30 yan 15:59idman

Azərbaycan “Qran-pri”sinə ilk bilet alan azarkeş Bakıya niyə gəlir?

Azərbaycan “Qran-pri”sinə ilk bilet alan azarkeş Bakıya niyə gəlir?
“Dəqiqəbaşı F5 yeniləmə düyməsini sıxaraq, saytı izləyirdim”

İyunda keçiriləcək “Formula-1” üzrə Azərbaycan “Qran-pri”si üçün endirimli erkən bilet satışının müddəti sona çatmaq üzrədi və həm ölkə daxilində, həm də xaricdə bu yarışa maraq gündən-günə artmaqdadı. 4 günlük biletlərə tətbiq edilən 30 faizlik endirim kampianiyası yanvarın 31-də sona çatacaq. Onlayn satışa start veriləndən bir neçə dəqiqə sonra ölkə xaricindən biletlər alınıb. İlk sifarişçi britaniyalı Stiv Pritçardi olub. Bakı Şəhər Halqasının mətbuat xidməti “Formula-1” azarkeşindən müsahibə alıb.
- Nə üçün bu il məhz Bakıya gəlməyə qərar verdiz?
- 2017-ci il dünya çempionatının “Qran-pri”lərindən birini canlı izləməyi hələ ötən ildən planlaşdırırdım. Ancaq hansı ölkəyə gedəcəyimə qərar verməmişdim. Daha öncə heç olmadığım bir ölkəyə səfər etməyi arzulayırdım. Ötən il Bakıda keçirilən Avropa “Qran-pri”sinə televiziyadan baxarkən, həyat yoldaşım Bakının gözəl olduğunu dedi və 2017-ci ildə həmin şəhərə getmək istəyib-istəmədiyimlə maraqlandı.
- Bilet satışının başlamsından necə xəbər tutduz?
- Mən Bakı Şəhər Halqasının “tvitter” səhifəsini izləməklə yanaşı, bu yarışın təşkilatçısı ilə email vasitəsilə əlaqə saxlayaraq, biletlərin nə zaman satışa çıxarılacağı ilə maraqlanmışdım.
- Nə üçün biletlərinizi bu qədər erkən əldə etməyə qərar verdiz?
- Yarışın təşkilatçısından aldığım elektron məktubda qeyd olunmuşdu ki, azarkeşlər bilet sifariş edərkən istəklərinə uyğun olaraq, əsas tribunanı seçmək imkanı əldə edəcəklər. Odu ki, bileti erkən sifariş vermək və istədiyim tribunada yer seçimi etmək imkanından faydalanmaq üçün cəhd göstərirdim. Qeyd olunmuşdu ki, biletlər yerli vaxtla günorta saat 12-də satışa çıxarılacaq. Bu isə İngiltərə vaxtı ilə səhər saat 8 idi. Onlayn bilet satışı bir qədər gecikmə ilə saytda yerləşdirilənə qədər saytı açıq saxlamışdım. Dəqiqəbaşı F5 yeniləmə düyməsini sıxaraq, saytı izləyirdim və ilk fürsətdə bilet sifarişimi verdim.
- Bakıda olarkən nələrlə tanış olmaq və nəyi təcrübədən keçirməyi düşünürsüz?
- Səfər müddətim kifayət qədər məhduddu. Odu ki, ətraflı tədqiq etmək imkanım olmayacaq. Amma düşünürəm ki, yerli mədəniyyətlə və mənzərələrlə tanış olmaq, həmçinin “Formula-1” və GP2 seriyalı yarışları izləmək və həftəsonu ərzində təşkil olunacaq konsert proqramlarına tamaşa etmək fürsətim olacaq.
- Bakı haqda geniş məlumat əldə edə bilmisiz?
- Bəli. Bakı və Azərbaycanla bağlı xeyli araşdırma aparmışam. Bu yaxınlarda sadələşdirilmiş viza prosesi haqda məlumatdan başlamış, istifadə edəcəyim mobil operator, qalacağım otelə ən yaxın mağaza ilə yanaşı, Azərbaycanın tarixi və bu ölkəyə səfərlə bağlı faydalı məsləhətlər əldə etmişəm.
- Daha öncə şəhər trekini canlı izləmisiz?
- Bəli. Şadam ki, 2012-ci ildə Sinqapur “Qran-pri”sinə canlı baxmışam.
- Bəs başqa “Qran-pri”lərdə olmusuz?
- Bir neçə dəfə Britaniya “Qran-pri”sində, Macarıstan, İtaliya və iki dəfə Əbu-Dabi “Qran-pri”sində tribunada olmuşam.
- “Formula-1”in yeni məkanlarda təşkil olunmasına münasibətiniz necədi?
- Düşünürəm ki, “Formula-1”in tarixi treklərində keçirilməsi zərurudi. Bununla belə, məsələn, Almaniyanın “Qran-pri”ni davamlı keçirə bilməməsi təəssüf doğurur. Eyni zamanda, yarışların yeni ölkələrdə təşkil olunması F-1 platformasını genişləndirməklə yanaşı, yeni məkanların dünyaya tanıdılmasında böyük rol oynayır. Məsələn, Sinqapur və ya Əbu-Dabidə “Qran-pri” təşkil olunmasaydı, yəqin ki, mən həmin ölkələrə səfər etməzdim.
- Yarış həftəsonunun yeni bir şəhərdə keçirilməsi sizin üçün nə dərəcədə özünəməxsus rol oynayır?
- Sadiq bir F-1 azarkeşi kimi qeyd edə bilərəm ki, hər yarış həftəsonu həyəcanvericidi. Lakin şəhər treklərinin özünəməxsus cəhəti odu ki, “Formula-1” trekindəki yarışların həyəcanı şəhərdəki bayram ab-havasına qarışır. Bakıda qalacağım otel trekin daxilində olduğu üçün bu tədbiri daha yaxından izləmək fürsətini səbirsizliklə gözləyirəm. Həmçinin tamaşaçılara məlum olan ənənəvi treklərdən fərqli, F-1-in “yeni” trekləri ətrafında yarış həftəsonunu daha da rəngarəng etmək üçün müxtəlif əlavə tədbirlər, məsələn, konsertlər təşkil olunur.
- “Formula-1”də hansı pilota və komandaya azarkeşlik edirsiz?
- Luis Hemiltona azarkeşlik edirəm. Bu üzdən onun komandasını – “Mercedes”i dəstəkləyirəm. Fikrimcə, bu il Luislə Valtteri Bottas arasında maraqlı mübarizənin şahidi olacağıq. Bununla yanaşı, “Uilyams”a da rəğbət bəsləyirəm.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar