21 yan 14:35idman

Samit Nuruzadə U-18-i A divizionuna yüksəltmək istəyir

Samit Nuruzadə U-18-i A divizionuna yüksəltmək istəyir
Elşən Yusubov: “Ermənistandan qisas almağa çalışacağıq”
Ötən sayımızda 3 yaş qrupu üzrə basketbol yığmalarımızın Avropa çempionatının qrup mərhələsində hansı komandalarla qarşılaşacağını nəzərinizə çatdırmış və U-20-nin baş məşqçisi Tahir Baxşıyevin fikirlərini öyrənmişdik. Bu dəfə mövzuya daha dərindən toxunmaq qərarına gəldik.
Elə başlayaq böyüklərdən. Bildiyiniz kimi, U-20 ikinci dəfə B divizionunda mübarizə aparacaq. Ötən il Baxşıyevin yetirmələri bu divizionda debüt etdi və yalnız iki komandanı – Maltayla Moldovanı qabaqlayaraq 19-cu pillədə qərarlaşdı. Bu il hədəf ən azı qrup mərhələsini uğurla adlamaqdı. Yığmamız A qrupunda Belçika, Latviya Belarus və Makedoniya ilə qarşılaşacaq. Digər qruplara da göz ataq. B qrupunda Albaniya, Bolqarıstan, Estoniya, Sloveniya, Moldova və Slovakiya, C qrupunda Macarıstan, Hollandiya, Lüksemburq, Rusiya, Ermənistan, Çexiya, D qrupunda isə Finlandiya, Polşa, Portuqaliya, Gürcüstan və Kosovo mübarizə aparacaq. İyulun 13-dən 22-dək Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yarışın medalçıları növbəti il A divizionunda – AÇ-nin final mərhələsində iştirak etmək hüququ qazanacaq.
U-18 da ötən il B divizionunda debüt etmişdi. Samit Nuruzadənin yetirmələri də yalnız iki kollektivi qabaqlaya bilmişdi. Lüksemburqla İrlandiyanı geridə qoyan millimiz 22-ci yeri tutmuşdu. Bu komanda da hədəfini yüksəltməlidi. Nuruzadənin yetirmələri B qrupunda Avstriya, Belçika, Macarıstan, Estoniya və Gürcüstanla qüvvəsini sınayacaq. A qrupunda Norveç, Polşa, Portuqaliya, Rumıniya, İsveçrə, Belarus, C qrupunda İslandiya, İsrail, Lüksemburq, Hollandiya, Makedoniya, Çexiya, D qrupunda isə Albaniya, Bolqarıstan, Danimarka, İsveç, Sloveniya və Slovakiya yer alacaq. Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq turnir iyulun 27-dən avqustun 5-dək davam edəcək. Burda da ilk “3-lük” A divizionuna vəsiqə qazanacaq.
U-16 isə həmişə olduğu kimi qitənin ən zəif komandalarının yarışdığı C divizionunda uğur qazanmağa çalışacaq. Elşən Yusubovun komandası A qrupunda Avstriya, Albaniya, San Marino, Ermənistan və Moldova ilə üz-üzə gələcək. B qrupunda isə Cəbəllütariq, Malta, Şotlandiya, Uels və Andorra mübarizə aparacaq. İyulun 3-dən 11-dək davam edəcək turnir San Marinonun Serravalle şəhərində keçiriləcək.
Qeyd edək ki, hələ heç bir turnirdə oyunların təqvimi müəyyənləşməyib.

Reaksiyalar
Samit Nuruzadə: “Püşkatmanı normal dəyərləndirirəm. Açığı, mənim üçün rəqiblərin kimliyi önəm daşımır. Uğur qazanmaq istəyirsənsə, bütün komandalarla oynamağı bacarmalısan. Yaxın günlərdə qrupdakı rəqiblərimizin əvvəlki illərdə göstərdikləri nəticələrə nəzər salacam. Gürcüstanla eyni qrupda yer almaq maraqlıdı. Bildiyiniz kimi, əvvəllər tez-tez bu ölkənin U-18 çempionatında oyunlara çıxırdıq. Onlarla görüş nə dərəcədə “artırdığımızı” göstərəcək. Ümumiyyətlə, Avropada zəif komanda yoxdu. Məqsədimiz medal qazanıb, A divizionuna yüksəlməkdi. Ötənilki heyəti bu il də oynatmaq imkanım var. Çünki debüt ilimizdə onların 17 yaşı var idi. İndi daha təcrübəli olublar. Fikrim var ki, U-16-dan da bir-iki nəfəri heyətə qatım. Gələcək illər üçün yeniyetmələrə təcrübə qazandırmaq adına faydalı olar. Yarışlarımızın üst-üstə düşməməsi yaxşıdı. Reqlamentə əsasən, hər komandada bir legioner oynaya bilər. Bacardığımız qədər güclü əcnəbi oyunçu “milliləşdirməyə” çalışacağıq. Toppaylayıcı mövqeyinə legioner gətirməyi planlaşdırırıq”.
Elşən Yusubov: “İki il əvvəl Cənubi Kiprdə Moldova ilə qarşılaşmışdıq. Albaniya, San Marino və Ermənistanı da yaxşı tanıyırıq. Yalnız Avstriya C divizionunda yeni komandadı. Onlarla oyun maraqlı olacaq. İlk iki yerdən birini tutub, pley-offa vəsiqə qazanmağa çalışacağıq. Avstriya və Ermənistanı qrupda əsas rəqiblərimiz sayıram. Ancaq Albaniyanı da siyahıdan silmək olmaz. Düzdü, ötən il onlara yaxşı taktiki hazırlıq hesabına qalib gəlmişdik. Ancaq bu komandanı zəif saymaq olmaz. Hərçənd aşağı yaş qrupları üzrə yığmalar haqda dəqiq proqnoz vermək mümkün deyil. Çünki ildən-ilə komandaların səviyyəsi dəyişir. Məsələn, ötən il Moldovanı tanımaq mümkün deyildi. Görək bu dəfə rəqiblərin 2002-03 təvəllüdlü basketbolçuları hansı səviyyədə olacaq. Ermənilərin Amerikada yaşayıb, orda çıxış edən oyunçuları var. Həmçinin Rusiyadan 4 basketbolçunu “milliləşdiriblər”. Ancaq biz buna bir şey deyə bilmərik. Ermənistandan qisas almağa çalışacağıq. Bizim heyətdə müəyyən dəyişiklik ola bilər. Cəbrayıl Əkbərov və Ramiz Quliyev kimi əsas oyunçular U-16-da çıxışını davam etdirir. Namizədlərimiz var. Ancaq heyətlə bağlı daha dəqiq danışmaq üçün bir müddət gözləmək lazımdı”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar