11 fev 14:26idman

Tofiq Məmmədov Tokio Olimpiadasına getmək istəyir

Tofiq Məmmədov Tokio Olimpiadasına getmək istəyir
“Mən istəmişəm ki, kimlərinsə idealı olum”
“Ot öz kökü üstdə bitər” deyiblər. Bu həqiqətən belədi. Əslində oğlu Tofiqdən müsahibə götürmək fikrimizin olduğunu biləndə “Futbol+”in sahibi Vüqar Məmmədov bir qədər tərəddüd etdi. Ancaq oğul Məmmədovdan atasına görə yox, sırf uğurlarına görə müsahibə aldıq. Söhbət təkcə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa Kubokunun qalibi olmasından getmir. Dekabrda böyüklər arasında ölkə çempionatında 3-cü yeri tutan 19 yaşlı cüdoçu daha öncə perspektivini göstərib. 2015-də yeniyetmələr arasında dünya ikincisi olması sıradan nəticə deyil. Müsahibə zamanı Tofiqin intellektual səviyyəsi də bizi yaxşı mənada təəccübləndirdi.
- Cüdoya öz istəyinlə, yoxsa böyüklərin məsləhəti ilə gəlmisən?
- Atamın, babamın da istəyi var idi. Özüm də bu idman növünü uşaq yaşlarımdan bəyənirdim. Adam cüdoya baxanda həzz alır. Bu idman növünün tərzi xoşuma gəldi. Məni ilk dəfə cüdoya babam aparıb.
- İlk məşqçin kim olub?
- Ramin İsmayılov. O, həm “Qəbələ”nin baş məşqçisi, həm də gənclərdən ibarət yığmanın köməkçi-məşqçisidi.
- Bu idman növündə kumirin, özün üçün ideal gördüyün idmançı var?
- Hər insanın idealı, gözündə canlandırdığı, onun kimi uğur qazanmağa, güləşməyə çalışdığı idmançı ola bilər. Amma mənim konkret idealım olmayıb. Mən istəmişəm ki, kimlərinsə idealı olum.
- İlk uğurunu hansı yarışda qazanmısan?
- Bakı çempionatında 3-cü yeri tutmuşdum.
- 2015-in iyulunda yeniyetmələr arasında dünya çempionatında gümüş medal qazandıqdan sonra bir müddət yarışlara qatılmadın. Bunun səbəbi nə idi?
- Həmin mundialdan sonra ölkə çempionu oldum. Avropa çempionatına hazırlaşırdım. 2016-nın yay ayları idi. Belimdə yırtıq əmələ gəldi. 1-1,5 aylıq məşqləri dayandırdım. Həkimlər məşqə çıxmağa icazə vermirdilər. Çünki müalicə alırdım. Bir növ yaxşı hazırlıq keçmədən qitə birinciliyinə yollandım və medalsız qaldım. Ayağımda, qolumda zədələr oldu, biləyim sındı. Nəticədə bir il güləşə bilmədim.
- Həmin vaxt idmanı atmağı düşünürdün?
- İnsanın bəzən bezdiyi, yorulduğu anlar olur. Ancaq heç vaxt idmandan birdəfəlik uzaqlaşmağı düşünməmişəm. Sadəcə, toparlanana qədər cüdodan kənarlaşmışdım. Tam sağalandan sonra yenidən məşqlərə başladım. İstər-istəməz bir müddət idmandan uzaqlaşdıqdan sonra soyuyursan. Ancaq məşqçimə, atama, babama minnətdarlığımı bildirirəm ki, yanımda oldular, sonadək dəstək verdilər. Əvvəlkindən daha yaxşı məşq elədim. Formamı bərpa etdiyimə görə məşqçilərə minnətdarlığımı bildirirəm. Daha intensiv hazırlıq keçməklə əvvəlkindən də güclü vəziyyətə gəldim.
- Sofiyada ilk dəfə böyüklər arasında beynəlxalq turnirdə uğur qazandın. Bu yarış haqda nə deyə bilərsən?
- Yaxşı təlim-məşq toplanışı keçmişdik. Gücümə əmin idim. Ancaq istənilən halda, Avropa Kubokunda qızıl medal qazanmağım mənim üçün gözlənilməz oldu. Təbii ki, buna görə məşqçi-müəllimlərimə minnətdarlığımı bildirirəm. Onlar məni görüşlərə yaxşı kökləyə bildilər. Allahın da yardımı ilə çempion oldum. Finaladək Azər Şıxəliyev kənardan təlimatlar verirdi. Həlledici görüşdə isə ilk olimpiya çempionumuz Nazim Hüseynov məşqçi yerində əyləşdi. Bu qələbə məndə özünəinamı daha da artırdı.
- Növbəti yarışın nə vaxt olacaq?
- Fevralın 17-də komandanın tərkibində Avstriyaya yollanacağıq. Bu da Avropa Kuboku olacaq.
- Hələ 19 yaşın var və orqanizmin inkişaf etməkdədi. Bu isə çəki artımına səbəb ola bilər. Gələcəkdə özünü 60, yoxsa 66 kq-da görürsən?
- Ola bilər, daha yuxarı kateqoriyaya keçim. Məndə də çəkisalma problemi olur. Həm də səhhətimdəki bəzi problemlərə görə çox çəki salmaq zərər verə bilər. Uzun müddət 60 kq-da qala bilmərəm.
- Özünü hansı Olimpiadada görürsən?
- Hamımızın məqsədi Tokio-2020-də iştirak etməkdi. Çalışacağıq ki, Yaponiyada keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanaq. Qismət olmasa, 2024 və sonrakı Olimpiadalarda ölkəmizi təmsil etməyə çalışacağıq.
- 60 kq-da Orxan Səfərov kimi güclü cüdoçu var. Təcrübəli Nicat Şıxəlizadə 66 kq-da çıxış etsə də, karyerasının son illərindədi. Bu baxımdan sənin üçün 66 kq-da çıxış etməyi daha əlverişli saymaq olar?
- Hədəfin Olimpiadadısa, ən güclü rəqiblər arasında seçilməli, “1 nömrə” olmalısan. Məqsədimiz də budu. Hansı kateqoriyada çıxış etməyimizin fərqi yoxdu. Hədəf dəyişmir.
- Cüdoda daha çox sevdiyin və uğurla tətbiq etdiyin fənd hansıdı?
- Bizdə daha çox texnikaya üstünlük verilir. Mənim ən sevimli fəndim “karyaqa”dı. Çox vaxt həmin fənddən istifadə edirəm. “Karyaqa” məndə yaxşı alınır.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar