29 yan 17:07idman, manset

Həndbol Federasiyasının yeni strukturu müəyyənləşib

Həndbol Federasiyasının yeni strukturu müəyyənləşib
ABU “Azəryol” oldu, “Nur”, Gənclərbirliyi” və “Qarabağ” klubları yaradıldı

Dekabrın 1-də Həndbol Federasiyasında (AHF) çoxdan gözlənilən radikal dəyişiklik baş verdi. Heydər Babayev axır ki prezident postunu tərk etdi. Onun xələfi isə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov oldu. Yeni prezident Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən Hesabat-seçki Konfransında bunları demişdi: "Vaxtilə həndbol üzrə yığmanın üzvü olmuşam. O dövrdə bu növə böyük maraq olub. Niyə biz idman qurğularının yüksək səviyyədə olduğu, cənab prezident tərəfindən dəstək verildiyi halda, həndbolu inkişaf etdirməyək? İdman çox böyük strategiya əsasında işlənilməlidi. Etiraf edək ki, bir komanda ilə bu idman növünü inkişaf etdirə bilmərik".
Bundan sonra təxminən bir aylıq sükut yarandı. Hansısa addımın atıldığını görmədik. Yanvardan fəaliyyətə start verilib. Artıq federasiyanın yeni strukturu müəyyənləşib. AHF-nin 2 vitse-prezidenti seçilib. Rəfiqə Şabanova postunu qoruyub. Yeni vitse-prezident isə Orxan Abbasovdu. “Azəryol” voleybol klubunun sabiq icraçı direktoru Yusif Atakişiyev federasiyanın baş katibi seçilib. İsgəndər Əsgərov idman, Ernest Ağakişiyevlə Vaqif Əliyev beynəlxalq şöbəyə rəhbərlik edəcək. Federasiyada baş hakim Ələkbər Ağakişiyev olacaq. Məşqçilər Şurası isə Hikmət Abdullayevlə olimpiya çempionu Lyudmila Şubinaya həvalə edilib. Abdullayev həm də kişilərdən ibarət yığmanın baş məşqçisi funksiyasını yerinə yetirəcək. Qadınlar isə Georgi Voronova tapşırılıb. Ukraynalı mütəxəssis zərif cinsin nümayəndələrini İslam Həmrəyliyi Oyunlarına hazırlaşdıracaq. Dəfələrlə ölkə çempionu olmuş, son illər avrokuboklardakı yeganə təmsilçimiz ABU-nun da adı dəyişir. Yeni ad “Azəryol” olacaq. Ancaq 2001-dən fəaliyyət göstərən klub adını rəsmən “Çağırış” kubokundakı çıxışını başa vurduqdan sonra dəyişəcək.
Dünən AHF-in idman şöbəsinin rəhbəri İsgəndər Əsgərovla əlaqə saxlayıb, başqa yeni informasiyalar da əldə etdik: “Yanvarın 4-də federasiyanın strukturu müəyyənləşdi. Vitse-prezidentlər, baş katib, şöbə müdirləri, yığmaların baş məşqçiləri seçildi. Saleh müəllim Rəfiqə xanımla söhbət etdi və belə qərara alındı ki, bundan sonra Şabanova vitse-prezident kimi fəaliyyət göstərsin. Qadınlardan ibarət yığmanı isə Voronov çalışdıracaq. Ancaq “Çağırış” kubokunda ABU-nu Polşada hər iki mütəxəssis birgə meydana çıxaracaq. Həmin turnirdə çıxışını başa vurduqdan sonra klub “Azəryol” adıyla fəaliyyətini davam etdirəcək. Komandaya yeni baş məşqçi seçiləcək. Artıq qadınlardan ibarət 4 yeni klubun formalaşdırılması işinə start verilib. Bunlardan biri bölgə klubudu. Mingəçevirin “Nur” komandası daxili yarışlarda iştirak edəcək. “Qaradağ” fəaliyyətini dayandırıb. Onun əvəzinə “Qarabağ” adlı klub yaradılıb. Həmçinin “Gənclərbirliyi” təsis edilib. Fevralın sonlarında “Azəryol” və bu 3 klub arasında mini-turnir keçiriləcək. Fevralın 17-də başlayacaq çempionat 2 dövrədən ibarət olacaq. Martda yarışa yekun vurulacaq. Kişi komandaların formalaşdırılmasına isə İslam Həmrəyliyi Oyunlarından sonra start veriləcək. Sentyabrda kişilərdə 8, qadınlarda 6 komanda olmaqla ölkə çempionatına başlamağı planlaşdırırıq. Yeni mövsüm yaz aylarına kimi davam edəcək. O ki qaldı yığmalarımıza, kişilər hazırda Tiflisdədi. Bazar günü Gürcüstan toplanışını başa vurub qayıdacaqlar. Daha sonra Həştərxanda və Zaporojyedə hazırlıq prosesi baş tutacaq. Bu yığma üçün bir neçə əcnəbi “milliləşdiriləcək”. Qadınlar gündə iki dəfə ölkə daxilində hazırlıq keçir. Xaricdə çıxış edən həndbolçularımızı da dəvət edəcəyik. Yeri gəlmişkən, Yekaterina Peçe “Nur”un şərəfini qoruyacaq. Çalışacağıq ki, mayda hər iki yığmamız oyunlarda yüksək səviyyədə çıxış etsin. Qadınlardan ibarət yığma üçün kimisə “milliləşdirməyi” planlaşdırmırıq. Ancaq Valentina Salamaxanın İslam Həmrəyliyi Oyunlarında çıxış etməsi sual altındadı. Çünki onun komandası bundesliqada liderlik edir. Mayda klubunun çempionatda vacib oyunları olacaq. Ola bilər, oyunlarda yığmaya qoşulmasın. Hələ bu məsələ dəqiqləşməyib. Sizə bir şeyi deyim ki, hazırki rəhbərlik həndbola çox can yandırır. Düzdü, Heydər Babayev də yeni rəhbər seçiləndə işə yaxşı başlamışdı. Həndbola qayğı göstərirdi. Ancaq sonra diqqət və qayğısını kəsdi. Ümid edirəm ki, Saleh müəllim belə etməz. Davamlı iş getsə, bir neçə ildən sonra həndbolda böyük irəliləyiş görəcəyik”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar