28 yan 15:06idman

AAAF-ın baş katibi müxalifətçi klublara “ilişdi”

AAAF-ın baş katibi müxalifətçi klublara “ilişdi”
“Bunu edənlərə yazıqlar olsun”
Son vaxtlar ağır atletikada baş verən qalmaqallar mətbuatın gündəmindədi. Rövşən Fətullayevin dopinqli çıxması problemləri daha da alovlandırdı. Ancaq Ağır Atletika Federasiyası (AAAF) işlərin qaydasında getdiyini düşünür. Qurumun baş katibi Rizvan Rəsulov son vaxtlar başverənlərlə bağlı AAAF-ın rəsmi saytına müsahibə verib.
– AAAF-ın AMADA ilə çox sıx əməkdaşlığı var. Bu əməkdaşlıq çərçivəsində bir çox işlər görülür, layihələr həyata keçirilir ki, onlardan biri də yarış və qeyri-yarış şəraitində müntəzəm dopinq-testlərin götürülməsi, nəticələrə uyğun addımların atılmasıdı. Bu proses necə davam etdirilir və bundan sonrakı addımlar nə olacaq?
– Olimpiya növlərində idmançılar arasında sağlam rəqabətin təmin olunması istiqamətində BOK, WADA və başqa beynəlxalq təşkilatlar tərəfindən aparılan işləri təqdirəlayiq saymaq lazımdı. Əsas mübarizə vasitələrindən biri də dopinqə qarşı diskvalifikasiya cəzalarıdı. Azərbaycan da daxil olmaqla cəza alan digər ölkələrdə də ağır atletikada islahatların aparılmasına ciddi diqqət yetirirlər. Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) milli federasiyalarla sıx ünsiyyətdə olur, onların qarşısında bir sıra vəzifələr qoyur. Bu gün dopinqlə mübarizə milli federasiyaların ana xəttini təşkil edir. AAAF bu işə ciddi münasibətini göstərir. AMADA da qeyd olunan məsələlərdə fəal iştirak edir. Biz bundan irəli gələn, üzərimizə düşən öhdəlikləri yerinə yetirir, ağır atletikanın nəinki gələcəkdə olimpiya ailəsindən çıxarılmasının qarşısını almaq, əksinə, daha nümunəvi idman növü olmasına töhfə verməyə çalışır, onun şəffaf inkişafı üçün ciddi addımlar atırıq.
– Testlərin nəticələri haqda nə deyə bilərsiz?
– AMADA il ərzində yarış və qeyri-yarış şəraitində idmançılardan götürdüyü testləri beynəlxalq laboratoriyalara göndərir. Təbii ki, bu proseslərin nəticəsində bəzi idmançıların verdikləri analizlərdə yasaq maddələr tapılır. Təqdirəlayiq hal odu ki, beynəlxalq təşkilatlarla yanaşı, Milli Agentlik də bu işə məsuliyyətlə yanaşır. Federasiya bu tədbirləri təbii qarşılayır, çünki belə hallarla qarşılaşan tək biz deyilik. Bir atletin yarış və ya qeyri-yarış şəraitində dopinqə düşməsi ciddi məsələdi. Lakin bu hallar bir çox idman növlərində təsadüf olunan hadisələrdi. Yasaq preparatlardan istifadə edən idmançı həm özünə, həm təmsil olunduğu federasiyaya və ən əsası, ölkəsinə ləkə gətirir. Ancaq biz dopinqlə mübarizə aparırıq və ortaya belə neqativ hallar çıxdıqda onu faciə adlandırmamalıyıq. Bu halların baş verməməsi istiqamətində ciddi islahatlar aparırıq. Lakin bu mübarizə tək federasiyanın işi olmamalıdı. Bununla idman növünün inkişafı ilə məşğul olan bütün idman təşkilatları da yaxından iştirak etməlidi.
– Cəzalarla yanaşı, hansı anti-dopinq profilaktik tədbirlər həyata keçirilir?
– İdmançılar, onların məşqçiləri, digər ağır atletika mütəxəssisləri ilə söhbətlər edilir, seminarlar təşkil olunur, dopinqsiz fəaliyyət üçün maksimum səy göstərilir. Bu proses ağrılıdı, oturuşması üçün vaxt lazımdı. Biz dopinqin kökünü kəsmək istəyirik. Ağır atletikada dopinq olmamalıdı. Biz belə düşünürük. Ancaq əvvəlcə dopinqi bəzi insanların beynindən çıxarmaq lazımdı. “Dopinqsiz uğur qazanmaq mümkün deyil” ifadəsindən kənara çıxa bilməyənlər yetərincədi. Onlar anlamırlar ki, dopinq qəbul etməyin heç bir xeyri yoxdu və onu qəbul edən şəxs əvvəl-axır “ilişəcək”, problemlərlə üzləşəcək. Bunu son illərdə verilən diskvalifikasiya qərarları sübut etdi. Bizim üzərimizə düşən iş kompleks tədbirlərin həyata keçirilməsidi.
– Onlar hansılardı?
– AMADA ilə çox sıx əməkdaşlıq edirik. Ötən il ərzində istər WADA, istərsə də AMADA tərəfindən ağır atletika yığmalarımızda dəfələrlə yoxlamalar aparılıb. Məlumat üçün qeyd edim ki, 2017-ci ildə AMADA tərəfindən 50 test götürülüb ki, onlardan 35-i yarışdan kənar, 15-i isə yarış vaxtı həyata keçirilib. Bəli, onların arasında dopinq çıxan nümunələr də var və bunu nə AMADA, nə də biz gizlətmişik. Ancaq kimsə rəsmi açıqlama verilənə qədər bundan xəbər tutub, ictimaiyyətə KİV vasitəsilə çatdırırsa da, uğursuzluğa düçar olur. Bundan sensasiya yaratmaq, AAAF-ı ləkələmək niyyəti güdmələri təqdiarəlayiq hal deyil. Bunu pisləyirik. Biz bir ailəyik və ailə içində problemlərin olması qaçılmazdı. Bunu müəyyən məqsədlər üçün qabartmağı qeyri-ciddi addım sayıram. Bu həm bəzi jurnalistlərin, həm də o məlumatları ötürənlərin peşəkarlığına şübhə yaradır. Bu proseslərə başqa gözlə baxmaq lazımdı. Federasiya dopinqlə mübarizə aparır və ortadakı nəticələr məhz bu işin, bu mübarizənin nəticəsidi. Biz dopinq hallarını tez ortaya çıxarır, günahkar idmançı və ya mütəxəssislləri sıralarımızdan uzaqlaşdırırıq.
– Hətta ən güclü idmançılar olsa belə?
– Kim olur-olsun, fərq etmir. Bizə dopinq qəbul edib nəticə qazanan idmançı lazım deyil. Qarşıdakı yarışlara maneəsiz getmək və təmiz gücümüzü göstərmək istəyirik. Bunu edə biləcəyik, əmin olun. Sadəcə, vaxt lazımdı. Hansısa idmançının dopinqə düşməsi əslində sadə məsələdi. O mənada ki, kimsə qaydanı pozubsa, cəzasını almalıdı. Hər şey bu qədər sadədi. AMADA-nın fəaliyyətini yüksək dəyərləndiririk. Yoxsa bu qədər pozuntular üzə çıxmaz, sonra yığmamıza daha böyük problemlər yaranar, federasiya olaraq zərbə altında qala bilərik. Qarşıda görməli olduğumuz çox iş var. Ötən ilin dekabrında İWF-dən bizə məktub daxil olmuş, müəyyən şərtlər irəli sürülmüşdü. Dekabrda Almatıdakı 9 ölkənin cəzalanması ilə bağlı brifinqdə də iştirak etdik, əlavə tələbləri eşitdik, bu haqda ictimaiyyətə geniş açıqlama verdik. Çox ciddi öhdəliklər götürmüşük. İlk olaraq, biz WADA və AMADA üçün şəffaf olmalı, onların rahat dopinq-test götürmələri üçün ən münbit şəraiti yaratmalıyıq. Əks halda cəza müddətimiz nəinki azalar, daha da artar. Biz çalışırıq ki, dopinq qəbul edən atletləri qısa zamanda özümüz ortaya çıxaraq, uzaqlaşdıraq. Lakin bunu biz tək edə bilmərik, müvafiq qurumlarla əməkdaşlıq etməliyik və edirik də. Bu axar pis mənada şişirdilməməli, əksinə, təqdir edilməli, federasiyanın əzmkarlığı kimi qeyd olunmalıdı.
– Ötən il atletlərimizin beynəlxalq yarışlardakı çıxışı göstərdi ki, dopinqsiz də uğur qazanmaq mümkündü.
– Tam doğrudu. Ötən il Yaponiyada keçirilən gənclər arasında dünya, Albaniyada keçirilən gənclərin Avropa birinciliyində yüksək nəticələrə yaxınlığı hiss etdik. Taylandda baş tutan yeniyetmələrin dünya birinciliyində komanda hesabında 9-cu yeri tutaraq bu il Argentinada keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanarkən ortaya iş qoymuş olduq. Üstəlik, Kosovoda yeniyetmələrin Avropa birinciliyində medal sayında ölkə olaraq Avropa çempionu olanda dopinqsiz uğur qazanmağın mümkünlüyünü əyani şəkildə bir daha sübut edə bildik. Nəticədə 2017-ci ildə yeniyetmələr və gənclər arasında Avropa birinciliklərində və ümumilikdə beynəlxalq turnirlərdə 13 medal əldə etdik. Bununla yanaşı, yeniyetmələrimiz 7 Avropa rekordu da müəyyənləşdirdi. Qeyd etdiyimiz bütün bu yarışların hər birində WADA tərəfindən atletlərimizdən dopinq-test götürülüb və heç bir “müsbət” nəticə olmayıb. Məncə, əlavə şərhə ehtiyac yoxdu.
– Ancaq dopinqlə mübarizə ilə bağlı məlumatlar məqsədli şəkildə yanlış istiqamətə yönəldilir, görülən işlərə kölgə salınır, fərqli fikirlər formalaşdırılır. Buna münasibətiniz necədi?
– Dopinq məsələlərini məqsədli şəkildə şişirtmək, bununla manipulyasiya etmək, federasiyaya, onun işinə qarşı çıxmaq, ləkə yaxmaq, sadəcə, ayıbdı. Bunu edənlərə yazıqlar olsun. Çox yazıqlar olsun! Daxildən bizə mane olmaq istəyənlər bu “mübarizə”ni kənara qoyub idmançıların şəraitinin yaxşılaşdırılmasından, onların inkişafı üçün görülən işlərdən danışmalı, öz yerlərində idmançıların sayını artırmağa, onlarla daha ciddi məşğul olmağa çalışmalı, idmançı yetişdirməyə yönəlmələri daha məqsədəuyğundu. Fikir verin, 2017-ci ildə yeniyetmələrdən və gənclərdən ibarət Azərbaycan birinciliklərində iştirak edənlərin 62 faizi, böyüklərdən ibarət Azərbaycan çempionatında iştirak edənlərin 68 faizi “Zirvə” İdman Klubunun idmançıları olub. Bu, ondan xəbər verir ki, digər idman təşkilatlarının rəhbərləri və mütəxəssisləri bu haqda ciddi fikirləşməlidi. Bu gün federasiyanın apardığı islahatları düzgün qiymətləndirə bilməyib böhtan xarakterli çıxışlar etməkdənsə, federasiyanın daxili işlərini ictimailləşdirmək və insanlar arasında yanlış fikirlər formalaşdırmaqdansa, öz təşkilatlarında münbit şəraitin yaradılmasına və ən əsası, kütləviliyin artırılmasına səy göstərmələri daha yaxşı olardı. Bu gün federasiya 2008 və 2012-ci illərdə aparılan “işlər”in acısını çəkir. Hazırkı birillik diskvalifikasiya qeyd etdiyim dövrlərin “bəhrəsidi”. Bu gün yasaq dərman preparatlarının qəbuluna, nəticələrin süni surətdə artırılmasına və nəticədə dövlətdən və federasiyadan külli miqdarda pul və digər mükafatların alınmasına və beynəlxalq təşkilatlar tərəfindən cəzalanaraq, sonda günahı özlərində görməyən mütəxəssislərə AAAF “yox” deyir.
– Yaxın gələcək üçün planlarınız nədən ibarətdi?
– Toplanışda hazırda 35 ağır atlet iştirak edir. Yaxın gələcəkdə bu sayı artırmağı nəzərdə tutmuşuq. Əsas hədəfimiz bu ilin oktyabrında Argentinada keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları və noyabrda Türkmənistan keçiriləcək kişilər və qadınlar arasında 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına fərdi lisenziya xarakteri daşıyan dünya çempionatıdı. Bununla yanaşı, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində idman təşkilatlarının məşq zallarını ağır atletika avadanlıqları ilə təmin etmək, zalların sayını artırmaq (artıq Sumqayıtda və Bakıda 2 idman zalının tamamlama işləri başa çatmaq üzrədi) nəzərdə tutulub. Anti-dopinq tədbirləri çərçivəsində də məşqçilər, hakimlər və başqa mütəxəssislərə müntəzəm daxili seminarlar, həmçinin ilboyu beynəlxalq səviyyəli anti-dopinq seminarlarının təşkilini planlaşdırmışıq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:30 “Qüvvələr nisbəti bərabər deyildi” Bu gün, 12:28 Basketbol Federasiyası bəyanat yaydı Bu gün, 12:26 Qadzenin transferi yaya qaldı Bu gün, 12:24 Mütəxəssislər Roberto Bordinin qərarına hörmət edir Bu gün, 12:22 Futbolçuları Bordinin həmyerlisi müayinə etdi Bu gün, 12:21 PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir Bu gün, 12:19 Tanış serblər Obradoviçi təriflədilər Bu gün, 12:17 Elbrus Məmmədov “Sumqayıt”dan ayrılmayacaq Bu gün, 12:15 "Qarabağ" qələbənin bəhrəsini gördü Bu gün, 12:11 “Qarabağ”ın oyunu sabah 18.00-da başlayacaq Bu gün, 12:07 “İnter”də ayrıldılar, “Sabah”da qovuşdular Bu gün, 11:06 Futzalın kubok mənzərəsi Bu gün, 11:04 “Ağsu” Şamaxıda meydana çıxacaq Bu gün, 11:03 Şeydayevlə Səmədov BƏƏ-yə yollandı Bu gün, 11:02 Klub rəhbərliyi Nasimovu əliboş yola salıb Bu gün, 11:00 “Qardaşlar” Region Liqasına hazırlaşır Bu gün, 10:58 Liderlər üçün “qara həftə” Bu gün, 10:57 Oxucu məktubu Bu gün, 10:55 "Zirə"nin bütün rəqibləri açıqlandı Bu gün, 10:53 Elvin Bədəlov “Sumqayıt”da baxışdadı Bu gün, 10:52 “Qəbələ” Adeniyisiz hazırlaşır Bu gün, 10:51 Karikari BƏƏ-yə yollandı Bu gün, 10:49 Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibi seçildi Bu gün, 10:46 “Kəpəz” Tovuzda uduzdu Bu gün, 10:45 Pedronun iki variantı var Dünən, 14:51 Tahir Süleymanov “Neftçi”nin tədbirinə dodaq büzdü Dünən, 14:49 Qış "transfer pəncərəsi" rəsmən açıldı Dünən, 14:46 Eddidən növbəti 90 dəqiqəlik oyun Dünən, 14:45 Almeyda Koreyadan gələn təklifi rədd edib Dünən, 14:42 Riçardın “Astana” karyerasına baxış... Dünən, 14:39 Oyun təxirə salındı, Almeyda Qurbanova qalib gəldi Dünən, 14:30 “Zirə” Antalyaya 8-ci səfərini gerçəkləşdirdi Dünən, 14:28 “Hücumçudan necə oynadığını yox, neçə qol vurduğunu soruşurlar” Dünən, 14:20 Komitə üzvləri Obradoviçi təriflədilər Dünən, 14:17 1/16 finalçılar müəyyənləşdi Dünən, 14:14 “Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər Dünən, 14:08 Elbrus Məmmədov Obradoviçin köməkçisi olacaq Dünən, 14:06 Coşqun Diniyev “Sabah”la anlaşdı Dünən, 14:02 Həftənin idman proqramı Dünən, 13:59 Klublar çempionatı boykot etdi Dünən, 13:57 “Keşlə” Antalyaya yollandı, Kərimi əməliyyat olundu Dünən, 13:55 Dario gəldi, “Neftçi” getdi Dünən, 13:54 “Araz”ın sabiq qapıçısı Alfa Liqada iki dəfə çox qazanır Dünən, 13:50 “Sabah” qələbəylə başladı Dünən, 13:49 “Qəbələ” qələbə ilə getdi Dünən, 13:46 Delarj gələcəyini “Qarabağ”da görür 13-01-2019, 18:41 “Şüvəlan” Tural Qürbətovla güclənib 13-01-2019, 18:38 Ayxan Abbasov baxışda olanları bəyənməyib 13-01-2019, 18:36 “Sumqayıt” ikinci yarıda coşdu 13-01-2019, 18:33 Vüqar Həşimov yad olundu 13-01-2019, 18:32 Dino 19 qol vursa da... 13-01-2019, 18:30 Kubok sürprizlərlə başladı 13-01-2019, 18:25 “Astana” Almeydanı icarəyə verir 13-01-2019, 18:24 Azər Məmmədov “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi oldu 13-01-2019, 18:22 Hakimlərin Mingəçevir toplanışı başladı 13-01-2019, 18:14 Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi 13-01-2019, 18:11 Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır Bütün xəbərlər
Ən çox oxunanlar