxlandığından iki şahmatçı ilə təmsil olunmaq hüququna xələl gəlmədi. Həmin yarışın reqlamentinə görə 8 iştirakçı pley-off sistemi ilə mübarizə apardı. Hər iki təmsilçimiz elə ilk mərhələdə sıradan çıxdı. Məmmədyarov sonradan turnirin qalibi olan israilli Boris Gelfanda, Rəcəbov isə rus Vladimir Kramnikə uduzdu. İki il sonra eyni sayda iştirakçı Londonda münasibətləri aydınlaşdırdı. Bu dəfə yarış dairəvi sistem üzrə keçirildi. Rəcəbov karyerasının ən bərbad turnirini keçirərək 4 xalla sonuncu yeri tutdu. Teymur məhz o yarışdan sonra hələ də özünə tam gələ bilməyib. 2014-də İddiaçıların Turnirini Rusiyanın Xantı-Mansiysk vilayəti qəbul etdi. Bu dəfə Məmmədyarov ölkəmizi təmsil etdi və 7 xalla 4-cü yeri tutdu. İki il sonra Moskvada keçirilən analoji yarışa isə heç bir yığma üzvü vəsiqə qazana bilməmişdi.
Heç vaxt belə iddialı olmayıb
Göründüyü kimi, bu, Şəhriyarın İddiaçıların Turnirində 3-cü cəhdidi. Necə deyərlər, atalar üçdən deyib. Məmmədyarov son iki ildə yüksələn qrafiklə hərəkət edir. Ardıcıl iki dəfə Şəmkirdə Vüqar Həşimov Memorialının qalibi olan sumqayıtlı qrossmeyster hazırkı yarışa “Qran-pri” seriyasının qalibi olmaqla vəsiqə qazanıb. Reytinq mövqeyinə və əmsalına görə bu il ölkə rekordunu yeniləyən Məmmədyarov heç vaxt olmadığı qədər forma yığıb. Yaradıcılığını bir qədər də genişləndirən həmyerlimizin özünəinamına söz ola bilməz. Yəqin ki, ardıcıl uğurlu çıxış psixoloji hazırlığın da qaydasında olmasından xəbər verir. Bircə qalır tarixi uğura imza atmaq. Qoy, Şəhriyar rəqiblərdən yox, rəqiblər reytinq-favorit olan Şəhriyardan çəkinsin!
Rəqiblərin şansları
Əlbəttə, İddiaçıların Turnirində say-seçmə şahmatçılar çıxış edirsə, zəif rəqib axtarmağa dəyməz. Hətta şansları ən aşağı göstərilən Aleksandr Qrişuk (Rusiya, 2767) və Dinq Liren (Çin, 2769) də sürpriz edə bilər. Amma kağız üzərində nisbətən önə çıxan adlar var. Levon Aronyan (Ermənistan, 2794) heç vaxt bu yarışın qalibi olmasa da, sabit çıxışı ilə seçilir. Əsəbləri qaydasında olan, soyuqqanlı şahmatçılardandı. Vladimir Kramnik (Rusiya, 2800) 8 iştirakçı arasında ən təcrübəlisidi. Belə yarışlarda məhz təcrübə də qələbə üçün lazımlı vasitələrdən biridi. Yanvarda Veyk-An-Zeedə keçirilən superturnirdə zəif təsir bağışlayan Fabiano Karuana (ABŞ, 2784) özünü yenidən sübut etmək üçün alışıb-yanırsa, onun komanda yoldaşı Uesli So (ABŞ, 2799) son illər sürətli yüksəliş əldə edən qrossmeysterdi və bunu məntiqi sonluğa çatdırmağa çalışacaq. Şübhəsiz, analoji yarışın son qalibi Sergey Karyakin (Rusiya, 2763) də Berlinə turist kimi yollanmayıb. Çətin vəziyyətlərdən çıxmağı bacaran rusiyalı qrossmeyster Karlsendən qisas almağın planlarını cızıb. Bunun üçün isə ilk növbədə Almaniyada hamını qabaqlamalıdı.
Maliyyəyə gəlincə...
Sözsüz, ulduzların toplaşdığı yarışın mükafat fondu da adına layiq olmalıdı. Berlindəki turnirin iştirakçılarına 420 min avro paylanacaq. Yarışın qalibi 95 min avro qazanacaq. Onun ən yaxın izləyicisinə 88 min avro çatacaq. İlk “3-lüy”ü qapayan qrossmeyster hesabına 75 min avro qatacaq. Sonrakı yerlərin sahibləri uyğun olaraq 55, 40, 28, 22 və 17 min avro əldə edəcək.
Mütəxəssis rəyi
Anar Allahverdiyev: “Şəhriyarın şanslarını yüksək qiymətləndirirəm. Reytinqinə görə dünyanın 2-ci şahmatçısıdı. İndi də qalib olmasa, bəs nə vaxt olacaq?! Titula namizədlərdən biri və elə birincisi elə Şəhriyardı. Vladimir Kramniki də namizəd saymaq olar. Çünki çox təcrübəli şahmatçıdı. Ümumiyyətlə, İddiaçılar Turnirində zəif iştirakçı yoxdu. Sergey Karyakini də siyahıdan silmək olmaz. Çünki sonuncu analoji yarışın qalibi məhz bu qrossmeyster olub. Şəhriyar yaxşı formadadı. Mixail Tal Memorialının rapid yarışında da özünü çox yaxşı nümayiş etdirdi. Məmmədyarovun çox böyük şansları var. Ondan böyük uğur gözləyirik. Rəqiblər arasında ona tərs gələn şahmatçı yoxdu. Şəhriyar universal zəka sahibidi. İstənilən situasiyadan çıxmaq variantları var. Hətta daha öncə kiminləsə oyunu alınmayıbsa, bu belə də davam edəcək anlamına gəlmir. Məsələn, Hikaru Nakamura uzun müddət Maqnus Karlsenə qalib gələ bilmirdi. Ancaq amerikalı qrossmeyster artıq bu sindromu qırıb. Bu üzdən belə statistik göstəricilərin həlledici olacağını düşünmürəm”.

Reaksiyalar
Aleksandr Qrişuk: “Turnirin favoritləri kimlərdi? Bunlar Kramnik, Karyakin, Liren, Aronyan, Məmmədyarov, Karuana və Sodu. Mənə gəlincə, heç bir yarışdan nəsə gözləmirəm. Mübarizə aparacam. Mənim üçün ən önəmlisi budu. Yekunda yarışı +2, +3 və +4 saldo ilə başa vura bilərəm. Ancaq bu haqda düşünmürəm. İddiaçılar Turnirində mənim üçün ən uyğun rəqib Şəhriyardı. Çünki onunla oyunlarda müsbət statistikam var".
Vladimir Kramnik: “Mənə elə gəlir ki, tarixdə ilk dəfə İddiaçılar Turnirində hansı şahmatçının qalib gələcəyini proqnozlaşdırmaq mümkün deyil. Adətən, bir-iki iddialı nisbətən önə çıxır. Ancaq bu dəfə hamının şansı eynidi”.
Sergey Karyakin: “Heç kimi qiymətləndirməyəcəm. Bütün iştirakçılar çox güclü şahmatçılardı. Aronyan güclü şahmatçı olsa da, son vaxtlar belə güclü yarışlara çox qatılmayıb. Bu da ona problem yarada bilər. İşini düzgün qura bilsə, çox təhlükəli rəqib olacaq. Əlbəttə, Kramnik bu yarışın ən təcrübəli iştirakçısıdı. So və Karuana gənc və təhlükəli qrossmeysterlərdi. Qrişukun da İddiaçılar Turnirində oynamaq təcrübəsi var. Bu yarışda zəif iştirakçı yoxdu”.
Vladimir Tukmakov: “Bu səkkiz şahmatçı arasında nisbətən önə çıxan qrossmeysterlər var. Birinci yer xüsusi pillədi. Kramnik, Aronyan və Məmmədyarovun adını favorit kimi çəkə bilərəm. 100 faiz əmin olmasam da, Karuananı da bu siyahıya əlavə etmək olar. İşə belə yanaşma müxtəlif turnir taktikalarını ortaya çıxarır. Sözsüz, yarışın qalibi olmaq istəyən şahmatçılar daha çox risk etməyə məhkumdu. Qeyd etdiyim “4-lük” içində Levon və Şəhriyar yaxşı əhval-ruhiyyədə olsalar, bu turnirdə optimal formada çıxış etsələr, turnirə xüsusi təsvir verəcəklər. Onlardan hansısa 4 oyundan 3 xal toplasa, bu turnirin gedişini tam dəyişəcək. Ancaq sözdə favorit olanların oyunları alınmasa, hətta autsayder belə ola bilərlər. Gərgin mübarizə getsə, finişə böyük qrup çata və yarış 1-ci yerə köklənməyən şahmatçının qələbəsi ilə yekunlaşa bilər”.

Maraqlıdı...
Nüfuzlu bukmeker kontorları İddiaçıların Turniri üçün əmsalları açıqlayıb. “Bwin”ə görə çempionluq şansı ən yüksək olan şahmatçı Aronyandı. Levonun qələbəsi 4 əmsalla qiymətləndirilir. Karuana (5,50) və Kramnikə (6) də kontorun inamı böyükdü. So, Karyakin və Məmmədyarovun qələbəsinə pul yatıranlar sərmayələrini 7 dəfə artıra bilər. Ən az şans Qrişuka (15) və Lirenə (17) verilir. “Marathonbet” isə ilk turun əmsallarını açıqlayıb. Şəhriyar ilk turda qara fiqurlarla oynadığından qələbəsinə yüksək əmsal (7,20) qoyulub. “Ağlar”la oynayacaq Karyakinin (5,80) uğur qazanmaq şansı nisbətən yüksək dəyərləndirilir. Ancaq ən böyük ehtimal münasibətləri çox yaxşı olan şahmatçıların heç-heçəyə razılaşmasıdı. “Sülh”ə pul yatıranların qazancı çox olmayacaq. Çünki bu dueldə heç-heçə əmsalı 1,35-ə bərabərdi. “Chess-news.ru” saytının sosial şəbəkədə keçirdiyi sorğunun qalibi də Aronyan olub. Səsverənlərin 33,2 faizi erməninin Maqnus Karlsenə rəqib olacağını düşünür. Kramnik (17,6), Karyakin (12,6), Məmmədyarov (11,6), Karuana (8,9), Qrişuk (8,2), So (5,5) və Liren (2,4) respondentlərdə böyük inam formalaşdırmayıb.
Bilin ki...
Mayın 27-dən iyunun 8-dək Norveçin Stavanqer şəhərində şahmat üzrə superturnir keçiriləcək. Yarışda ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək. Yığma üzvünün rəqibləri dünya çempionu Maqnus Karlsen (Norveç), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa), Fabiano Karuana (İtaliya), Vişvanatan Anand (Hindistan), Dinq Liren (Çin) və Sergey Karyakin (Rusiya) olacaq. Bir dövrəli sistem üzrə keçiriləcək turnirin qalibi 9 turun yekununda müəyyənləşəcək.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar