27 yan 21:17idman, manset

“Lokomotiv” İSM-in sədri Cavid Qurbanovla görüşəcək

“Lokomotiv” İSM-in sədri Cavid Qurbanovla görüşəcək
“Özüm də hələ bu suala cavab tapa bilməmişəm”

2015-ci ildən ölkəni bürüyən iqtisadi problemlər gündən-günə kök atır. Hökumət iki devalvasiyadan sonra üzən məzənnə siyasətinə keçdi ki, bu da vəziyyəti yaxşılaşdırmadı. İxtisarlar genişlənir, məhsullar bahalaşır, banklar sıradan çıxır, dolların kəllə-çarxa çıxması nəticəsində bitib-tükənməyən kreditlər insanları intihar həddinə çatdırır. Heç kim də bu böhranın nə zaman yekunlaşacağını bilmir. Hazırda sanki acımasız bir burulğanın içindəyik. Taleyimizin necə olacağını müəyyənləşdirməkdə çətinlik çəkirik. İdman sferasında da eyni vəziyyətdi. Bağlanan klubların sayı-hesabını artıq unutmuşuq. Son olaraq “Lokomotiv” İdman-Sağlamlıq Cəmiyyəti fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Aparılan özəlləşdirmə siyasəti fonunda idman təşkilatı sıradan çıxdı.
Ötən saylarımızın birində cəmiyyətin sərbəst güləş üzrə baş məşqçisi Ramin Allahverdiyevin fikirlərini diqqətinizə çatdırmışdıq. Dünən isə “Lokomotiv” İSM-in sədri Elşən İsmayılovla danışdıq. Həm də Voleybol Federasiyasının (AVF) baş katibi vəzifəsində çalışan Elşən bəy mövzu haqda ürək ağrısıyla söz açdı: “İndiyə kimi özüm də hələ bu suala cavab tapa bilməmişəm ki, necə belə köklü idman cəmiyyəti bağlandı. Hüquq müdafiəçisi ilə də bu haqda söhbət etmişəm. Ancaq ondan da doğru-dürüst cavab almamışam. Bir müddət öncə iclas keçirildi. 7-8 nəfərdən ibarət komissiyanın toplantısı idi. Orda da suallarıma peşəkar səviyyədə cavab verilmədi. Bilirsiz, elə şeylər var ki, onları mətbuata söyləmək olmur. Ötən il “Lokomotiv”in 80 yaşı tamam oldu. Belə köklü klubun dağılması nə dərəcədə doğrudu? Burda 2000-dən artıq insan idmanla məşğul olurdu. Dəmiryolunda çalışan ailələrin uşaqları bu cəmiyyətə idmana gəlirdi. Ölkəmizdə yeni-yeni komplekslər tikilir. Yüksək standartlara cavab verən arenalarımız var. Ancaq bizim 8-ci km qəsəbəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki zalımız heç bir standartlara cavab vermirdi. Binaların kanalizasiya sisteminin xəttləri zaldan keçirdi. Beton dayaqlar da normal hazırlıq keçməyə mane olurdu. Əliağa Vahid küçəsindəki binada da zalımız vardı. Bina 1912-ci ildə tikilmişdi. Hər il cari təmir etdirirdik. Ancaq görürdük ki, bu kifayət etmir. Çünki artıq binanın daşlarının istismar müddəti başa çatmışdı. Cari təmirlə problemi aradan qaldırmaq mümkün deyildi. Bildiyiniz kimi, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-yə Cavid Qurbanov rəhbərlik edir. Ancaq ondan “Lokomotiv” İdman Cəmiyyətini maliyyələşdirməsini gözləmək indiki dövr üçün doğru olmaz. Birincisi, Vağzalın yenidən qurulmasına yetərincə xərc çəkilib. Bu yaxınlarda açılış mərasimi olacaq. İkincisi, Cavid müəllim həm Voleybol Federasiyasının prezidentidi, həm də bu idman növündə bir neçə klubu maliyyələşdirir. Əvvəllər “Azərreyl” və “Lokomotiv” AVF prezidentinin sərəncamında idisə, indi “Azəryol”a da baxır. Çünki bu klubun əvvəlki rəhbərliyi maliyyələşdirmək imtina edib. Bununla belə, cəmiyyətin tam dağılmamasına çalışacam. Münasib vaxt tapıb, Cavid müəllimlə görüşəcəm. Çalışacam ki, cəmiyyəti heç olmasa, idman klubuna çevirək. Elə voleybol klubunun nəzdində dayaq idman növlərini qoruyub saxlayaq. Dayaq idman növləri deyəndə güləş, boks və cüdonu nəzərdə tuturam. Biləcəridəki bazamız özəlləşdirilməyib. O hazırda “Lokomotiv” voleybol klubunun balansındadı. İkinci variant isə ən pis halda idman məktəbi kimi fəaliyyətimizi davam etdirməkdən ibarətdi. Bilirsiz ki, hazırda “Azərbaycan Dəmir Yolları” daha çox pul xərcləməklə məşğuldu. Böyük layihələrə sərmayə yatırılır. Bakı – Tiflis – Qars dəmiryolu, ipək yolu və başqa ölkələrlə dəmiryolu vasitəsi ilə gediş-gəliş başlayandan sonra bu sahədən böyük gəlir əldə olunacaq. Bu zaman idman sferasının maliyyələşməsi ilə bağlı problemlər də aradan qalxacaq. Belədə hətta 3-4 klub yaratmaq olar. Cəmiyyətin dağılması nəticəsində kənarda qalan idmançılarımız və məşqçilərimizin işsizlik problemi yaşayacağını düşünmürəm. İdmançılarımız istənilən klub və ya cəmiyyət tərəfindən cəlb oluna bilər. Çünki biz onları idmançı kimi çox yaxşı səviyyədə hazırlamışıq. Aralarında dünya və Avropa çempionatlarının mükafatçıları, ölkə çempionları var. Mütəxəssislərimizin bəziləri isə əməkdar məşqçi ünvanına sahibdi. Bu üzdən bu sahədə problemlə üzləşəcəklərini düşünmürəm”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:52 İslamiada xəbərləri Dünən, 17:51 Şəhriyar liderliyini davam etdirir Dünən, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı Dünən, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib Dünən, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq Dünən, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi Dünən, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? Dünən, 15:59 İlk oyunda məğlubiyyət Dünən, 15:58 Mövsümün ən az qol vurulan turu Dünən, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə Dünən, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu Dünən, 15:45 FİFA referiləri İslamiadada! Dünən, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur Dünən, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi Dünən, 15:36 TURUN MƏŞQÇİSİ Dünən, 15:35 TURUN SİTATI Dünən, 15:33 TURUN OYUNÇUSU Dünən, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu Dünən, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib Dünən, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək Dünən, 15:27 “Neftçi”yə yeni rəis gəlir Dünən, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi Dünən, 15:23 “Forza Neftçi” qərarını verdi Dünən, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı Dünən, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib Dünən, 15:16 Yunanıstana geniş heyətlə Dünən, 15:12 Pevtsov iki pillə irəlilədi Dünən, 15:11 Ən güclü boksçular müəyyənləşdi Dünən, 15:10 Tokioda medala yaxın düşmədilər 26-04-2017, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! 26-04-2017, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? 26-04-2017, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı 26-04-2017, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib 26-04-2017, 20:26 “Energetik” həkimin ümidinə qalıb 26-04-2017, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" 26-04-2017, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi 26-04-2017, 20:09 İslamiada xəbərləri 26-04-2017, 20:07 Azərbaycan derbisində yenə “sülh” 26-04-2017, 20:05 Kseniya “Beşiktaş”la sevindi 26-04-2017, 20:04 Dadaşov məyus oldu 26-04-2017, 20:02 Lider büdrədi, ancaq yıxılmadı 26-04-2017, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs 26-04-2017, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı 26-04-2017, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb 26-04-2017, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı 26-04-2017, 19:43 AZAL “Zirə”yə təslim olacaq? 26-04-2017, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi 26-04-2017, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək 26-04-2017, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv 26-04-2017, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... Bütün xəbərlər
Ən çox oxunanlar