16 yan 16:06idman

Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı

Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı
“Bazarda utana-utana, gizlənə-gizlənə alver edərkən bir kimsə sahib çıxmadı”
İlin əvvəlində yunan-Roma güləşində 55 kq-da iki dəfə Avropa çempionu olan Elçin Əliyevin Türkiyə yığmasına keçdiyini xəbər vermişdik. 27 yaşlı güləşçi qardaş ölkənin millisində hər hansı qadağa olmadan iştirak edə bilər. Çünki sonuncu dəfə 2013-də yığmamızda çıxış edib. Başqa sözlə, hər hansı gözləmə müddətindən söhbət gedə bilməz. Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov da açıqlamasında bunu etiraf etmişdi. O həm də 2010-cu ildə rəhbərliyi altında Bakıda keçirilən Avropa çempionatının finalında olimpiya çempionu Nazir Mankiyevə qalib gələn Əliyevin güclü pəhləvan olduğunu, hazırda millimizdə yüngül çəkidə onun kimi güclü güləşçinin olmadığını söyləmişdi.
Elçinin şəxsi məşqçisi Əbülfət Məmmədovla da danışdıq. Yetirməsi ilə bağlı çox danışmaq istəməyən sumqayıtlı mütəxəssis bunları dedi: “Elçinin nə vaxt Türkiyəyə getdiyini bilmirəm. Bununla bağlı məndən məsləhət almayıb. Heç mən də ona nəsə deməmişəm. Hər insanın öz qərarıdı. Bunu da normal qarşılamaq lazımdı. O, çox yaxşı insandı. Atası rəhmətə gedib. Bildiyimə görə, burda anası yaşayır. Elçinlə əlaqəm yoxdu. Ancaq eşitmişəm ki, Türkiyə çempionatında iştirak etməyib. Həmin ölkənin yığmasına çağırılmasını da ilk dəfə sizdən eşidirəm. Bundan sonra uğurlar qazana bilərmi? Bilirsiz, hər şey Allahın əlindədi. Allah istəsə, olimpiya çempionu da ola bilər”.
Nəhayət, güləşçinin özüylə də danışa bildik. Əliyev ölkədən gedişinin səbəbini tam açıqlamasa da, məsələnin məğzini tutmaq çətin olmadı.
- Türkiyə çempionatında iştirak etməliydin. Ancaq eşitdiyimizə görə, turnirdə iştirak etməmisən. Bunun səbəbi nədi?
- Təlim-məşq toplanışına yeni çatmışam. Türkiyə adından yarışmaq icazəsini yeni almışam. Bu üzdən çempionatda iştirak edə bilmədim. Bu ayın sonunda bir turnir olacaq. İnşallah, həmin yarışda iştirak edəcəm.
- Neçə aydı orda yaşayırsan?
- 9 ay olar.
- Hansı şəhərdə məskunlaşmısan?
- Bursada.
- 60 kq-da güləşəcəksən?
- Bəli.
- Türkiyə millisində bu çəkidə güclü rəqib çoxdu?
- Yaxşı güləşçilər var. Səviyyələri pis deyil.
- Rio Olimpiadasından əvvəl yığmamıza qayıtmışdın. Millidən gedişinə kim və ya nə səbəb oldu?
- Heç kim. Özüm istəmədim. Buna səbəb kim olubsa belə, o da qiyamət günü cavab verəcək. Eh, vətən, vətən… İmkan vermədilər.
- Hərdən yanlış qərar verdiyini fikirləşmirsən? Çünki karyerasını başa vuran Rövşən Bayramovdan sonra bu çəkidə “1 nömrə” sən olacaqdın.
- Burda mənim üçün çox gözəl şərait yaradılıb. Türkiyədə mənə sahib çıxdılar.
- Ölkədən gedişinin səbəbini söyləməsən də, dini baxışlarına, əqidənə görə “sıxdıqlarını” güman edirəm. Yəni əvvəlki problemlər sənə mane olub. Doğru düşünürəm?
- Yığmamızın toplanışından ayrıldıqdan sonra bazarda utana-utana, gizlənə-gizlənə alver edərkən bir kimsə sahib çıxmadı. Allahın dinini qorumasan, bəs onu kim qoruyacaq? Mən neyləyirdim ki? Sadəcə, Rəbbimə ibadət edirdim. Vətənimi də, xalqımı da sevirəm. Amma maddi durum qəlizləşəndə yaşamaq çətindi. Mən ailə başçısıyam, iki övladım var. Onları saxlamalıyam. Mən baxmasam, kim baxacaq? Ancaq vətənim və bayrağım həmişə qəlbimdədi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:02 Sabah “Futbol+”də Dünən, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi Dünən, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək Dünən, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi Dünən, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı Dünən, 16:26 Yenilmək növbəsi Maltanındı! Dünən, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib Dünən, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür Dünən, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək Dünən, 16:04 Stuxlik hakimlərdən test götürdü Dünən, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı Dünən, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” Dünən, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” Dünən, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol Dünən, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı Dünən, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar