Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçirilib. Yığmamız bu turnirə 36 (27 oğlan, 9 qız) cüdoçu ilə qatılıb. Bu göstəriciyə görə millimiz yalnız Türkiyə (141) və Qazaxıstandan (45) geri qalıb. Ümumilikdə 23 ölkədən 365 (223 oğlan, 142 qız) cüdoçunun qatıldığı yarışda idmançılarımızdan beşi fəxri kürsüyə qalxıb. Vüsalə Kərimova (44 kq) qızıl, İbrahim Ağakişiyev (81 kq), Yaqub İsmayılzadə (90 kq) və Toğrul Salmanov (+90 kq) gümüş, Səbinə Əliyeva (48 kq) isə bürünc medal qazanıb. Şükran Zamanlı, Azər Məmmədov (hər ikisi 50 kq), Nadir Zəkəryayev, Fuad Nəbiyev, Namiq Mirzəliyev, Məhərrəm Mehdiyev, Turan Bayramov, Sənan Əhmədov (hamısı 55 kq), Vilayət Cəlilli, Nahid İsmayılov, Murad Əlizadə (hamısı 60 kq), Vaqif Tarverdiyev, Xəyal Sadıqov, Rail Məmmədov (hamısı 66 kq), Seymur Soltanlı, Kamran Novruzov, Kənan Əliyev (hamısı 73 kq), Ruslan Safxanov, Elşən Davudlu (hər ikisi 81 kq), Firudin Umudlu, Elvin Mustafayev, Orxan Muradzadə (hamısı 90 kq), Toğrul Salmanov, Murad Nağıyev, Hüseyn Məmmədov (hamısı +90 kq), Şahnaz Əsgərova (44 kq), Aytac Qardaşxanlı, Fatimə Məmmədli (hər ikisi 48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (hər ikisi 52 kq), Fəridə Səfərova (57 kq) və Südabə Ağayeva (63 kq) fəxri kürsüdən kənarda qalıb. Yekunda yığmamız 1 “qızıl”, 3 “gümüş” və 1 “bürünc”lə komanda hesabında 3-cü yeri tutub. Türkiyə (7-5-13) və Qazaxıstan (5-2-7) millimizi qabaqlayıb.