11 yan 22:22idman

“Azərreyl” ovcundakı qələbəni əldən verdi

“Azərreyl” ovcundakı qələbəni əldən verdi
Famil Ağayev: “Həlledici məqamlarda təcrübə, ustalıq səviyyəsi ortaya çıxır”
“Çağırış” kuboku
AZƏRREYL – Ştiinta (Rumıniya) 3:0 (25:23, 27:25, 25:14, “qızıl” set – 13:15)
Azərreyl: Yekaterina Jidkova – 23, Svetlana Dorsman – 11, Anna Dovqopolyuk – 9, Aynur Kərimova – 6, Viktoriya Ağakişiyeva – 5, Maqdalena Qrika – 5, Kristina Yaqubova – 2, Valeriya Məmmədova (l), Ceyran Əliyeva, Leyla Parşkova, Nərmin Fərəcova, Nelli Salbişvili, Ayşən Abduləzimova, Şəfaqət Həbibova.
Baş məşqçi: Famil Ağayev.
Ştiinta: Adriana Roqoyinaru – 14, Ana Kristina Kazaku (12), Anamariya Lupa – 9, Georgiana Fales – 7, Loredana Filipas – 6, Melinda Sipos – 3, Mihaela Albu (l), Kristina Radu, Alexandra Kiuku, Lorena Raisa Kiokian, Aleksandra Kapelovies, Anamariya Berdila.
Baş məşqçi: Florin Qrapa.
Hakimlər: Teodora Kiriopulo (Yunanıstan), Milan Nikoliç (Bosniya və Hersoqovina).
9 yanvar. Bakı. Dərnəgül Voleybol Mərkəzi. 1200 tamaşaçı.
Oyunun vaxtı: 106 dəqiqə (31+32+23+20).
Çərşənbə axşamı Dərnəgül Voleybol Mərkəzində dramatik oyun reallaşdı. Halbuki “Ştiinta”nın baş məşqçisi Florin Qrapa görüşün bu məcrada baş tutacağını proqnozlaşdırmırdı. “Çağırış” kubokunun 1/16 final mərhələsinin cavab oyununa rahat çıxan rumınların çalışdırıcısı bütün xırdalıqları nəzərə aldığını və “Azərreyl”in qələbə qazanmasının müşkül olduğunu söyləmişdi. Ancaq təcrübəli mütəxəssis iki saata yaxın davam edən görüşdə böyük həyəcan və əsəb keçirdi.
“Dəmiryolçular”ın əleyhinə olan məqamlar çox idi. Oyun praktikasının çatışmazlığı, voleybolçuların müxtəlif klublardan icarəyə götürülməsi, Ayşən Abduləzimovanın zədələnməsi və s. Bütün çətinliklərə baxmayaraq, Famil Ağayev komandanı 1:3-ün əvəzini çıxmağa kökləyə bilmişdi. İlk iki setdə arenanın yarıdan çoxunu dolduran azarkeşlər gərgin mübarizə izlədi. Hərçənd ilk setə rumınlar çox yaxşı başladı. İlk texniki fasiləyə 4 xal öndə yollanan “Ştiinta” daha sonra üstünlüyünü daha da artırdı. Kristina Yaqubovanın zəif oynadığını görən Ağayev onun yerinə Maqdalena Qrikanı meydana buraxdı. Hesab artıq 9:17 idi. Qonaqlar ilk seti qazanacaqlarını düşünürdülər ki, təmsilçimiz möhtəşəm geridönüş etdi. Məhz Qrikanın uğurlu servisləri fonunda fərq əridi. Ardınca düzgün bloklar ilk seti qazanmağa imkan verdi. Özünəinamı artan “Azərreyl” ikinci setin ortalarından təşəbbüsü ələ keçirdi. Düzdü, qonaqlar mübarizədən qopmadı. Ancaq Yekaterina Jidkovanın məhsuldarlığı həlledici oldu. Yığma üzvü təkcə bu setdə hesabına 9 xal yazdı. 3-cü setdə qonaqların işi əvvəldən yolunda getmədi. Baş məşqçi “quru” məğlubiyyətin qaçılmaz olduğunu görüb, setin ortalarında əsas heyətin 3-4 üzvünü kənara çıxardı. Məqsəd “qızıl” set ərəfəsində onlara istirahət vermək idi. Hər halda, Qrapanın bu taktikası işə yaradı. Düzdü, bunda Ağayevin komandasının “köməyi” rol oynadı. Axı, əlavə setdə yalnız axmaq oyun nəticəsində 10:5-lik üstünlüyü əldən vermək olardı. