03 fev 18:34idman, manset

Bakı-2017-nin biletləri Novruz bayramında satışa çıxarılacaq

Bakı-2017-nin biletləri Novruz bayramında satışa çıxarılacaq
Dünən “Kristal Zal”da İslam Həmrəyliyi Oyunlarına 100 gün qalmasıyla bağlı tədbir keçirildi. Yüzdən artıq könüllünün iştirakıyla fləşmob təşkil olundu. Tədbirdən əvvəl könüllülər arasından 2 səfir jurnalistlər qarşısına çıxdı.
Nicat Səmədov: “İslam Həmrəyliyi Oyunlarına 100 gün qalıb. Bu münasibətlə hazırda “Kristal Zal”da fləşmob təşkil olunur. Biz də könüllü olaraq bu fləşmobun bir parçasına çevrilmişik. Bayırda soyuq olsa da, içəridə çox pozitiv enerji var. Çalışdığımız qədər əylənirik, yeni insanlarla tanış oluruq və çoxlu şəkillər çəkdiririk. Fləşmobda 100 yazılır və daha sonra göy qurşağına çevrilirik. Boş vaxtım yetərincə idi və bunu dəyərləndirmək üçün könüllü olmaq qərarına gəldim. Bu komandaya qoşuldum. Vaxtımı çox səmərəli keçirirəm. Müxtəlif tədbirlərin təşkilini həyata keçiririk. Fikrimcə, bu ən yaxşı İslam Həmrəyliyi Oyunları olacaq”.
Mahmud Səfiyev: “Bu yarış İslam dünyası və Azərbaycan üçün çox önəmlidi. Oyunların başlamasına 100 gün qalmasını fləşmobla qeyd edirik. Könüllülük insana təcrübə qazandırır. Yeni dostlar əldə edirsən. Bu proses gələcək işlərinin qurulmasında faydalı olur. Komanda ilə işin necə qurulduğunu öyrənirsən. Müəyyən iş rejiminə uyğunlaşırsan. Xarici dil biliyimizi təkmilləşdiririk. Ötən il “Formula-1” üzrə Avropa “Qran-pri”sində könüllü olmuşdum. Bu il isə İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcəm. Bu gün dünyada islamofobiya yayılıb. Dinimizi doğru tanıtmırlar. Bu oyunlar İslamın təbliğatını aparmaq, terror yox, sülhpərvər, qadın və kişiyə eyni hüququ tanıyan din olduğunu anlatmaq üçün çox vacibdi”.
Daha sonra Bakı-2017-nin korporativ direktoru Elçin Səfərov görülən və görüləcək işlərdən danışdı: “Bu gün bizim üçün əlamətdar gündü. Bütün irihəcmli yarışlara 100 günün qalması xüsusi qeyd olunur. Bu müddət ərzində həll etməli olduğumuz bəzi işlər var. Könüllülərimizlə tədrisimiz başlayır. 12500-dən artıq insan qeydiyyatdan keçib. Onlardan 8000-i könüllü kimi sıralarımıza cəlb olunacaq. Martın ilk həftəsinin son 3 günündə təlimlər baş tutacaq və seçim prosesi başa çatacaq. Könüllülərin 70 faizi Bakı-2015-də iştirak edənlərdi. Bu üzdən təlimlərə çox vaxtımız getməyəcək. Bəzi stadionlarda texniki-quraşdırma işlərini bitirməliyik. Nəqliyyat planını hazırlamalıq ki, oyunlar zamanı bu sahədə problem yaşanmasın. Həmin planın üzərində iş gedir. 6 aydı açılış mərasiminə hazırlığa başlamışıq. Sadəcə, məşqləri Bakı Olimpiya Stadionunda keçmirdik. Yanvarın 16-dan arenada fəaliyyətə başlamışıq. Hazırda sponsorluq müqavilələrinin imzalanması prosesi başlayıb. Tədricən bu haqda məlumat əldə edəcəksiz. Hazırda danışıq apardığımız şirkətlər var. Məsələn, bilet satışı ilə bağlı supermarketlərlə danışıq aparırıq ki, bu proses daha rahat getsin. Rəsmi tərəfdaşların seçim prosesi də paralel gedir. Yaxın günlərdə talismanımız da ictimaiyyətə açıqlanacaq. Şəhərin bir çox yerində hələ də ilk Avropa Oyunlarının brendləri qalıb. Talisman açıqlandıqdan sonra onları İslam Həmrəyliyi Oyunlarının brendləri ilə əvəzləyəcəyik”.
Səfərov biletlərlə bağlı bəzi məsələləri də açıqladı: “Bilet satışı ilk Avropa Oyunlarında olduğu kimi həyata keçiriləcək. Novruz bayramı günlərində biletlər satışa çıxarılacaq. Bakı-2017-nin biletlərinin qiyməti Bakı-2015-in biletlərinin qiyməti ilə eyni olacaq. Əsas arzumuz biletlərin onlayn satışının üstünlük təşkil etməsidi. Bu həm bizim işimizi asanlaşdırar, həm də işimizi plan üzrə qurmağa imkan verər. 260 mindən artıq bilet satışa çıxarılacaq. Satış sistemi eyni qayda üzrə aparılacaq. Ancaq bir qədər satış prosesi sadələşdiriləcək. Biletlərin arxasında qeyd olunacaq qaydalara əməl etmək lazımdı. Məsələn, yasaq əşyalarla arenalara giriş mümkün olmayacaq. Biletlərin ilkin statışı prosesi üçün endirim nəzərdə tutulmayıb. Manat devalvasiyaya məruz qalsa da, bilet qiymətlərini yüksək etməyəcəyik. Məqsədimiz əhalinin bütün təbəqəsinin biletləri almaq imkanı əldə etməsidi. Biz, adətən, yarışa 2-3 gün qalmış bilet alırıq. Ən yaxşı variant Novruzda onlayn şəkildə bilet əldə etməkdi”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23 Bütün xəbərlər
Ən çox oxunanlar