14 yan 12:43idman

İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi

İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi
Nicat Rəhimovun atası isə Cahangir Əsgərovu “yıxıb-sürüdü”
Yanvarın 8-dən Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında qadınlar və kişilərdən ibarət yığmaların təlim-məşq toplanışına start verilib. Ayın 29-dək burda olacaq milli üzvləri sonra hazırlığı ölkə xaricində davam etdirəcək. Ancaq növbəti məkan hələ müəyyənləşməyib. Baş məşqçi Asif Məmmədov yaradılan şəraitdən razılığını, atletlərin plan üzrə məşq etdiyini, qarşıdakı daxili və beynəlxalq yarışlar üçün hazır formaya gətirildiklərini bildirib.
Ancaq toplanışda Nailxan Nəbiyev iştirak etmir. Ağır çəkili atlet “feysbuk” səhifəsində şikayətlənib: “Təlim-məşq toplanışı zamanı zədə almış idmançının maaşını kəsmək yalnız bizdədi, yoxsa başqa ölkələrdə də belə şeylər var?”
Bu status böyük mübahisəyə çevrilib. Əvvəlcə Qazaxıstana olimpiya “qızıl”ını qazandırmış Nicat Rəhimovun atası Əli Rəhimov bu şərhi yazıb: “Başqa ölkələrdə zədə almış idmançının maaşı kəsilmir. Əksinə, onun bütün müalicə xərcləri fedarasiya tərəfindən ödənilir. İdmançılar ağır zədə üzündən karyerasını bitirirsə, onda da federasiya tərəfindən ömürlük maaş kəsilir. Amma bizdə idmançı zədələnəndə yiyəsiz qalır. Heç kimi maraqlandırmır ki, bu idmançı Azərbaycanın bayrağını qaldırıb. Çünki idmanın başında duranlar ancaq öz mənafelərini həm idmançıdan, həm də bayrağımızdan üstün tuturlar. Nə qədər idmanda varsan, az-çox sayırlar, elə ki idmandan getdin, ölmüş kimi bir şeysən”.
Bir müddət öncə AAAF-da məşqçi vəzifəsindən uzaqlaşdırılan sabiq yığma üzvü Zülfüqar Süleymanov da idmançının tərəfini tutub: “Hələ zədə bir az da uzansa, zala da girməyə qadağa sənədi təşkil edib, səni xain çıxaracaqlar”.
AAAF-ın vitse-prezidenti Tofiq Heydərovun da qoşulduğu mübahisənin sonrakı hissəsini dialoq şəklində diqqətinizə çatdırırıq:
- N.N.: Sabah formaya düşüb dünya səviyyəsində nəticələr əldə edəndə üzümə necə baxacaqlar? Və yaxud başqa ölkənin bayrağını qaldıranda necə olacaq?
- Z.S.: Başqa ölkənin bayrağını qaldıranda adına küçələr salacaqlar, şəninə mahnılar oxuyacaqlar.
- T.H.: Nailxan, sənə neçə dəfə demişəm ki, bir şey öyrənmək istəyəndə mənə yaz, cavabını verim. Sən çox gözəl bilirsən ki, yığma üzvlərinə maaşlar ölkə kubokunun nəticələri əsasında verilir. Zədə və başqa səbəbdən bu yarışda iştirak edə bilməyənlər iki ay sonra keçiriləcək ölkə çempionatında nəticə göstərib, yığmaya düşə bilər. Hazırda 30 idmançı və məşqçi federasiyadan maaş alır. O ki qaldı sənə, sizin zalda məşq edən bütün idmançılara və “Təhsil”in, “Spartak”ın atletlərinə, siz bu yarışı boykot edib, başqa yarışda iştirakı üstün tutduz. Məni və federasiyanı pis vəziyyətdə qoymaq istədiz. Amma özünüz pis vəziyyətə düşdüz. Dopinq atmayıb, başını aşağı salıb, məşq edən idmançı həmişə Allahın köməyi ilə irəli gedəcək. Zədəli idmançılara gəlincə, təkcə ötən il onlara 30 min manatdan artıq xərc çəkilib. Aralarında maaş alanlar da var. Biz hətta karyerasını bitirən atletlerimizin də ev, iş və başqa problemlərinin həlli haqda düşünürük. Sizdə günah yoxdu, məşqçilərinizin sözünə qulaq asırsız. Düz də edirsiz. Müəllimin sözündən çıxmaq olmaz. Amma xahiş edirəm, sual verin onlara. Ki, ay müəllim, federasiya zalımızı təmir etdi, avadanlıqlar ve trenajorlar verəcəyinə söz verdi, ən kiçik nəticə göstərənə də ev verdi, bütün yarışlarımız ən yüksək səviyyədə təşkil olundu, ilboyu toplanışlar keçirildi, axı nə istəyirsiz?
- N.N.: Tofiq müəllim, mən maaş almıramsa, belimi hansı pulla müalicə eləməliyəm? Belə çıxır ki, zədə almışam və kubokda çıxış eləməmişəmsə, artıq bu dövlətə lazım deyiləm? Federasiyaya lazım deyiləmsə, bunu deyin, mən də işimi bilim. Üz tutum başqa ölkələrə. Çünki hələ cavanam.
- Ə.R.: Nailxan, incikliyin Tofiq müəllimdəndi, ya federasiya rəhbərindən? Azərbaycanda heç bir məşqçi və idmançı ondan inciməməlidi. Federasiya rəhbərindən və ya idman nazirindən inciyə bilərsən. Tofiq müəllim bütün idmançı və məşqçi heyətini öz hesabına evlə təmin edib. Hamı üçün əlindən gələni edir. Kim onun üstünə gedib ağız açıbsa, boş qayıtmayıb. Şəxsən mənim hec vaxt ona qarşı incikliyim olmayıb. Həmişə federasiya rəhbəri kimi Cahangir Əsgərovu günahkar saymışam.
- T.H.: Nailxan, müalicəyə görə pul ayıra bilərik və səni ikinci komanda ilə təlim-məşq toplanışına da çağırmaq mümkündü. Martdakı yarışdan hər şey düzələr, inşallah. O ki qaldı harasa getməyə, Turan Mirzəyev, Nizami Paşayev və bir çox atletlərimizin ölkədən getməyinin qarşısını almışam. Düzdü, Nicatı saxlaya bilmədim, bu, mənim səhvimdi. Mən idmançı olanda beş dəfə deyiblər ki, hara istəyirsən get. Səni də itirmək istəmərəm. Amma deyirsənsə ki, dopinqsiz mümkün deyil, toplanışlara gəlməyib yeməyi və başqa şeyləri bəhanə edəcəksənsə, yolun açıq olsun. Əli müəllimin Cahangir Əsgərov haqda dediyi ilə də razı deyiləm. Çünkü məşqçi və bəzi həmkarlarımız AAAF prezidentini həmişə şəxsi qazancları naminə aldadıblar. Bu gün mənə ən böyük dəstək Cahangir müəllim tərəfindən verilir. Yenə də mane olan viruslarımız var. Tezliklə Allahın köməyi ilə normal bir federasiya formalaşdıracağıq.
- N.N.: İncikliyim zədəli olduğum halda məni yığmadan kənarda qoyan şəxslərdəndi. Onun kim olduğunu bilsəydim, adını çəkərdim. Söhbət dopinqdən getmir. 2009-cu ildən bizi dopinqlə təmin edənin kim olduğunu bilirsiz. Şükür Allaha, bu günə kimi bütün testlərdən alnıaçıq çıxmışam.
- Ə.R.: Tofiq müəllim, Nicat gedəndə siz federasiyada heç bir səlahiyyət sahibi deyildiz. Buna baxmayaraq, onun getməyinə mane olmaq istədiz. Yadınızdadısa, Nicat, siz və mən oturub söhbət etdik. Bilirdim ki, o şərəfsizlər sizdən xahiş eləmişdilər ki, Nicatın getməsinin qarşısını alasız. Söhbətə başlamamış sizə dedim ki, bu haqda heç nə deməyin, sozünüz yerə düşəcək. Siz də dediz ki, mənə heç kim heç nə deməyib, öz fikrimdi ki, Nicat getməsin, maaşla təmin edəcəm, “AAAF Park”da qalsın, yeməklə də təmin edəcəm. Sizə artıq gec olduğunu dedim. Çünki artıq Nicatın bileti alınmışdı. İndi yəqin ki, yaxşı edib getdiyini düşünürsüz. Yoxsa onu da digər idmançılarımız kimi bədbəxt edəcəkdilər. Deyirsiz, Cahangiri aldadırlar. Birincisi, həmin vaxt orda işləyən onun ən yaxın qohumu idi. O birisi də onun gətirdiyi şərəfini itirmiş qaraçı idi. Tutaq ki, aldadıb “Nicatın tərbiyəsi yoxdu, vəhabidi, müxalifətçidi, içki düşkünüdü” deyirdilər. Bəs heç olmasa, özü maraqlanmadı ki, görüm düzdümü, həqiqətənmi belədi. Çağırıb soruşa bilərdi ki, ay oğul, niyə gedirsən, dərdin nədi. Ağır atletika ailəsinin başçısı Cahangirdi. Belə çıxır ki, ailə başçısı ailədə olub-bitəndən xəbərsizdi. Bəli, elədi, çünki Cahangir ağır atletikaya yuxarıdan baxır. Onun üçün bu idman növü heç bir məna daşımır. Sadəcə, məcburiyyətdən oturub orda. Nicat Olimpiadanın qalibi olandan sonra həmin Cahangir niyə özünü müdafiə etmək üçün Nicatı vəhabi adlandırırdı?”
Nailxan Nəbiyevin məsələsi ilə bağlı AAAF-ın mətbuat katibi Kənan Məstəliyevin fikrini öyrəndik: “Birincisi, Nailxan bu zədəni məşqdə yox, idmandan kənarda alıb. İkincisi, onun yığmadan kənarda qalmasının və məvacibinin kəsilməsinin səbəbi dəfələrlə etdiyi intizamsız hərəkətlərdi. Ancaq Tofiq müəllimin də qeyd etdiyi kimi, ölkə çempionatında fərqlənsə, yenidən milliyə qayıda bilər”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar