27 yan 21:21idman, manset

Yığma üzvü viza probleminə görə Çexiyaya gedə bilmir

Yığma üzvü viza probleminə görə Çexiyaya gedə bilmir
“Müdafiə baxımından keyfiyyətlərimi yüksəltmişəm”

Basketbolumuza böyük maliyyə dəstəyi olmasa da, son 1-2 ildə irəliyə doğru addım hiss olunur. İndi bu növdə yeni və sağlam nəsil formalaşır. Yetər ki, gənclərə lazımınca diqqət ayrılsın. Ötən yay həm U-18, həm də U-16 Avropa çempionatının C divizionunda inamlı təsir bağışladı. Xüsusən də daha böyük yaş qrupundan ibarət yığmamız birinci yeri tutmaqla gələcək adına ümid verdi. Bu yay həmin komanda U-20 kimi qitə birinciliyinin B divizionunda çıxış edəcək. Bu isə oyun təcrübəsinin artması baxımından çox vacibdi. Düzdü, hələ də çatışmazlıqlar yetərincədi. Ən çox diqqəti çəkən isə ölkə çempionatında klubların səviyyəsinin aşağı olmasıdı. Belədə ümid mümkün qədər istedadlı basketbolçularımıza legioner həyatı yaşatmaqdı. Bu mənada Çexiyaya üz tutan Endər Poladxanlını fərqləndirə bilərik. Mütəxəssislər 19 yaşlı basketbolçunun gələcəyini parlaq görür. Hazırda Çexiyanın 1-ci divizionunda çıxış edən “GBA Sparta”nın şərəfini qoruyan həmyerlimiz orda özünü yaxşı tərəfdən göstərsə, iddialı klubların diqqətini cəlb edə bilər. Poladxanlı bu klubda çempionatın 4-cü turunda debüt edib. İlk oyununda 5 xal toplayan Endərin ən parlaq çıxışı 10-cu tura təsadüf edib. Komandasının “USK Praqa”ya 86:57 hesabıyla qalib gəldiyi görüşdə basketbolçumuz hesabına 17 xal, 6 ribaund və 1 məhsuldar ötürmə yazaraq, qələbədə əsas pay sahibi olub. Ancaq qış fasiləsi başa çatdıqdan sonra Poladxanlını “GBA Sparta”nın heyətində görmürük. Yanvarda baş tutan 3 tur ərzində Endərin adı “12-lik”də olmayıb. Bunun səbəbini yığma üzvünün özündən soruşduq: “Viza ilə bağlı problem yarandığı üçün klubumun düşərgəsinə vaxtında qoşula bilmədim. Çexiya səfirliyinə bütün sənədlərimi hazırlayıb vermişəm. Sadəcə, sənədlərdən biri ilə bağlı yubanma yarandığı üçün ləngimə qaçılmaz oldu. Vizanın nə vaxt hazır olacağını bilmirəm. “GBA Sparta” rəhbərliyi vəziyyətlə tanışdı. Onlar da mənim qısa zamanda komandaya qoşulmağımı arzulayır”.
Bunadək NTD-nin formasını geyən, ötən il ölkə çempionatının gümüş medalını qazanan Poladxanlı yeni komandasından razıdı: “Klubumuz Praqanı təmsil edir. Bu klub akademiya kimi fəaliyyət göstərir. Bütün oyunçular akademiyanın bazasında qalır. Heyətimiz beynəlmiləldi. Dünyanın müxtəlif ölkələrdən gələn oyunçular var. Hər biri fərqli mədəniyyətə, dünyagörüşünə sahibdi. Ünsiyyətlə bağlı heç bir problem yoxdu. İngiliscə yaxşı bildiyim üçün dil sarıdan əziyyət çəkmirəm. Çıxışımdan razıyam. Artıq əsas heyət üzvünə çevrilmişəm. Artırdığımı hiss edirəm. Xüsusən də müdafiə baxımından keyfiyyətlərimi yüksəltmişəm. Əlbəttə, çempionatımızla Çexiyanın 1-ci divizionunu müqayisə etmək olmaz. Həmin ölkənin aşağı dəstəsində daha gərgin mübarizə gedir. Səviyyə daha yüksəkdi. Bununla belə U-20 yığmasının ilk “5-liy”ini təşkil edən bütün oyunçular Çexiyanın 1-ci divizionunda oynaya biləcək potensiala sahibdilər”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Bu gün, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Bu gün, 23:13 U-17 yenə darmadağın oldu Bu gün, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Bu gün, 23:07 Yenilgidə hakim izi olmadı Bu gün, 23:06 Üzücü başlanğıc Bu gün, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Bu gün, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Bu gün, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Bu gün, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Bu gün, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Bu gün, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Bu gün, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Bu gün, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Bu gün, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Bu gün, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Bu gün, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Bu gün, 22:23 İkinci tur 2 günə sığacaq Bu gün, 22:21 Mik Benet təqdim olundu Bu gün, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar