01 fev 16:55idman

Boks Mərkəzində görünməmiş qalmaqal

Boks Mərkəzində görünməmiş qalmaqal
“Nə vaxta kimi belə şərəfsizlik edəcəksiz?”
Dünən kişi boksçular arasında ölkə çempionatına yekun vuruldu. Əvvəlcə onu qeyd edək ki, birincilikdə 39 komandanın 203 boksçusu mübarizə aparırdı. Nəzərə alsaq ki, bu idmançılar 10 çəki dərəcəsində yarışıb, deməli, hər kateqoriyada orta hesabla 20 boksçu çıxış edib. Kütləvilik baxımından axsama hiss olunur. Ümumiyyətlə, son illər “milliləşdirmə” siyasətinin bu idman növünü də cənginə alması ölkədə dəri əlcək ustalarının sayının azalmasına yol açıb. Bu problemin qarşısını almaq üçün federasiya yığmanı sırf yerli boksçulardan qurmalı və əsas komandaya tapşırılmış, “day-day”lı idmançıları yox, ən güclüləri cəlb etməlidi.
Keçək digər məsələyə. Zədə problemi yoxdusa, bütün yığma üzvləri ölkə çempionatında çıxış etməlidi. Bu həm yarışın reytinqini qaldırar, həm də 2000-ci illərdə olduğu kimi, böyük azarkeş marağına səbəb olar.
İndi isə gələk ən aktual problemə. Hakimlərin idarəçiliyi idealdan çox uzaqdı. Bunu həlledici qarşılaşmalarda da gördük. İlk görüşlərdə ciddi narazılıq olmadı. Favoritlər ciddi problem yaşamadan qalib gəldi. Ancaq orta çəkilərdə problem yaşandı. 69 kq-da Elnur Süleymanovla Nicat Məmmədovun döyüşü yaddaqalan oldu. Hər iki boksçunun azarkeşləri güclü dəstək verməklə mübarizəni daha da qızışdırırdı. Görüşün əvvəlində Məmmədovun üstünlüyü var idi. Ancaq sona doğru Süleymanov təşəbbüsü ələ keçirdi. 3-cü raundda tam üstünlüyə yiyələnən Elnur hətta rəqibini noqdauna da saldı. Ancaq hakimlər qələbəni Nicata verdi. Bu isə “Gilan”ın baş məşqçisini özündən çıxardı. Boksçusunun əlcəklərini fəxri qonaqların əyləşdiyi yerə tullayan mütəxəssis ABF-nin 1-ci vitse-prezidenti Ağacan Abıyevə kəskin narazılığını bildirdi. Tribunalarda da kəskin narazılıq var idi. Məmmədov rinqi tərk etsə də, Süleymanov döyüş məkanını tərk etmək niyyətində deyildi. Sonda onun və məşqçisinin cəhdləri fayda verdi. Qərar dəyişdirildi və Elnur qalib elan olundu. Az sonra boksçuların otağına yollanmaq istəyən bəzi azarkeşlərlə polis arasında insident yaşandı. Asayiş keşikçiləri həmin şəxsləri arenadan qovmaqla aranı sakitləşdirdi.
81 kq-ın final qarşılaşmasının nəticəsi də mübahisəyə səbəb oldu. Ötən il Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında fəxri kürsüyə qalxmış Rauf Rəhimov Eldar Quliyevə məğlubiyyəti həzm etmədi. Hakim rəqibin əlini qaldırdıqdan sonra rinqi əsəbi şəkildə tərk edən “Qəbələ”nin boksçusu hirsini soyutmaq üçün oturacağı yumruqladı, qoruyucu dəmiri təpiklə yerə sərdi. Amma bununla da kifayətlənməyib, üzünü hakimlərə və federasiyanın rəhbər şəxslərinə tutaraq “nə vaxta kimi belə şərəfsizlik edəcəksiz” söylədi.
Yekunda komanda hesabında “Qəbələ” birinci yeri tutdu. İkinci pilləyə “Gilan” yüksəldisə, ilk “3-lüy”ü “Rabitə” qapadı. Medalçılarla tanış olun:
49 kq: 1. Araz İmaməliyev (Gilan), 2. Hacıbala Fərzəliyev (Rabitə) 3. Nəbi Abduləzimov (Z-1), Orxan Süleymanov (Qızıl Əlcək)
52 kq: 1. Məsud Yusifzadə (Rabitə), 2. Ramazan Abdullayev (Balakən), 3. Ramazan Babayev (Gömrükçü), Qoşqar Səfərli (DİN)
56 kq: 1. Tayfur Əliyev (MOİK), 2. Ümid Rüstəmov (Rabitə), 3. Təbriz Şirvani (Gilan), Ramal Yusifzadə (Qızıl Əlcək)
60 kq: 1. Cavid Çələbiyev (Qəbələ), 2. Sayad Lalayev (MOİK), 3. İbrahim Cəfərzadə (Qızıl Əlcək), Niyaməddin Allahverdiyev (Neftçi)
64 kq: 1. Elvin İsayev (Gilan), 2. Fərid Ağamoğlanov (Qəbələ), 3. Bəxtiyar Qazıbəyov (Rabitə), İman Əhmədli (Orion)
69 kq: 1. Elnur Süleymanov (Gilan), 2. Nicat Məmmədov (Qızıl Əlcək), 3. Xəzər Əliyev (Kür), Roman Zakirov (Qəbələ)
75 kq: 1. Hidayət Musayev (Kür), 2. İsmayıl Hüseynov (Qəbələ), 3. Fərid Qasımzadə (Rabitə), Elvin Qəmbərov (MOİK)
81 kq: 1. Eldar Quliyev (Gilan), 2. Rauf Rəhimov (Qəbələ), 3. Loren Dominkan Alfonso (Qəbələ), Cəbrayıl Elekov (Orion)
91 kq: 1. Rahil Məmmədli (Qəbələ), 2. Qulaməli Aslanov (Gömrükçü), 3. Gülhüseyn Ağazadə (DİN), Heydər Heydərov (Gilan)
+91 kq: 1. Məhəmməd Abdullayev (Rabitə), 2. Ağalar Sadıqzadə (Naxçıvan), 3. Asəf Aslanlı (Qəbələ), Elşən Hüseynov (DİN)

