09 mar 00:24idman

Ölkə rekordçusu atletikaya marağın az olduğunu düşünür

Ölkə rekordçusu atletikaya marağın az olduğunu düşünür
Zəkiyyə Həsənovanın kumiri Useyn Boltdu
Atletika ölkəmizdə diqqət və qayğıya ehtiyac duyan idman növlərindən biridi. Ötən saylarımızın birində yığmanın baş məşqçisi Bəhruz Salehli də problemləri qabartmışdı. Müsahibədən belə çıxdı ki, bu sahədə çatışmazlıq yetərincədi. Bununla belə, istedadlar az-çox üzə çıxır. 200 metr məsafəyə qaçışda dünya çempionu olan Ramil Quliyev Azərbaycan atletika məktəbinin yetirməsidisə, əlavə sözə ehtiyac yoxdu. Son illər üçtəkanla tullanmada Nazim Babayev adından söz etdirir. Bu ildən isə Zəkiyyə Həsənova diqqətləri üzərinə çəkib. 22 yaşlı atlet təkcə bu il iki yarışda 60 metr qaçışda ölkə rekordunu yeniləyib. Bu idmançı ilə daha yaxından tanış olmaq qərarına gəldik. Bəlkə də ilk müsahibəsi olduğundan o qədər də ürəyini boşaltmadı. Hər halda, yetərincə özünə güvənən və iddialı sprinter olduğunu göstərdi.
- Əvvəlcə özünü oxucularımıza tanıtmağını istərdik.
- 1995-ci il avqustun 25-də Bakıda anadan olmuşam. Atletika ilə 15 yaşımdan məşğul oluram. Deyim ki, televiziyadan bu idman növünü izləyib maraq salmışam, belə deyil. Məktəbdə idman dərslərində yaxşı qaçırdım. Müəllimlər mənə məsləhət gördü ki, atletika ilə məşğul olum. İlk məşqçim Baba müəllim olub. Ancaq soyadı yadımda qalmayıb.
- Bəs valideynlərin idmanı seçməyini necə qarşıladı?
- Atam sərbəst güləşçi olub. Bu üzdən valideynlərim də atletikanı seçərkən heç bir problem yaratmadılar. Əksinə, mənə dəstək verdilər.
- İlk məşqlərini harda keçmisən?
- Karyerama elə “Neftçi”də başlamışam. Əmircandakı bazada məşqlərimizi keçirdik.
- Əvvəldən sprinter kimi başlamısan?
- Bəli.
- Yığmanın baş məşqçisi Bəhruz Salehli son 2 ildə nəticələrini xeyli yaxşılaşdırdığını dedi...
- Bəli. Sonu iki ildə 4 dəfə ölkə rekordunu yeniləmişəm. Ötən il Maltada keçirilən gənclər arasında Avropa Kubokunda 100, 200 metr məsafəyə qaçışda və estafet yarışında medal qazandım. Hazırda şəxsi məşqçim Marat Şərəfzəddinovdu.
- İndi məşqlərini harda keçirsən?
- Respublika Olimpiya Mərkəzində məşq edirəm. Hərdən ölkə xaricində də təlim-məşq toplanışı keçirik. Daha öncə Rusiyaya yollanmışdıq. İnşallah, martın 11-də Ukraynanın paytaxt Kiyevə gedəcəm. Orda ikihəftəlik hazırlıq prosesi baş tutacaq.
- Bu il üçün əsas hədəf nədi?
- Bu il gənclər arasında Avropa çempionatı olmadığından diqqətimi böyüklərin analoji yarışına yönəltmişəm. 100 və 200 metr qaçışda qitə birinciliyinə vəsiqə qazanmağa çalışacam. Fikrimcə, normativləri yığmaq mənim üçün çətin olmayacaq. Ancaq bununla da kifayətlənməyəcəm. AÇ-yə vəsiqə qazansam, medal uğrunda mübarizə aparacam.
- Atletikada kumirin var?
- Ən çox bəyəndiyim atlet Useyn Boltdu.
- Ölkədə özünə güclü rəqib görürsən?
- Açığı, yox.
- Səncə, 60 metrdə nəticəni nə qədər yaxşılaşdıra bilərsən?
- Qazaxıstanda 7,48, Türkiyədə isə 7,45 saniyəyə məsafəni qət edərək yeni ölkə rekordu müəyyənləşdirdim. Fikrimcə, bu nəticəni 7,30-a kimi yaxşılaşdıra bilərəm.
- Daha uğurlu çıxış etmək üçün nə olmalıdı?
- Vaxtı-vaxtında təlim-məşq toplanışlarında iştirak etsəm, nəticələrim də get-gedə yaxşılaşar.
- Düzünü de, aldığın maaş qane edir?
- Buna da şükür. Ancaq bir az da artırılsa, daha yaxşı olar.
- Gündə neçə saat məşq edirsən?
- 2-2,5 saat məşğul oluram. Ancaq bu müddət ərzində ağır məşq prosesi baş tutur. Hazırlığım axşamlar olur. İndi əsasən fiziki hazırlıq üzərində çalışıram.
- Qadın idmançılarımızın bir çoxu ailə həyatı qurduqdan sonra karyerasını bitirir. Sən bu haqda nə düşünürsən?
- Hələ ki evlənməyi düşünmürəm. Mənim üçün hazırda ən önəmli olan karyeramdı.
- Başqa hansı idman növüylə maraqlanırsan?
- Heç biri ilə. Yalnız atletika yarışlarını izləyirəm. Mən bu idman növünü çox sevirəm.
- Qadınlarda xüsusi simpatiya bəslədiyin sprinter var?
- Səmimi deyəcəm. Yalnız Boltun çıxışını diqqət mərkəzində saxlayıram. Qadınlarda adını xüsusi çəkəcəyim biri yoxdu.
- 100 və 200 metr qaçışda hansı dərəcəyə çatmağı arzulayırsan?
- Ötən il Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 100 metri 11,72, 200 metri isə 23,76 saniyəyə qət etmişdim. Hədəfim 100 metrdə 11, 200 metrdə isə 22 saniyəyə finişə çatmaqdı.
- Atletikada dopinq hallarına tez-tez rast gəlinir. Özünü yasaq maddələrdən qorumağa diqqət edirsən?
- Əlbəttə, çalışıram ki, təbii qidalardan istifadə edim. Daha çox meyvələrə üstünlük verirəm. Məşqçim də zərərli məhsullardan məni uzaq tutur.
- Ölkəmizdə atletikaya olan maraq və qayğını necə hiss edirsən?
- Zəifdi. Düzdü, azarkeşlər gəlir. Ancaq ölkə çempionatında sayları az idi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar