10 fev 00:16idman

AMADA Antalyada futbolçulara sürpriz edib

AMADA Antalyada futbolçulara sürpriz edib
WADA nümayəndələri Bakıdan razı qayıdır
Dünən Gənclər və İdman Nazirliyinin inzibati binasında Ümumdünya Anti-Dopinq Agentliyinin (WADA) nümayəndəsi Rafal Pexota və Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynlinin iştirakı ilə brifinq keçirildi. Əvvəlcə Hüseynli polşalı mütəxəssisi media nümayəndələrin təqdim edərək, səfərin məqsədi haqda məlumat verdi: “Qonaqlar öz rəylərini həm bizə göndərəcəklər, həm də digər ölkələrə Azərbaycanda anti-dopinq siyasətinin nə qədər formalaşması, irəli getməsi və il ərzində görülən işlər haqda məlumat veriləcək”.
Daha sonra Pexota bunları dedi: “Səfərin məqsədi Azərbaycanda anti-dopinq siyasətinin monitorinqini aparmaq və məsləhətləşmələr keçirməkdi. Burda olduğumuz müddətdə bir çox dövlət qurumları – Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi və müxtəlif federasiya nümayəndələri, o cümlədən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovla görüşlər keçirdik. Görüşlərdən çox məmnun qaldıq. Azərbaycanda bir il ərzində görülən işləri çox yüksək qiymətləndiririk. Müşahidələrimizlə bağlı fikrimizi mayda Avropa Şurasında keçiriləcək görüşdə bildirəcəyik. AMADA-nın qısa zamanda gördüyü işlər bizi yaxşı mənada təəccübləndirdi. Qısa müddətdə çox müsbət nailiyyətlər əldə edilib”.
Daha sonra Şəfəq xanım suallarımızı cavabladı. AMADA-nın direktoru risk qrupuna daxil olunan ağır atletikadakı son vəziyyəti belə şərh etdi: “Ağır Atletika Federasiyasında (AAAF) dopinqlə bağlı bir sıra porblemlər yaşanır. Hazırda onlar birillik diskvalifikasiya müddətindədi. Ancaq AAAF Beynəlxalq Ağır Atletika Federasiyası (İWF) qarşısında bir sıra öhdəliklər götürüb. AAAF-da bir çox təlimlər keçirilir. Hiss olunur ki, dopinqlə böyük mübarizə aparılır. Düşünürəm ki, bunun bir nəticəsi olmalıdı”.
Hüseynli bu yaxınlarda keçirilən boks üzrə ölkə çempionatında götürülən nümunələrlə bağlı sualı belə cavabladı: “Hələ ki bu haqda danışa bilmərəm. Testlər laboratoriyaya göndərilir və iki həftə ərzində cavablar gəlir. Müsbət nəticə aşkarlanandan sonra dinləmələrə start verilir. Bu, uzun prosesdi”.
O, Antalyada futbolçulardan nümunələr alındığını vurğulayıb: “Komandalar Türkiyədə təlim-məşq toplanışında idilər. Biz Almaniya şirkəti olan PWC vasitəsi ilə orda gözlənilmədən geniş test keçirdik. Artıq 8 futbolçunu da test qrupuna daxil etmişik. Onlar da bizə məkan məlumatlarını verəcəklər”.
Şəfəq xanım əlavə edib ki, ilin əvvəlindən 80-ə yaxın test götürülüb: “Çalışırıq ölkə çempionatlarında birinci yerə çıxan idmançıların hamısından test götürək ki, yarışın nəticələri ədalətli olsun”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar