25 fev 12:46idman

Tahir Baxşıyev türkmənlərə məğlubiyyəti normal sayır

Tahir Baxşıyev türkmənlərə məğlubiyyəti normal sayır
Baş məşqçi AÇ-nin təqvimindən razıdı
Ötən həftə Texniki Universitetin idman zalında 3x3 basketbolu üzrə turnir keçirildi. Həm qadınlar, həm də kişilər arasında təşkil olunan yarışda yerli komandalarla yanaşı, Türkmənistan təmsilçiləri mübarizə apardı. Maraqlıdı ki, qonaqlar həm kişilərin, həm də qadınların turnirində baş mükafata sahib çıxdı. Halbuki Türkmənistan basketbolu elə də güclü deyil. Finalda türkmənlərə uduzan “Old Dream Team”in kapitanı Tahir Baxşıyev məsələ ilə bağlı bunları dedi: “Baş məşqçisi olduğum NTD ilə Türkmənistanın komandası arasında 2 klassik basketbol oyunu keçirildi. İlk görüşdə uduzsaq da, ikincidə qələbə qazandıq. O ki qaldı 3x3 basketboluna, türkmənlər bu sahəyə daha çox diqqət ayırır. Belə deyim, onlar 3x3 basketbolu üzrə ixtisaslaşıblar. Həm də başqa səbəblər vardı. Məsələn, mən bir ay əvvəl ayağımdan əməliyyat olunmuşam. Komandamızda məndən başqa Fuad Niftəliyev, Zaur Paşayev və Anar Sarıyev kimi veteran basketbolçular var idi. Fiziki cəhətdən başdan sona kimi eyni tempdə mübarizə aparmaq bizə çətindi. Bu baxımdan nəticələri normal dəyərləndirirəm”.
Bildiyiniz kimi, aşağı yaş qrupları üzrə yığmalarımızın Avropa çempionatının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb. Baxşıyevin baş məşqçisi olduğu U-20 B divizionunun A qrupunda uyğun ardıcıllıqla Belarus, Latviya, Makedoniya və Belçika ilə qarşılaşacaq. Tahir bəy təqvimdən razıdı: “Fikrimcə, qrupun favoriti Latviyadı. Qalan komandalar, demək olar ki, eyni gücdədi. İlk gündə biz istirahət edəcəyik. Əvəzində Belarus Belçika ilə oynayacaq. Belədə Belarus ertəsi gün bizimlə görüşdə nisbətən yorğun olacaq. Üstəlik, onların ilk qarşılaşmasını izləmək və rəqibi təhlil etmək imkanımız yaranacaq. Bütün bunlar bizim üçün üstünlük sayıla bilər. Görək nə baş verəcək”.
Yeri gəlmişkən, bu gün Texniki Universitetin idman zalında ölkə çempionatının 9-cu turunun matçları keçiriləcək. Son çempion ilk dövrədə uduzduğu “Səksənlər”dən qisasını almağa çalışacaq. Yeniyetmələr debütantı, ötən həftə Samit Nuruzadənin yetirmələrindən sürpriz məğlubiyyət alan AzTOP isə “tələbələr”i sınağa çəkəcək: 11.00 Alov – U-16, 13.00 NTD – Səksənlər, 15.00 AzTOP – ADNSU.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar