Famil Ağayev istefaya göndərilə bilər
“Ştiinta”ya “qızıl” setdə uduzaraq “Çağırış” kubokunda mübarizəni dayandıran “Azərreyl” “Abşeron” və “Lokomotiv”dən icarəyə götürdüyü voleybolçuları geri göndərib. Bu azmış kimi, komandanın almaniyalı toppaylayıcı Maqdelina Qrika da düşərgəni tərk edə bilər. Polşa mətbuatının iddiasına görə, yerli KSZO mövsümün əvvəlində Bakı təmsilçisinə transfer olunan 24 yaşlı voleybolçunun xidmətində maraqlıdı. Hətta tərəflər arasında danışıqların olduğu da bildirilir. Lakin son qərarı “Azərreyl” verməlidi.
Dünən komandanın baş məşqçisi Famil Ağayevlə bununla bağlı danışmaq istəsək də, gənc mütəxəssisin telefonuna zəng çatmadı. Hətta Ağayevin istefaya göndəriləcəyi belə istisna edilmir.