06 fev 01:54idman

Tofiq Məmmədov Sofiyadan “qızıl”la dönür

Tofiq Məmmədov Sofiyadan “qızıl”la dönür
Qadınlar isə Portuqaliyada fiasko yaşadı
Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə “European Open” turniri keçirilib. Yığmamız 15 idmançı ilə yarışa qatılıb. Tofiq Məmmədov (60 kq) startda fransız Vinsent Mankestə “ippon”la qalib gəlib. Daha sonra ispan Raul Dias Lopesi “vazari” ilə üstələyən Məmmədov yarımfinalda bolqar Valentin Alipiyevi və finalda rusiyalı Səxavət Hacıyevi tam üstünlüklə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Tofiqin böyüklər arasında keçirilən beynəlxalq turnirlərdə ilk çempionluğudu. Onun “Futbol+”in sahibi Vüqar Məmmədovun oğlu olduğunu da nəzərinizə çatdıraq.
Ən yüngül çəkidə Mehman Sadıqov da mübarizə aparıb. Startda avstriyalı Kimran Borçaşvilini sıradan çıxaran həmyerlimiz 1/4 finalda ukraynalı Artyom Lesyuka, təsəlliverici görüşdə isə fransız Luka Mxeidzeyə uduzub. Uzun müddətdən sonra beynəlxalq yarışa qatılan Tərlan Kərimov (66 kq) bolqar Mark Xristovdan güclü olsa da, israilli Yarin Menaqedlə bacarmayıb. Onunla eyni çəkidə çıxış edən İsmayıl İbrahimov debütdə ukraynalı Artyom Falkivskiyə məğlub olub. Paşa Əliyev (73 kq) litvalı Kestutis Vitkauskasla ukraynalı Artyom Xomulanı mübarizədən kənarlaşdırsa da, 1/8 finalda isveçrəli Nils Stumpa “ilişib”. Bu çəkidəki digər təmsilçimiz Telman Vəliyev də 1/4 final üzü görməyib. Fransız Mikael Dubois səddini aşan cüdoçumuz rus Georgi Elbakiyevlə qarşılaşmadan məğlub ayrılıb. 81 kq-da üç idmançımız qüvvəsini sınayıb. Coşqun Abdullayev monteneqrolu Arso Miliç qarşısında aciz qalıb. Afiq Səfərli Yeni Zelandiya təmsilçisi Eliyot Konnolli və israilli Ari Vinklerə qalib gəlsə də, 1/8 finalda belçikalı Sami Çuçiyə yenilib. Fəqan Quluzadə Cənubi Kiprdən olan Aristos Mayklı devirdikdən sonra isveçli Robin Paçekə uduzub. Abdulhaqq Rəsullu (90 kq) belçikalı Xoakim Botyu, onun çəki yoldaşı Qurban Qurbanov çex Jiri Pyotrla bacarmayıb. 100 kq-da üç cüdoçumuz yer alıb. Onlardan yalnız Sənan Məhərrəmov bir mərhələ adlamaqla təsəlli tapıb. Litvalı Rokas Nenartaviçyusu sıradan çıxaran həmyerlimiz isveçli Emil Mattsona məğlub olub. Adil Kərimli rumıniyalı Yonut Vasyana, Cəfər Əkbərli isə rusiyalı Merab Marqiyevə uduzub. Nəhayət, ən ağır çəkidə Uşanqi Kokauri (+100 kq) ispan İrinel Vasil Qriqorasla ukraynalı Andrey Kolesniki üstələdikdən sonra yarımfinalda belçikalı Benjamin Harmeqnieslə bacarmayıb. Ancaq gürcü legioner Ukraynanın digər təmsilçisi Stanislav Bondarenkonu devirərək bürünc medalı boynundan asıb. Yekunda millimiz 1 “qızıl” və 1 “bürünc”lə komanda hesabında 4-cü yeri tutub. İlk “3-lük”də uyğun olaraq Rusiya (3-2-2), Kanada (1-1-1) və Fransa (1-1-1) yer alıb.
Portuqaliyanın Olivelas şəhərində isə qadınların analoji turniri baş tutub. Bu yarışda ölkəmizi 5 idmançı təmsil edib və onların hamısı elə ilk görüşdə uduzaraq mübarizəni erkən başa vurub. Aişə Qurbanlı (48 kq) fransız Skarlett Qabrielli, Elmira Mustafayeva (57 kq) israilli Maayan Qrinberq, Kristina Jukavets (63 kq) rusiyalı Kamilə Badurova, Günel Həsənli (70 kq) rus Valentina Maltsova, Nuranə Muradova (78 kq) isə portuqaliyalı Yahima Ramires qarşısında aciz qalıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar