Şənbə günü Voleybol Federasiyası (AVF) son iki il üçün Hesabat Konfransı keçirib. Dərnəgül Voleybol Mərkəzində baş tutan tədbirdə AVF-nin prezidentinin müşaviri, Rəyasət Heyətinin üzvü Əbülfəz Hüseynov ölkə voleybolunun son illərdə yüksələn xətlə hərəkət etdiyini deyib. O, ölkəmizdə keçirilən yarışlar haqda məlumat verib və Avropa çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirib.
Ardınca AVF-nin maliyyə məsələləri üzrə vitse-prezidenti Vəsilə Abulova hesabat verib. Daha sonra qurumun prezidenti Cavid Qurbanov, Milli Olimpiya Komitəsinin 1-ci vitse-prezidenti Çingiz Hüseynzadə, həmçinin deputatlar çıxış edib və voleybolumuza gələcək adına uğurlar diləyiblər.