Reaksiyalar
Leonid Loivski: “Finallar göstərdi ki, burda yaxşı və böyük perspektiv vəd edən boksçular var. 75 kq-da Kamran Şahsuvarlı, +91 kq-da Məhəmmədrəsul Məcidov iştirak etmədi. Ümumilikdə yaxşı rəqabət gördüm. Sayad Lalayev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq) və Hidayət Musayev (75 kq) məni müsbət mənada təəccübləndirdi. Hakimliyə gəlincə, bəzi görüşləri daha yüksək səviyyədə idarə edə bilərdilər. Ancaq ümumilikdə hakimlikdə ciddi problem görmədim. Bu il bizi böyük yarışlar gözləmir. Fevralın 4-dən təlim-məşq toplanışına başlayacağıq. Bolqarıstanda keçiriləcək beynəlxalq yarışa hazırlaşacağıq. İl ərzində başqa turnirlərimiz də olacaq. İndidən illik təqvimi müəyyənləşdirmişik. Əsas yarışlar gələn il olacaq. Mayda ikinci Avropa Oyunlarına qatılacağıq. Sentyabrda isə bizi lisenziya xarakterli dünya çempionatı gözləyir”.
Tayfur Əliyev: “Həmişə demişəm, Azərbaycanda boks gündən-günə inkişaf edir, gənc boksçular yetişməkdədi. Çalışıram onlardan da çox məşq edəm ki, çəkimdə liderliyi qoruyum. Əksər rəqiblərim gənclər idi. Onlarla görüş daha çətin keçdi. Ən çox yarımfinalda güc sərf etməli oldum. Boksda zədələrdən qaçmaq mümkün deyil. Bunu normal qarşılayıram. Bu üzdən qaşımdan zədələnməyimi ciddi problem etmirəm. Kamran Şahsuvarlı hərbi xidmətə yollandığı üçün yarışa qatılmadı. Bəzi yığma üzvləri isə zədə üzündən bu yarışa qatılmayıb. Qardaşım Sərxanın da zədəsi var idi. Ötən il 60 kq-da finala yüksəlmişdi. Bu dəfə də yarışa çox yaxşı hazırlaşmışdı. Özümdən çox onun qalib gələcəyinə inanırdım. Ancaq zədələndiyindən uğur qazana bilmədi. Bu çempionat ilə başlanğıcdı. Ancaq çempion həmişə yığmada olacaq deyə bir şey yoxdu. Bundan sonra sınaq döyüşləri də olacaq. Məşqçilər də ordan seçim edəcək. Bu il əsas yarışımız 22 yaşadək gənclər arasında keçiriləcək Avropa çempionatı olacaq”.
jlpcwwl
vlnmtcdd
bgsxpccrc
<a href="http://eyafgakjbf.com">tfqpgjbcc</a>
skkfqbmp

cialis 5 10 20
http://cialisle.com/ - how to use cialis
cialis cost in mexico
cialis online pharmacy
en que farmacias de mexico venden cialis
<a href="http://cialisle.com">cialis from canada</a>
wo gibts cialis rezeptfrei

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi Dünən, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı Dünən, 18:46 Qurban Qurbanovdan ideal seçim Dünən, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var Dünən, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi Dünən, 18:41 Sabah kubokun püşkü atılacaq Dünən, 18:37 “Lex” Qriqorçukla maraqlanır Dünən, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Dünən, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi Dünən, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür Dünən, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb Dünən, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi Dünən, 18:19 Turun oyunçusu Dünən, 18:19 Turun sitatı Dünən, 18:18 Turdan məqamlar Dünən, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” Dünən, 18:14 Lider başlayacaq, çempion bitirəcək Dünən, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi Dünən, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar