01 fev 23:25idman

Yeni baş məşqçi Bakını bəyəndi

Yeni baş məşqçi Bakını bəyəndi
“Həyat yoldaşım valideynlərimə baxmalıdı”

Bildiyiniz kimi, boks yığmamıza bu ildən Leonid Layinski başçılıq edəcək. Ukraynalı mütəxəssis ölkə çempionatının final görüşlərini başdan sona qədər diqqətlə izlədi. Yarış başa çatdıqdan sonra çalışdırıcıya ayaqüstü bir neçə sual ünvanladıq.
- Daha öncə Bakıda olmusuz?
- Bu paytaxtınıza 6-7-ci səfərimdi. Buna kimi müxtəlif beynəlxalq yarışlarla bağlı Bakıya gəlmişəm.
- ABF-dən təklif gələndə müəyyən qədər tərəddüd keçirdiz? Çünki fərqli mentallığa sahib ölkədə çalışacaqsız.
- Qətiyyən. Mən işləməyi sevən insanam. Sonuncu dəfə burda 2010-cu ildə olmuşdum. Son 7 ildə Bakı çox dəyişib, gözəlləşib. Buna görə prezidentiniz İlham Əliyevə təşəkkür edirəm. ABF-yə də məni isti qarşıladıqlarına görə minnətdarlığımı bildirirəm. Qurum boksa ciddi qayğı göstərir. Çempionatın ilk günləri bir qədər ağır keçdi. Ancaq yarımfinaldan boksçuların səviyyəsi üzə çıxdı. Taktiki, texniki, funksional və psixoloji hazırlıq qaydasındadı.
- Ailənizi də bura gətirmisiz?
- Hələ ki təkəm. Çünki həyat yoldaşım valideynlərimə baxmalıdı. Artıq atamın 80, yoldaşımın atasının isə 75 yaşı var. Onlara qulluq etmək lazımdı. Ancaq hərdən yanıma gələcək. Fevralın 15-də doğum günümdü. Bu münasibətlə Bakıya gələcək (gülür).
- Çempionatımızın ümumi səviyyəsi haqda nə deyə bilərsiz?
- Sırf təşkilatçılıq sarıdan deyə bilərəm ki, hər şey əla idi.
- Hansı çəkidə rəqabətin daha güclü olduğunu söyləmək olar?
- Gördüyüm qədər deyə bilərəm ki, ən güclü kateqoriya 56 kq-dı. Bu çəkidə 8 güclü boksçu var idi. Qalan çəkilərdə isə 2-3 əlcək ustası daha çox seçilirdi. 81 və 91 kq-dakı rəqabət ürəyimcə olmadı.
- Təlim-məşq toplanışı və yarışlarla bağlı plan hazırdı?
- Bəli. Fevralın 5-dən burda hazırlıq prosesinə start verəcəyik. Bu il bizi ağır yarış qrafiki gözləyir. Avropa və dünya çempionatları ilə yanaşı, İslam Həmrəyliyi Oyunlarında da uğurlu çıxış etməliyik. Fevralın 20-28-i aralığında Bolqarıstanda keçiriləcək beynəlxalq turnirdə ölkə çempionlarını sınaqdan keçirəcəyik. Toplanışa hər çəkidən 4 boksçunu cəlb edəcəyik. Martın 14-dən 18-dək Bakıda keçiriləcək “İpək Yolu” turnirində toplanışda özünü ən yaxşı tərəfdən göstərən boksçulardan yararlanacağıq. Sizi də məşqlərimizi izləməyə dəvət edirəm.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar