26 yan 23:39idman

Ramil Quliyev atletika məktəbi açmaq istəyir

Ramil Quliyev atletika məktəbi açmaq istəyir
“Azərbaycana qayıtmaq mövzusunu heç kim açmayıb”
Ötən il Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçışda dünya çempionu olan Ramil Quliyev həm Türkiyədə, həm də Azərbaycanda gündəmə çevrildi. Qardaş ölkə adına yarışan atletimiz hələ də türk mətbuatının diqqət mərkəzindədi. Halbuki Türkiyədə KİV daha çox futbola diqqət ayırır. Bu baxımdan sprinterə maraq istisnadı.
Bugünlərdə “Fanatik” qəzetinin əməkdaşı Hamit Turhan həmyerlimizlə söhbət edib. Reportajı müəyyən ixtisarla diqqətinizə çatdırırıq:
Ramil Quliyev... Atletika ilə yaxından maraqlananlar istisna olmaqla, 10.08.2017 tarixindən əvvəl bu isim insanlar üçün bir şey ifadə etmirdi. Ancaq həmin tarixdən fenomenə çevrildi. Çünki Türkiyə tarixində bir ilki yaşatdı. Londonda 200 metr məsafəyə qaçışda dünya çempionu olaraq idman tariximizin ən böyük uğurlarından birinə imza atdı. Onu tanıyanlara görə bu sürpriz deyildi və əslində bir başlanğıcdı. Çünki Ramil hər zaman mərhələ-mərhələ irəliləyən idmançı idi. Uşaq yaşlarından etibarən addım-addım, salisə-salisə nəticəsini yaxşılaşdıraraq 2017-nin yayında dünya atletikasının zirvəsinə çıxdı. Və bu zirvədə uzun illər qalmağa qərarlıdı. Bunun üçün çox çalışır. Hazırda Moskvada təlim-məşq toplanışı keçən Quliyevlə internet vasitəsi ilə reportaj gerçəkləşdirdik. Türk xalqına ümiddolu mesajlar verdi. Xüsusən də Tokio-2020 ilə bağlı. Belə görünür ki, Tokioda növbəti tarix yazılacaq. Ürəyimiz onunladı.
“Həyatım dəyişmədi, ancaq maraq artdı”
Dünya çempionu olduqdan sonra həyatımda böyük dəyişiklik olmadı. Məşqləri adi qaydada davam etdirirəm. Sadəcə, mənə olan maraq çoxaldı. Onun xaricində mənim üçün köklü dəyişiklik olmayıb. Gündə 6-7 saat məşq edirəm. Bu hazırlığı hər biri 3-3,5 saatlıq müddəti əhatə edən iki hissəyə bölürəm. Aylarla bu formada toplanış keçirik. Bu həyatı biz seçmişik. Ona görə də çox çalışırıq. Onsuz da bundan sonra 5-7, bəlkə də maksimum 10 il idmanla məşğul olacam. Bundan sonra bitəcək. Amma həyat uzundu. Daha çox şey edərəm.
“5-10 salisə üçün 8 ay məşq edirəm”
Böyük yarışlarda salisə fərqi çox önəmli deyil. Ən önəmlisi kiçik nüanslar nəticəsində finişi neçənci keçməyindi. Burda psixoloji savaş daha önəmlidi. Çətin olan bu savaşdan üzüağ çıxmaqdı. Bunun üçün aylarla məşq edirik. O anda stressə girmədən taktikanı həyata keçirməli və bacarığını göstərməlisən. 8 aydı məşq edirəm ki, öncə əvvəlki nəticəmi qoruyum, sonra da 2-5-10 salise daha yaxşı qaçım. Bütün bunlar yorucudu. Amma işimiz belədi. Hər qaçışın özəl taktikası var. Bu kiminlə yarışmağından asılıdı. Təhlil aparmadan qaçış cığırına çıxmırıq. Bu, komanda işidi. Təkbaşıma bu işi edə bilmərəm. Yeri gəlmişkən, məşqçimə, komandama, “Fənərbaxça”ya, klubun atletika şöbəsinə və xüsusən başqanımız Əziz İldırıma mənə verdiyi əvəzsiz dəstəyə görə təşəkkür edirəm. Əziz bəy mənimlə hər zaman maraqlandı, maddi və mənəvi yalqız buraxmadı.
“Bolt yox idi, mən qazandım, gerçək budu”
Final qaçışında “kaş ki Useyn Bolt da olardı” düşüncəsinə qapılmadım. Çünki həmin an yarışanlar start xəttindəydi. Yamaykalı atlet yaxşı çalışıb mundiala qatılsaydı, bəlkə mən 2-ci yeri tutar və o zaman uğurum bu qədər möhtəşəm olmazdı. Amma o yox idi və mən birinci oldum. Əlimizdə olan gerçək budu. Onunla bir neçə dəfə görüşmüşəm. Ancaq biz həmkarlarımızla görüşəndə qaçışdan danışmırıq. Sadəcə, harda və nə vaxt yarışacağımızı bir-birimizdən soruşuruq. Bolt karyerasını bərpa etsə, maksimum 3-5 il idmanla məşğul ola bilər.
“Olimpiadanın qalibi olmaq istəyirəm”
Hazırda Moskvada toplanışdayam. İlk yarışımız mayda olacaq və turnirlər sentyabra kimi davam edəcək. İnşallah, zədə və ya başqa problem olmasa, yarışlarda iştirak edəcəm. Çıxışlarımı “instaqram”, “tvitter” və “youtub” səhifəmdən izləyə bilərsiz. Mütləq Olimpiadanın qalibi olmaq istəyirəm və bunun üçün çox çalışıram. İnşallah, bu, mənə qismət olar və qızıl medal qazanaram.
“Azərbaycana qayıtmaq mövzusunu heç kim açmayıb”
DÇ-dəki uğurum həmyerlilərimi çox sevindirdi. Mənə təbrik mesajı yazdılar. Mən də bu dəstəyə görə çox sevindim. Əslində bu medal iki ölkənindi. Azərbaycana qayıtmaq mövzusunu heç kim açmayıb. Məncə, bundan sonra da açmazlar.
“Nə qədər çox çalışsan, o qədər uğur qazanacaqsan”
Hədəflərimdən biri də rekorda imza atmaqdı. Hər il nəticələr daha da yaxşılaşır. İnşallah, 2017-dəki nəticəm sonuncu olmaz. Bundan daha yaxşısına imza atmaq üçün əlimizdən gələni edirik. Rekordlara nə qədər yaxın olduğumuzu gələcək göstərəcək. Ancaq imkansız bir şey yoxdu. Gənclərə məsləhətim odu ki, idmanla məşğul olsunlar və çox çalışsınlar. Bu iki şeyi etsələr, mütləq uğur qazanacaqlar. Nə qədər çox çalışsan, o qədər uğur qazanacaqsan.
“Atletika məktəbi açmağı çox istəyirəm”
Mənim üçün ən böyük mükafat Olimpiyat Oyunlarında medal qazanmaq və dünya rekordu qırmaqdı. Ama qlobal düşünsək, atletika məktəbi açmağı çox istəyirəm. Gənclərin atletikayla məşğul olması üçün çox gözəl şərait yaratmaq, yeni idmançıların yetişməsi üçün zəmin hazırlamaq ən böyük arzumdu. Atletikaya verəcəyim bu miras mənim üçün böyük mükafat olacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar