18 fev 12:21idman

AMADA və AAAF-dan növbəti tədbir

AMADA və AAAF-dan növbəti tədbir
Fevralın 15-də “AAAF Park” Yaşayış Kompleksinin Konfrans salonunda Beynəlxalq Ağır Atletika Federasiyasının (İWF) təlimatına əsasən Ağır Atletika Federasiyası (AAAF) və Milli Anti-Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə növbəti anti-dopinq seminarı keçirilib. Tədbirdə dinləyici qismində idmançılar, müxtəlif klub və idman cəmiyyətlərini təmsil edən ixtisaslı mütəxəssislər, inzibati və rəhbər şəxslər iştirak edib. İlk öncə AAAF-ın baş katibi Rizvan Rəsulov çıxış edib. O, dopinqlə mübarizənin vacibliyini bir daha vurğulayıb, həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Rəsulov AMADA-nın fəaliyyətini müsbət dəyərləndirib, idmanda təmiz rəqabətin bərqərar edilməsi üçün bu qurumun gördüyü işləri yüksək qiymətləndirib. Federasiya tərəfindən son zamanlar atılan addımları xatırladan baş katib bu çalışmaların intensiv şəkildə davam etdiriləcəyini bildirib. Anti-dopinq seminarları vasitəsilə maarifləndirilmənin ümumi anti-dopinq mübarizəsinin əsas hissəslərindən biri hesab etdiyini qeyd edən natiq bu cür tədbirlərin mütəmadi keçirilməsinə çalışacaqlarını da deyib.
Daha sonra söz AMADA təmsilçiləri olan mühazirəçilərə verilib. Fərhad Abasov (hüquqşünas, AMADA), Emil Hacıyev (analitika üzrə menecer, AMADA), Kəmalə Babayeva (dopinq nəzarəti meneceri, AMADA) və Fərid Əliyev (Terapevtik İstifadə üçün İstisna (TUE) Komitəsinin sədr müavini) Anti-Dopinq Qayda Pozuntuları (ADRV), Dopinq Nəzarəti Prosesi (Doping Control Process), Məkan Məlumatı (Whereabouts), Qadağan edilmiş Maddələr və Üsullar Siyahısı (Prohibited List), Terapevtik İstifadə üçün İstisnalar (TUE) kimi mövzular haqda ətraflı məlumat verib. İştirakçılara yasaq maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, yenilənən siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, Terapevtik İstifadə üçün İstisnalar və digər vacib məqamlar haqda geniş məlumat verilib. Proyektor vasitəsilə deyilənlər əyani şəkildə göstərilib. Seminar interaktiv halda aparılıb, iştirakçılar onları maraqlandıran sualları verərək cavab alıb, maraqlı müzakirələr gedib. Anonim dopinq sorğusunda da iştirak edən idmançılara sonda maarifləndirici buklet və kitabçalar paylanıb. AAAF-ın son zamanlar dopinqlə mübarizəyə sərf etdiyi əmək, görülən işlər, əldə olunan nəticələr təqdir edilib. Qeyd olunub ki, yasaq maddələrdən istifadə edərək nəticə qazanmaq istəyi böyük bəladı və onun qarşısını almaq üçün böyük vaxt və çalışma tələb edir. Federasiya bu istiqamətdə xüsusilə də gənc nəslin maarifləndirilməsinə böyük önəm verir, idmançıların onları gözlədiyi təhlükəni bilmələri, dərk etmələri üçün əlindən gələni edir.
AMADA-nın fəaliyyəti də vurğulanmalıdı. Bu qurumun əsas funksiyaları anti-dopinq proqramının idarəetməsi və təşviqatı, yarışma müddəti və yarışmadan kənar müddətdə testlər keçirmək, sonradan nəticələri emal etmək, idmançıların maarifləndirilməsi, dopinqin aşkarlanması, qarşısının alınması, profilaktikası və cəmiyyət, idman ictimaiyyəti arasında idmanda dopinq istifadəsinin qarşısının alınması məqsədilə məlumatlandırmaqdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 11:32 “Bu təcrübəni Foqtsun dövründəki Azərbaycan millisindən götürmüşdük” Bu gün, 11:30 Basketbol Federasiyası boykotçuları təxribatda suçladı Bu gün, 11:26 “Çelik” “Sumqayıt”la oyunda pul qazanmaq istəyirmiş Bu gün, 11:24 “CBC Sport” Antalyadan dörd yoxlama oyununu göstərəcək Bu gün, 11:22 “Qarabağ”ın hücumçusu “Neftçi”yə mesaj göndərdi Bu gün, 11:18 Bizimkilərin yoldaşlıq oyunları sərgüzəştləri Bu gün, 11:17 Nazarov üçüncü hissədə oynadı Bu gün, 11:16 "Səbail" ukraynalıları məğlub etdi Bu gün, 11:15 Beşgünlük tura təyinatlar açıqlandı Bu gün, 11:13 “Qəbələ” nigeriyalını baxışdan keçirəcək Bu gün, 11:12 İmaməliyevin əvəzinə çempion məşqçi Bu gün, 11:10 Stoylov yenidən Qazaxıstanda çalışmaq istəmir Bu gün, 11:08 AFFA millilərlə bağlı strategiyasını dəyişməyib Bu gün, 11:07 “Hövsan”ın sponsoru olsa... Bu gün, 11:05 BKFF şəhidləri andı, “Müşfiq” bir həftəyə 6 xal qazandı Bu gün, 11:04 "Liman" sahilə yan aldı, "kapitan"ı "ağ bayraq qaldırdı" Bu gün, 11:01 Qazandığını haqq edən legionerlər Bu gün, 10:59 Namiq Ələsgərov azarkeşlərin dəstəyinə ümid edir Bu gün, 10:57 “Forza Neftçi” bu gün önəmli qərar verəcək 21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ Bütün xəbərlər
Ən çox oxunanlar