05 fev 22:20idman

“Qəbələ” kubalı boksçu ilə 2020-dək müqavilə bağlayıb

“Qəbələ” kubalı boksçu ilə 2020-dək müqavilə bağlayıb
Fariz Məmmədov: “Onunla söhbət edəcəyik ki, ayılsın”
Boks üzrə ölkə çempionatı başa çatsa da, yarışda və yarış ətrafında baş verən prosesləri işıqlandırmaqda davam edirik. Bu dəfə sözü 2 qızıl, 3 gümüş və 3 bürünc medalla komanda hesabında 1-ci yeri tutan “Qəbələ”nin boks bölməsinin rəhbəri Fariz Məmmədova verdik.
- “Qəbələ” ardıcıl ikinci dəfə komanda hesabında birinci yeri tutdu. Yarışdakı çıxışınızı necə dəyərləndirirsiz?
- Çempionat çox yaxşı keçdi. Kimlərdən çempionluq gözləyirdiksə, onlar da ümidləri doğrultdu. Hətta bəzi çəkilərdə bizim üçün xoş sürpriz olan nəticələrlə də rastlaşdıq. Yeri gəlmişkən, heyətimizə iki gənc, perspektiv vəd edən boksçu qatmışıq.
- Klubunuzun boksçusu Rauf Rəhimov (81 kq) final görüşündən sonra gözünüz qarşısında etik normalara sığmayan hərəkətlər etdi. Buna münasibətinizi bilmək istərdik.
- Biz azərbaycanlıyıq. Mən həmişə demişəm. İstənilən boksçu unutmasın ki, dövlətini, millətini, şərəfini təmsil edir. Özünü tanıyan hər bir azərbaycanlı üçün onun bayrağı onun şərəfidi. Boksda başa zərbələr çox olur. Belədə insan özündən asılı olmayaraq, emosional olur. Mən də bu halı yaşamışam. Şübhəsiz, tənqidimizi, öz fikrimizi çatdırdıq. Mənim də haqqımı o qədər yeyiblər ki. Həmişə deyirəm, elə döyüşün ki, hakimlərə şans verməyin.
- 81 kq-da yeni legioner gördük. Kubalı Loren Dominkan Alfonso sırf bu yarış üçün gətirilib, yoxsa artıq “milliləşdirilib”?
- Gənc və perspektiv vəd edən boksçudu. Özü şəxsən Boks Federasiyasına, “Qəbələ”yə müraciət edib. Tolerant millət olduğumuz üçün qapımız açıqdı. Onu biz tapıb bura gətirməmişik. Kişi dürüst danışar. Sadəcə, onun potensialının böyük və 1996 təvəllüdlü olduğunu nəzərə alıb, klubumuza qəbul etdik. Karyerasına və döyüşlərinə baxdıq, fiziki göstəricilərinə nəzər saldıq, mütəxəssislərlə söhbət etdik və yekun qərarımızı verdik. Müqavilə müddəti 2020-yə kimidi. Adam oğlu adam kimi gələn hər idmançıya qapımız açıqdı.
- Kubalı Lazaro Ximenes Martines artıq məşqçiniz deyil?
- Rio Olimpiadasından sonra burdan gedib. Ancaq nə vaxtsa qayıdacağı istisna deyil. Hazırda klubumuzun baş məşqçisi Ramiz Mikayılovdu.
- Lorenso Sotomayorun sosial şəbəkələrdə qeyri-etik, adamları qıcıqlandıran şəkilləri yayılıb. “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov onun maaşının kəsildiyini deyib. Ümumiyyətlə, həmin boksçunu klubdan uzaqlaşdırmağı düşünürsüz?
- Birincisi, müharibə şəraitində yaşayan ölkəyik. Azərbaycan daxilində bu hərəkət yolverilməzdi. Amma nəzərə alaq ki, Sotomayor Olimpiada tarixində finala yüksələn ilk boksçumuzdu. Özü də Lorensonun Almaniyanı təmsil edən erməni Artyom Arutyunyana qalib gələrək finala çıxdığını da unutmayaq. Finalda da haqqını yedilər. Ölkəmizi Rioda layiqincə təmsil etdi. Tənqid etməyə bir fürsət axtarırıq. Baxmaq lazımdı ki, bu adam Azərbaycan boksu üçün nə edib. Unutmayaq ki, bu adam kubalıdı. Onlarda belə hərəkətlər normal qarşılanır. Amma sözsüz, onunla söhbət edəcəyik ki, ayılsın. Bura Azərbaycandı. Burda belə şeylər etmək olmaz.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi Dünən, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı Dünən, 18:46 Qurban Qurbanovdan ideal seçim Dünən, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var Dünən, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi Dünən, 18:41 Sabah kubokun püşkü atılacaq Dünən, 18:37 “Lex” Qriqorçukla maraqlanır Dünən, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Dünən, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi Dünən, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür Dünən, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb Dünən, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi Dünən, 18:19 Turun oyunçusu Dünən, 18:19 Turun sitatı Dünən, 18:18 Turdan məqamlar Dünən, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” Dünən, 18:14 Lider başlayacaq, çempion bitirəcək Dünən, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi Dünən, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar