01 fev 23:27idman, manset

Cavid Çələbiyev Tayfurun qardaşını məğlub etdi

Cavid Çələbiyev Tayfurun qardaşını məğlub etdi
Üçüncü yeri tutanlara bürünc medal verilmədi

Dünən Boks Mərkəzində ölkə çempionatına yekun vuruldu. Final görüşlərini canlı izləmək üçün arenaya yollanmaq qərarına gəldim. Düzdü, 15-20 il öncə Bakı İdman Sarayında keçirilən ölkə çempionatının ab-havası yox idi. Ancaq azarkeş qıtlığının yaşandığını da söyləmək olmaz. Qadınların yarışında səs-küyləri bir o qədər çıxmasa da, kişilərin mübarizəsinə rəng qata bildilər. İzləyicilərdən söz düşmüşkən, stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinova və taekvondo yığmamızın üzvü Fəridə Əzizovanın şəxsi məşqçisi Səbuhi Zülfüqarovu da Boks Mərkəzində görüb təəccübləndik. Onlar hara, boks hara...
Əksər final görüşləri maraqlı mübarizə şəraitində keçdi. Xüsusən bir neçə döyüş prinsipiallıq kəsb etdiyindən daha gərgin keçdi. Kişilərin ilk final görüşündə sürpriz nəticə qeydə alındı. Ən yüngül çəkidə yığmanın “1 nömrə”si sayılan Rüfət Hüseynov gözlənilmədən Araz İmaməliyevə uduzdu. Maraqlı saç düzümünə malik İmaməliyev ağıllı taktika hesabına Rio-2016-nın iştirakçısına qalib gəldi. Onun “Gilan”dakı komanda yoldaşı məğlubiyyəti həzm etmədiyindən nə rəqib məşqçiylə görüşdü, nə də mükafatlandırma mərasiminə qatıldı. Artıq bundan sonra 60 kq-da çıxış edəcək Cavid Çələbiyev yeni çəkidə özünü naşı göstərmədi. O, finalda gənc Sərxan Əliyevlə qarşılaşdı. Söhbət Tayfur Əliyevin qardaşından gedir. Tayfur isə bir müddət Cavidin yığmadan kənarda qalmasının səbəbkarı sayılır. Ötən il ölkə çempionatının finalında 56 kq-da Tayfurdan güclü olan Çələbiyev bu dəfə Sərxana dərs keçdi. Təcrübəli dünya çempionunun finala gedən yolda Elvin İsayevi üstələdiyini də nəzərinizə çatdıraq. Bundan sonra 60 kq-da ölkəmizi beynəlxalq yarışlarda Çələbiyev təmsil edəcək. Buna səbəb Albert Səlimovun karyerasını başa vurmasıdı. 69 və 75 kq-da final döyüşləri keçirilmədi. Tamerlan Abdullayev və İsmayıl Hüseynov zədələndiyindən müvafiq olaraq, Roman Zakirovla Olimpiadanın bürünc medalçısı Kamran Şahsuvarlı fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Rahib Məmmədli çox çalışsa da, Teymur Məmmədovun öhdəsindən gələ bilmədi. Avropa çempionu yenidən medallar qazandığı 91 kq-a qayıdıb. Ancaq bunun müvəqqəti olub-olmadığını zaman göstərəcək. Bu da Əbdülqədir Abdullayevlə baş tutacaq sınaq döyüşündən sonra bəlli olacaq. Teymur dağıstanlı boksçuyla bacarmasa, yenidən bəxtini 81 kq-da yoxlayacaq. Yeri gəlmişkən, Abdullayevlə yanaşı, “1 nömrələr”dən Elvin Məmişzadə (52 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) çempionatda iştirak etmədi. Yığmanın böyük məşqçisi Nəriman Abdullayev onların zədə üzündən yarışı buraxdığını söylədi. Bu boksçular fevralın 5-də Boks Mərkəzində başlayacaq təlim-məşq toplanışında ölkə çempionlarıyla birgə iştirak edəcək.
Komanda hesabında “Qəbələ” birinci, “Gilan” ikinci, “Rabitə” isə üçüncü yeri tutdu. Maraqlıdı ki, qadınların yarışında 3-cü yeri tutanlara bürünc medal verilmədi.
Qadınlar
49 kq: 1. Dinarə Fətəliyeva (Balakən), 2. İlahə Ağamirzəyeva (DİN), 3. Aytən Azayeva (Gömrükçü)
51 kq: 1. Anaxanım Ağayeva (Neftçi), 2. Viktoriya İsmayılova (Rabitə), Çinarə Fətəliyeva (Balakən)
57 kq: 1. Məhsəti Həmzəyeva (Qəbələ), 2. Aliyə Vəlizadə (Sədərək), 3. Jenya Belova (Kür)
64 kq: 1. Məryəm Cəbrayılova (Rabitə), 2. Şəhla Allahverdiyeva (Gilan), 3. –
Kişilər
49 kq: 1. Araz İmaməliyev (Gilan), 2. Rüfət Hüseynov (Gilan), 3. Cavid Dadaşov (DİN), Hacıbala Fərziyev (Gilan)
52 kq: 1. Məsud Yusifzadə (Rabitə), 2. Qoşqar Səfərli (DİN), 3. Ramazan Babayev (Gömrükçü), Valeh Nəcməddinov (Siyəzən)
56 kq: 1. Tayfur Əliyev (Naxçıvan). 2. Tural Əhmədov (Gilan), 3. Ruslan Rüstəmov (Rabitə), Malik Həsənov (Sədərək)
60 kq: 1. Cavid Çələbiyev (Qəbələ), 2. Sərxan Əliyev (Naxçıvan), 3. Elvin İsayev (Gilan), Nəsrəddin Məmmədov (Gilan)
64 kq: 1. 1. İman Əhmədli (Gilan), 2. Elnur Əliyev (Rabitə), 3. Kamran Baxşəliyev (Qəbələ), Pərviz Quliyev (Rabitə)
69 kq: 1. Roman Zakirov (Qəbələ), 2. Tamerlan Abdullayev (Qəbələ), 3. Pərviz Hüseynov (Gilan), Elnur Süleymanov (Gilan)
75 kq: 1. Kamran Şahsuvarlı (Qəbələ), 2. İsmayıl Hüseynov (Rabitə), 3. Hidayət Musayev (Kür), Elvin Məmmədov (Gilan)
81 kq: 1. Eldar Quliyev (Gilan), 2. Rauf Rəhimov (Qəbələ), 3. Arif Heydərov (Gəncə), Elxan Əliyev (Gilan)
91 kq: 1. Teymur Məmmədov (Rabitə), 2. Rahib Məmmədli (Sərhədçi), 3. Heydər Heydərov (Gilan), Orxan Abdiyev (Gilan)
+91 kq: 1. Ağalar Sadıqzadə (Naxçıvan), 2. Asəf Aslanlı (Qəbələ), 3. Cəlal Cəmilov (Abşeron), Sadiq Səmədov (DİN)
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar