Qadın həndbolçular arasında ölkə çempionatında daha bir oyun keçirilib. “ABU Arena”da çempionluq uğrunda mübarizə aparan komandalar üz-üzə gəlib. “Azərsu” – “Nur” görüşü gərgin mübarizə şəraitində keçib. Respublika Narkoloji Mərkəzində baş verən yanğında həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edildiyi qarşılaşmada paytaxt təmsilçisi Mingəçevir klubuna minimal fərqlə qalib gəlib - 28:27. Maraqlıdı ki, ölkə çempionu bundan əvvəlki matçda “Qarabağ”a da bir top fərqiylə uduzmuşdu.
Həndboldan söz düşmüşkən, EHF klubların yeni reytinq siyahısını açıqlayıb. “Azəryol” mövqeyini yaxşılaşdırıb. Ötən cədvəldə 94-cü olan paytaxt klubu 154 xalla 89-cu pilləyə yüksəlib. 34 xala malik “Kür” isə 25 klubu geridə qoyub. Son ölkə çempionu 171-ci yerə yüksəlib. Qeyd edək ki, cədvələ hesabında 1682 xal olan Macarıstan “Qyori Audi ETO”su başçılıq edir.