30 yan 16:42idman

“Tata Steel”: Şəhriyar üçün uğurlu, yoxsa uğursuz yarış?

“Tata Steel”: Şəhriyar üçün uğurlu, yoxsa uğursuz yarış?
Ata Məmmədyarov: “Onun tez təslim olması məni təəccübləndirdi”
İndi hamı ümidini ona bağlayıb. Məhz o idman tariximizdə ən böyük uğura imza ata bilər. Məhz o ən yaxın gələcəkdə şahmat tacını ölkəmizə gətirə bilər. Söhbətin Şəhriyar Məmmədyarovdan getdiyini anladız. Reytinqini 2804-ə çatdırmaqla və dünyada 3-cü yerə yüksəlməklə ikiqat ölkə rekorduna imza atan sumqayıtlı qrossmeyster artıq karyerasında yeni müstəviyə - elit mərhələyə qədəm qoyub. İndi məqsəd bu mərhələdə mövqeyini qorumaq, nəticələri sabitləşdirmək və daha da irəli getməkdi. Üfüqdə isə şahmat tacı var. Ancaq ona qədər müəyyən mərhələlərdən keçmək, daha da bərkimək lazımdı.
Bəli, bu gün Şəhriyar heç vaxt olmadığı qədər yaxşı oynayır. Ancaq bu, Məmmədyarov üçün maksimum sayıla bilməz. Mütəxəssislərin fikrincə, 32 yaşlı şahmatçı bundan da yaxşı çıxış edə bilər. Deməli, daha yüksək nəticələr bizi gözləyir.
Bəs “Tata Steel” nəyi göstərdi? Sözsüz, İddiaçıların Turnirinə iki ay qalmış ilə uğurlu başlamaq əla motivasiya olardı. Ümumilikdə özünün də söylədiyi kimi, superturnir şahmatçımız üçün uğurlu alındı. Düzdü, Veyk-An-Zeedə titul uğrunda oynayan qrossmeyster sonda, ümumiyyətlə, medalsız qaldı. Ancaq sərgilədiyi oyunla çoxlarının rəğbətini qazanan Məmmədyarov reytinqini nəzərəçarpan dərəcədə artırdı. Sabah açıqlanacaq FİDE-nin reytinq sıralamasında 2-ci yerə yüksələcək Şəhriyar əmsalını 2813-ə çatdıracaq. Bu isə o deməkdi ki, sumqayıtlı yenə ikiqat ölkə rekorduna imza atacaq. Hərçənd daha yaxşı ola bilərdi.
Bu yerdə Hollandiyada keçirdiyi oyunları ardıcıllıqla nəzərdən keçirməyə dəyər. İlə Uesli So (ABŞ, 2792) ilə heç-heçəylə başlayan Şah ilk qələbəsini 2-ci turda Yifan You (Çin, 2680) üzərində qazandı. Sumqayıtlı qrossmeyster ruslar - Maksim Matlakov (2718) və Sergey Karyakin (2753) ilə “sülh”ə razılaşdıqdan sonra ardıcıl 3 qələbə qazanaraq hamını şoka saldı. Fabiano Karuana (ABŞ, 2811), Baskaran Adhiban (Hindistan, 2655) və Yi Vey (Çin, 2743) məğlub edildi. Ən yaxın izləyicisini 1,5 xal qabaqlayan həmyerlimiz bir anda superturnirin tituluna ən yaxın namizədə çevrildi. 7 tura 5,5 xal – bunu ən nikbin azarkeş belə proqnozlaşdırmırdı...
Ancaq yerli publikanın sevimlisi Aniş Giri (Hollandiya, 2752) şahmatçımızın məğlubiyyətsizlik seriyasını qırdı. Demək olmaz ki, bu yenilgi Məmmədyarovu ruhdan saldı. Əksinə, sabiq dünya çempionu Vladimir Kramniklə (Rusiya, 2787) xalı yarı bölən Şəhriyar Pyotr Svidlerə (Rusiya, 2768) qalib gəldi.
Sona 3 tur qalmış superturnirdə üçhakimiyyətlik yaranmışdı. Ancaq əlavə əmsallara görə təmsilçimiz həm Giridən, həm də Maqnus Karlsendən (Norveç, 2834) geri qalırdı. Tərslikdən son üç rəqibdən ikisi elit şahmatçı idi. Şahmat tacının hazırkı sahibi ilə heç-heçə başadüşülən idi. Ancaq Qavleyn Cons (İngiltərə, 2640) məğlub edilməliydi. Söhbət təkcə əmsal fərqindən getmir. Axı, ingilis şahmatçı bu turniri heç də yüksək səviyyədə keçirmirdi. Amma gözlənilməz bir şey baş verdi və artıq 12-ci gedişdə “sülh” qaçılmaz oldu. Riskə gedib qələbə yollarını axtarmaq olardımı? Bunu söyləmək çətindi. Adətən, risk etməyi sevən Məmmədyarov 12-ci gedişdə ənənəsinə sadiq qalmadı. Son turda Vişvanatan Anandla (Hindistan, 2767) heç-heçə isə 4-cü yerin rəsmiləşməsi demək idi.
Şəhriyarın çıxışına onun ilk məşqçisinin – atası Həmid Məmmədyarovun qiymət verməsini istədik: “Mən özüm Veyk-An-Zeedə bir neçə dəfə olmuşam. İlk dəfə görürəm ki, birinci yerlə dördüncü yer arasında 0,5 xal fərq var. Həmişə qalib turniri 1-2 xal öndə başa vururdu. Bu il çox gərgin mübarizə getdi. Şəhriyarın çıxışından razı qaldım. Əsas odu ki, keyfiyyətli oyun nümayiş etdirdi. Yalnız Giri ilə görüşdən narazı qaldım. Düzdü, şahmatçılar partiyanın sonunu hesablayırlar. Ancaq fikrimcə, Zeynəb və ya Türkan Şəhriyarın yerində olsaydı, həmin qarşılaşmanı sonadək oynayardı. Çünki istənilən gedişdə səhv edə bilər. Onun tez təslim olması məni təəccübləndirdi. Şəhriyarda hərdən belə olur. Partiyanı başa vurduqdan sonra görür ki, oyunda heç-heçə edə bilərmiş. Bəzən isə sonadək mübarizə aparır. Məsələn, Anandla sonadək oynadı. Cüzi üstünlük var idi. Ancaq həmin üstünlüyü qələbəyə çevirmək üçün bəlkə də xeyli gediş edilməliydi. Qavleyn Consla erkən bitən görüşə gəlincə, unutmayaq ki, rəqib sıradan şahmatçı deyildi. Bəzən qalib gəlmək üçün rəqibin oynamaq istəyi də önəmlidi. O, oynamaq istəmirsə, o zaman qalib gəlmək çətindi. Şəhriyar xasiyyətcə çılğındı. Bəzən heç-heçəlik vəziyyətdə qələbəyə oynayır və bu məğlubiyyətlə nəticələnir. Karlsenə iki dəfə belə uduzub. Ümumilikdə Şəhriyar reytinqdə ikinci yerdə möhkəmləndi. Bu da məni razı saldı”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar