15 yan 00:25idman

Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək

Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək
“Yığmada necə dəmir intizam var idisə, federasiyada da elə olacaq”
Yanvarın 11-də Güləş Federasiyasında (AGF) gözlənilməz kadr dəyişikliyi baş verdi. Oktyabrın 24-də qurumun 1-ci vitse-prezidenti Namiq Əliyev Sahib Ələkbərovla əvəzlənmişdi. Ancaq federasiya prezidenti Fazil Məmmədovun əmrində də qeyd olunmuşdu ki, Ələkbərov bu posta müvəqqəti gətirilib. Onsuz da başı velosiped idmanının problemlərinə qarışan Sahib bəy üçün güləş ikinci iş idi. Təbii ki, bir şəxs eyni vaxtda iki işi uğurla həyata keçirə bilməz. Mütləq bunlardan birini yola verəcək. Güləş isə ölkəmiz üçün strateji önəm kəsb edən idman növüdü. Bu sahəni başdansovdu idarə etmək olmaz. Bəlkə də bu üzdən srağagün AGF başqanının yeni əmri ilə Ələkbərov müvəqqəti gətirildiyi postu təhvil verdi. Onun yerinə isə sürpriz ad – Firdovsi Umudov gətirildi. Əslində bu qurumun təcrübəsində belə hala rast gəlmişik. Pekin Olimpiadasından sonra yunan-Roma güləşi yığmamızın çalışdırıcısı Elçin Cəfərov məhz güləşin bu növü üzrə vitse-prezident təyin olunmuşdu. Eyni zamanda, 2010-cu ilin yayınadək millidə fəaliyyətini davam etdirirdi. Yeganə fərq ondadı ki, sərbəst güləş üzrə əsas komandanın baş məşqçisi 1-ci vitse-prezident oldu. Başqa sözlə, Fazil Məmmədovun sağ əlinə çevrildi.
Umudov dünən yığmaların məşqçi heyəti ilə görüş keçirib. İclasda bu günə qədər görülən işlər, qarşıda duran məqsədlər və hədəflərdən danışılıb. Firdovsi bəy bu günə qədər qazanılan uğurlar və görülən işləri davam etdirmək, nəticələri daha da yaxşılaşdırmaq üçün çalışacaqlarını bildirib: "Güləşçilərimiz son 10 ildə mütəmadi olaraq Avropa və dünya çempionatlarından, Olimpiya Oyunlarından yüksək əyarlı medallarla qayıdıb. İstər yeniyetmələr, istər gənclər, istərsə də böyüklər arasında həm sərbəst, həm qadın, həm də yunan-Roma güləşi yığmalarımız qatıldıqları məsul yarışlarda komanda hesabında ilk “3-lük”də qərarlaşıb. Ölkə başçısının çıxışlarımızı diqqətlə izləməsi, daim bizə dəstək olması isə məsuliyyətimizi daha da artırır, bizə əlavə stimul verir".
2018-ci ilin güləşçilərimiz üçün əhəmiyyətinə toxunan 1-ci vitse-prezident əsas hədəfin yeniyetmələrin Yay Olimpiya Oyunlarında maksimum sayda güləşçi ilə iştirak və yüksək əyarlı medallar olduğunu bildirib: "Qarşıda bizi bütün yaş kateqoriyalarında Avropa və dünya çempionatları, yeniyetmə güləşçilərin Yay Olimpiya Oyunları gözləyir. Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Olimpiadada ən azı Sinqapur və Nanjinqdəki analoji yarışlardakı uğuru təkrarlamalıyıq. İllik təqvim planımız bəllidi, güləşçilərimiz məşqləri plana uyğun olaraq davam etdirir. 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarına qədər hazırlıqlarımız ən yüksək səviyyədə davam edəcək. Əminəm ki, əziyyətimiz yerdə qalmayacaq və federasiya rəhbərliyi tərəfindən yaradılan yüksək şərait qarşılığında idmançılarımız xalqımızı yeni-yeni qələbələrlə sevindirəcək".
Uğura gedən yolun çalışmaq, əzmkarlıq və nizam-intizamdan keçdiyini bildirən Umudov bundan sonra da fəaliyyətini bu istiqamətdə davam etdirəcəyini deyib: "Etimad göstərilib və bu vəzifə mənə həvalə edilib. Sizinlə birlikdə çalışacağıq ki, etimadı doğruldaq. Bu günə qədər məşqçi kimi fəaliyyətimdə daim diqqətdə saxladığım prinsiplər olub. Bunlar çalışmaq, əzmkarlıq və nizam-intizama riayət etməkdi. Birinci vitse-prezident kimi də bu prinsipləri əldə rəhbər tutaraq fəaliyyət göstərəcəm. Bütün məşqçilərdən və yığmaların üzvlərindən də intizama ciddi riayət etmək tələb olunur. Məqsədimiz və hədəfimiz dəyişməzdi. Güləşimizi daha da inkişaf etdirmək, dünya miqyasında mövqeyimizi qoruyub saxlamaq və daha da gücləndirmək üçün var gücümüzlə çalışmalıyıq. Hədəfimiz yeni-yeni qələbələr, nailiyyətlər qazanmaq, bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdi”.
Görüşün sonunda yığmaların məşqçilərinin gələcək planları müəyyənləşdirilib, müvafiq göstərişlər verilib.
Dünən Firdovsi bəylə biz də danışdıq və öyrəndik ki, o, millidəki fəaliyyətini davam etdirəcək: “Hələ ki baş məşqçi postuna təyinat olmayıb. Paralel olaraq yığmanı çalışdıracam. Başqa millilərin çalışdırıcılarına da şans verilib. Qarşıdakı yarışlarda onların işinə baxılıb qiymət veriləcək. Yanvarın 14-də Qazaxıstan yığması bura gəlir. Onlarla birgə toplanış keçəcəyik. Türkiyədə keçirilən Yaşar Doğunun xatirə turnirinə qatılmayacağıq. Əvəzində fevralda İran və Ukraynada baş tutacaq yarışlarda iştirak etməyi planlaşdırırıq. Yığmada necə dəmir intizam var idisə, federasiyada da elə olacaq. Hər şey nəzarətdə saxlanılacaq. Bundan sonra hamı yumruq kimi birləşib, bir hədəfə vurmalıdı. Hamımız üçün vətən və bayraq ən birinci olmalıdı... Toğrul Əsgərovla dünən telefonla danışmışam. Gəncədə şəxsi məşqçisinin rəhbərliyi altında məşqlərini davam etdirir. Ali qurumdan icazə alan kimi yığmanın hazırlıq prosesinə qoşulacaq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar