26 yan 14:13idman

Ağırlıqqaldıranlar İslam Həmrəyliyi Oyunlarına köklənib

Ağırlıqqaldıranlar İslam Həmrəyliyi Oyunlarına köklənib
Rəsulov: “Bəlkə 15 yaşlı yeniyetmə dünya rekordçusu olacaq?”

Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov mayda Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarının rəsmi saytına müsahibə verib. Qurum rəsmisi ağır böhran dövründən sonra ciddi islahatların getdiyi federasiyanın hazırkı durumundan və məsul yarışa hazırlıqdan danışıb: “Federasiyanın inkişaf üçün hər zaman dəyişikliyə ehtiyacı var. Rəyasət Heyəti, idmançılar, məşqçilər və başqa mütəxəssislərin iştirak etdiyi tədbirdə bütün yaş qrupları üzrə yığmaların yeni məşqçi heyəti səsvermə yolu ilə müəyyən edildi. Komandalarımız kişilərdən, qadınlardan, yeniyetmə və gənclərdən ibarətdi. Ümumilikdə 12 məşqçimiz var. Onların 10-u kişi, yeniyetmə və gəncləri, 2 məşqçimiz isə qadın idmançıları hazırlaşdırır. Ötən ildən İslam Həmrəyliyi Oyunlarına köklənmişik. Bu yarışa var gücümüzlə hazırlaşırıq. Məşqçilərimizin proqramı var və ona uyğun məşqlərə davam edirlər. Oyunlara qədər bir neçə turnirə qatılacağıq. Hazırda əsas yığmamız Ukraynaya - təlim-məşq toplanışına yollanıb. Milliyə seçim zamanı yaş məhdudiyyəti qoymuruq. Bəlkə 15 yaşlı yeniyətmə dünya rekordçusu olacaq? Belədə onun qarşısını yaşa görə kəsə bilmərik. Hələ İslam Həmrəyliyi Oyunları üçün heyət müəyyənləşməyib. Bunu qatılacağımız yarışların nəticəsindən sonra biləcəyik. İnanıram ki, yaxşı nəticələr əldə edə biləcəyik. Yetərincə istedadlı, bacarıqlı, çalışqan idmançılarımız var”.
Yeri gəlmişkən, bu gündən bütün bölgələri əhatə edən zona yarışları start götürəcək. Fevralın 2-dək davam edəcək yarışların keçirilməsində məqsəd regionlarda ağır atletlərin hazırlıq durumunun yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, bu idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidi. Yarışlar Xırdalan, Lənkəran və Samuxda keçiriləcək. Xırdalanda yanvarın 26-27-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər mübarizə aparacaq. Yanvarın 29-30-da Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, fevralın 1-2-də Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər yarışacaq. Şəxsi xarakter daşıyan yarışlara yalnız texniki cəhətdən hazırlıqlı idmançılar buraxılacaq. Zona turnirlərində 1999-2007 və daha böyük təvəllüdlü kişi və qadınlar müvafiq yaş qruplarında qüvvəsini sınayacaq. Qaliblər sinkleyr cədvəli üzrə müəyyən ediləcək.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar