Fevralın 23-dən 25-dək Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Qran-pri” keçiriləcək. Ukraynalı baş məşqçi Ruslan Maşurenko bu yarışda əsas heyətə şans verəcək. Almaniyada Vüqar Şirinli, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov və Elmar Qasımov (hər ikisi 100 kq) tatamiyə çıxacaq. Qran-pridə 72 ölkədən 547 (336 kişi, 211 qadın) cüdoçunun iştirakı gözlənilir.