20 fev 00:46idman

Cüdo yığmamız Avstriyada birinci oldu

Cüdo yığmamız Avstriyada birinci oldu
Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa Kuboku keçirilib. 60 kq-da dörd cüdoçumuz qüvvəsini sınayıb. Yanvarda analoji yarışın qalibi olan Tofiq Məmmədov avstriyalı Kimran Borçaşviliyə qalib gəlsə də, fransalı Luka Mxeidzeyə uduzub. Sadiq Məhərrəmov mərakeşli Məhəmməd Cafini sıradan çıxardıqdan sonra italyan Andrea Karlinoyla bacarmayıb. Kəramət Hüseynov debütdə mərakeşli İssam Bassu qarşısında aciz qalıb. Əvəzində Mehman Sadıqov avstriyalı Valentino Krnyiç, qazax Baurjan Narbayev, mərakeşli İssam Bassu, yapon Tatsuhiko Yamamoto və rusiyalı Həmzət Zairbekova qalib gəlməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 66 kq-da üç təmsilçimiz mübarizə aparıb. İlkin Babazadə filippinli Şugen Nakanoyla italyan Luici Brudettini üstələsə də, 1/4 finalda alman Manuel Şeybelə, təsəlliverici görüşdə isə italyan Manuel Lombardoya məğlub olub. Vüqar Şirinli avstriyalı Stefan Kudera və gürcü Laşa Giunaşvilini yenərək 1/4 finala adlayıb. Yarımfinalın biraddımlığında fransız Kevin Azemaya “ilişən” həmyerlimiz italyan Matteo Pirasla alman Manuel Şeybelə qalib gələrək bürünc medalla təsəlli tapıb. Bəxtini yuxarı kateqoriyada sınayan Orxan Səfərov 66 kq-da özünü yad hiss etməyib. Belə ki, cüdoçumuz yapon Takamasa Sueki, fransalı Matyas Buxer, belçikalı Kennet Van Qansbeke, italyan Manuel Lombardo, alman Manuel Şeybel və fransız Kevin Azemanı devirərək çempion olub. Telman Vəliyev (73 kq) tacik Mirzəcəmil Ramazanov, almaniyalı Şamil Cavbatırov, italyan Covanni Espozito və gürcü Omari Niazaşviliyə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə avstriyalı Lukas Reyterlə bacarmayan cüdoçumuz “gümüş”lə kifayətlənib. Onunla eyni çəkidə çıxış edən Paşa Əliyev alman Mauris Puexeli sıradan çıxarsa da, ikinci mərhələdə avstriyalı Driton Şala idmançımızı durdurub. 81 kq-da medal əldə edilməyib. Coşqun Abdullayev italyan Ermes Tosolinidən güclü olsa da, macar Friqyes Şabo qarşısında aciz qalıb. Afiq Süleymanov isə debütdə italyan Salvatore Darkoya uduzub. 90 kq-da 4 idmançımız çıxış edib. Startda bosniyalı Riyad Dedeiçi sıradan çıxaran Tural Səfquliyev yapon Kosuke Maşiyamaya yenilib. Qurban Qurbanov sloveniyalı David Kukovitsanı üstələdikdən sonra italyan Lorenzo Riqanoya uduzub. Məhəmməd Muradlı yapon Koşi Naqayı məyus etsə də, italyan Andrea Fuskoya məğlub olub. Firudin Dadaşov kanadalı Luis Krieber Qaqnon, avstriyalı Yohannes Paxer və rusiyalı Səid Jambekova gücünü göstərərək yarımfinala yüksəlib. Finalın bir addımlığında yapon Kosuke Maşiyamayla bacarmayan Dadaşov italyan Andrea Fuskonu üstələyərək “bürünc”ü boynundan asıb. Adil Kərimli (100 kq) gürcü David Ozbetelaşviliyə, Uşanqi Kokauri (+100 kq) isə italyan Vinçentso Darko qarşısında aciz qalıb. Kokauri ilə eyni kateqoriyada güləşən Şahin Qəhrəmanov qazax Ağigid Oralovla rus Anton Braçyova qalib gəldikdən sonra 1/4 finalda alman Sven Haynleyə, təsəlliverici görüşdə isə yapon Dayqo Kaqavaya uduzub. Yekunda hesabına 2 “qızıl”, 1 “gümüş” və 2 “bürünc” yazan millimiz komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (2-1-1) ikinci, Yaponiya (1-0-2) isə üçüncü olub.
İspaniyanın Fuenxirola şəhərində isə yeniyetmələr arasında Avropa Kuboku baş tutub. Yığmamız 32 cüdoçu (21 oğlan, 9 qız) ilə turnirə qatılıb ki, onların da yalnız beşi medal qazanıb. Vüsalə Kərimova (44 kq) bütün rəqiblərinə qalib gəlib. Mirağa Hacıyev (50 kq) və Yaqub İsmayılzadə (90 kq) yalnız finalda uduzub. Hacıbala Cəbrayılovla (73 kq) Toğrul Salmanov (+90 kq) isə üçüncü yeri tutub. Namiq Mirzəliyev Aqşin Baxşəliyev, Nicat Məmmədli, Şükran Zamanlı (hamısı 50 kq), Fuad Nəbiyev, Nadir Zəkəryayev, Orxan Cavadlı (hamısı 55 kq), Mətin Rzazadə, Zaməddin Poladov, Nəriman Mirzəyev, Rəşad Quluzadə, Murad Əlizadə (hamısı 60 kq), Orduxan Məmmədov, Rail Məmmədov, Xəyal Sadıqov, Vüqar Talıbov (hamısı 66 kq), İbrahim Ağakişiyev (81 kq), Səbinə Əliyeva, Aytac Qardaşxanlı (hər ikisi 48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (hər ikisi 52 kq), Zəhra Mehdiyeva (57 kq), Fidan Vəliyeva, Südabə Ağayeva (hər ikisi 63 kq) və Nərmin Əmirli (70 kq) fəxri kürsüdən kənarda qalıb. Beləliklə, 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan komandamız ilk “5-liy”i qapayıb. Yığmamızı Rusiya (3-2-5), Almaniya (2-2-2), İsrail (2-0-4) və İtaliya (1-3-4) qabaqlayıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Dünən, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Dünən, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Dünən, 20:59 Eddi və Renat qələbəyə sevindi Dünən, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Dünən, 20:57 Priştinada həqiqət anı Dünən, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Dünən, 20:53 U-19-un son sınağı Dünən, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Dünən, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Dünən, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Dünən, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Dünən, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Dünən, 20:42 U-21 yenə uduzdu Dünən, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Dünən, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Dünən, 20:29 Dedov oynadı, Koçuk baxdı Dünən, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Dünən, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Dünən, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Dünən, 17:40 Liderlərdən maksimum nəticə Dünən, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Dünən, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Dünən, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Dünən, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Dünən, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Dünən, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Dünən, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Dünən, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Dünən, 00:13 Missiyasını unudan azarkeşlər... Dünən, 00:12 15-ci qələbə, 229-cu futbolçu Dünən, 00:10 Həftənin idman proqramı Dünən, 00:09 Yığmadan əzmkar qələbə Dünən, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Dünən, 00:03 Lider yığmanı çətinliklə yendi Dünən, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı 19-11-2018, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi 19-11-2018, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar