09 fev 23:36idman

Cavidan Əlizadə “Formula-4”də çıxış edə bilər

Cavidan Əlizadə “Formula-4”də çıxış edə bilər
Bunun üçün 105 min avro lazımdı
2016-cı ildən ölkəmizdə “Formula-1” yarışları keçirilir. Yəni sürətsevərlər iki dəfə Bakıda dünyanın ən bahalı idman növünün həyəcanını canlı yaşayıb. Əlbəttə, bu sahəyə marağın birəbeş artması üçün bir təmsilçimizin “Formula-1”də olması şərtdi. Ya hansısa Azərbaycan şirkəti dünya çempionatında iştirak edən komandalardan birinə sponsorluq etməli, ya da hansısa pilot səviyyəsində “Formula-1”də təmsil olunmalıyıq. Bir müddət Gülhüseyn Abdullayevə ümid bağladıq. Kartinq yarışlarındakı uğurlardan sonra “Formula” dünyasına qədəm qoyan gənc pilot müxtəlif yarışlarda qüvvəsini sınadı. Ancaq etiraf edək ki, hələ həmyerlimiz “Formula-3” və “Formula-4”də özünü doğrulda bilməyib. Bəlkə də zamana ehtiyacı var.
Ancaq bir həmyerlimiz də var ki, Abdullayevi qabaqlaya bilər. Söhbət 22 yaşlı Cavidan Əlizadədən gedir. Hazırda Malayziyanın paytaxtı Kuala Lumpurda olan pilot Asiya Avtoidman Federasiyasının başçısı Peter Tomsonla görüşüb və “Formula-4” bolidində testlərdən keçib. Əlizadə ilə əlaqə saxladıq və daha ətraflı məlumat əldə etməyə çalışdıq: “14 illik sürücülük təcrübəm var. Yarışlara maddi imkanım olmadığına görə qatıla bilmirdim. Ötən il İtaliyaya getmək şansım oldu və bundan yararlandım. Orda bir müddət qaldım, məşq etdim, yarışlara qatıldım. İlk rəsmi yarışımda yaşıdlarım arasında 2-ci yeri tutdum. Ötən ilin noyabrında “Red Bull”un pilotu Daniel Rikkyardo Bakıya gələndə onunla təkbətək söhbət etdim. Ondan yaxşı potensialımın olduğunu və irəli gedə bilmək üçün nə etməli olduğumu soruşdum. Test yürüşlərində iştirak etməyimi məsləhət gördü. O zaman hansı ölkəyə getməli olduğumu dedim. Mənə Asiya və ya Avstraliyaya yollanmağımı söylədi. İnternetdə maraqlandım. Britaniyalı Peter Tomson qarşıma çıxdı. O, Malayziyanın “Meritus GP” komandasının rəhbəridi. O, Sepanq trassına dəvət etdi. Fevralın 3-də Bakıdan çıxdım və 16 saatlıq uçuşdan sonra mənzil başına çatdım. Ayın 5-də test yürüşlərinə çıxdım. İlk sessiyada maşını hiss etməyə başladım. Ertəsi gün daha da yaxşı sürdüm. Rekorda bir neçə saniyə uduzdum. Mənə elə gəlir ki, daha bir sessiyada çıxış etsəydim, rekorda imza ata bilərdim. Çıxışım komandanı təəccübləndirdi. Məni “Formula-4” çempionatında “Meritus GP”nin tərkibinə yazdılar. Ancaq bu çempionatda hansısa pilotun bir mövsüm iştirak etməsi üçün 175 min avro lazımdı. Tomson 70 min avronu mənə görə keçdi. Deməli, yarışa qatılmağım üçün 105 min avro ödənilməlidi. Bunun üçün ölkəmə rəsmi məktub ünvanlanacaq. Əslində bizim kimi qüdrətli bir dövlət üçün elə də böyük məbləğ deyil. Bu üzdən “Formula Asiya”da iştirak şansımı yüksək dəyərləndirirəm. Həm də Tomson mənə “ehtiyac olsa, Bakıya gəlib, məsul şəxslərlə danışıb səni özümlə Malayziyaya aparacam” dedi. Bir sözlə, məni komandasında görməyi çox istəyir. Azərbaycan Avtomobil Federasiyasına və Gənclər və İdman Nazirliyinə ödəniş üçün müraciət məktubu ünvanlanacaq. Bu günə kimi maliyyə problemi yaşamışam. Amma şükürlər olsun ki, heç vaxt kiməsə bir manat da borclanmamışam. Bura kimi öz hesabıma gəlib çıxmışam. Burda mənə çox yaxşı baxırlar, qulluq edirlər. Azərbaycanı beynəlxalq avtomobil arenasında təmsil etmək istəyirəm”.
Qeyd edək ki, Malayziyada növbəti test yürüşləri martın 17-21-i aralığında keçiriləcək. Yeni mövsümə isə apreldə start veriləcək.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar