13 fev 00:14idman

Elvin Məmişzadə Tokio Olimpiadasından sonra karyerasını bitirə bilər

Elvin Məmişzadə Tokio Olimpiadasından sonra karyerasını bitirə bilər
“Heç kim ona deməyib ki, sən bizə lazım deyilsən”
Dünya çempionu Elvin Məmişzadənin (52 kq) boks üzrə son ölkə çempionatını buraxdığını bilirsiz. Yığmanın böyük məşqçisi Nəriman Abdullayev bu üzdən 26 yaşlı boksçunun əsas komandadan kənarda qalacağına eyham vurmuşdu. Hərçənd Boks Federasiyasının 1-ci vitse-prezidenti Ağacan Abıyev dünya çempionunun millidə olması üçün əlindən gələni edəcəyini söyləmişdi. Bu dəfə tribunanı əlcək ustasının şəxsi məşqçisi Elbrus Rzayevə verdik. Mütəxəssis öncə Məmişzadənin son durumuna aydınlıq gətirdi: “15 gün olar məşqlərə qayıdıb. Sumqayıtda – yanımda hazırlıq keçir. Bir qədər vaxt lazımdı ki, əvvəlki formasını bərpa etsin. Bir neçə ay məşqlərdən uzaqlaşmışdı. Olimpiadaya hazırlıq üçün nə qədər mərhələ keçirlər. Həm bədən yorulur, həm də beyin. Fikrimcə, 2-3 aya formasını bərpa edəcək. İndi çalışırıq ki, fiziki hazırlığını qaydaya salaq. Elvinin texniki-taktiki hazırlığı qaydasındadı. Yavaş-yavaş hər şey yoluna düşəcək”.
Rzayev yetirməsinin yığmadan kənarda qalmaq ehtimalına belə reaksiya verdi: “Nəriman müəllimin fikirləri ilə tanışam. O böyükdü, ağsaqqaldı. Hərənin öz fikri var. Amma çempionatımızda təkcə Elvin yox, başqa yığma üzvləri də müxtəlif səbəblərdən iştirak etmədi. Boksda neçə dünya çempionumuz var ki?! Məmişzadə sözünü demiş boksçudu. Heç kim ona deməyib ki, sən bizə lazım deyilsən. İdman həyatını keçmiş insanlar bilir ki, 15-20 il döyüşmək az müddət deyil. Psixoloji yorğunluq olur, bəzən getmir. İdmanda udmaq da var, uduzmaq da. Məşqlərini davam etdirəcək. Gələn il ölkə çempionatında iştirak edib, özünü sübut edəcək”.
Elbrus bəyin fikrincə, Elvin üçün bu, son olimpiya tsiklidi: “Yəqin ki, Tokio-2020 onun son yarışı olacaq. Çünki artıq yaşa dolur. Həm də Məmişzadə, Kamran Şahsuvarlı, Məhəmmədrəsul Məcidov ömürlük döyüşməyəcək ki... Onların yerinə kimlərsə gəlməlidi. Elvin iki Olimpiadada döyüşüb. Rioya çox yaxşı hazırlaşmışdı. Hətta o sonradan olimpiya çempionu olan özbəkistanlı Şahobidin Zoirovla qarşılaşmağı çox arzulayırdı. Sadəcə, 10 gün Braziliyada qalıb döyüş gününü gözləməsi, hər gün çəki salması mənfi təsir göstərdi. Çünki hər gün məşq etməli, sınaqçı-rəqiblə işləməliydi. Bu detalların hər biri çox önəmlidi. Ona görə də son Olimpiadada gözləntilərimizi heç elədi”.
Sumqayıtlı məşqçi insanların boksa münasibətindən də narazıdı: “Bu gün boksa yanlış münasibət formalaşıb. Hansı həkimin yanına gedirsənsə, uşağı boksdan uzaq tutmağı məsləhət görür. Guya başa zərbə çox dəydiyindən səhhətində problem yaranır. Valideynləri beləcə bu idman növündən soyudurlar. Vallah, yanlış yanaşmadı”.
Rzayev həm də qadınlardan ibarət yığmamızın baş məşqçisidi. Bəs görəsən, çalışdırıcı Beynəlxalq Olimpiya Komitəsinin (İOC) gender bərabərliyini əsas tutaraq boksda olimpiya kateqoriyalarını kişilər və qadınlar arasında bərabər bölmək ideyasını necə qarşılayır? Elbrus bəyi dinləyək: “Ötən il Ukraynanın Lvov şəhərində məşqçi kurslarına qatılanda eşitdim ki, BOK kişilərdə və qadınlarda 5 çəki olmasını istəyir. Qadınlardan ibarət yığmanın baş məşqçisi olduğumdan bu qərar bizim üçün əlverişli görünə bilər. Ancaq mən kişilərdən ibarət yığmalarımızda da məşqçi kimi çalışmışam. Ona görə də birmənalı şəkildə bu qərarı dəstəklədiyimi deyə bilmərəm. Necə məsləhət bilirlərsə, elə də olsun”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar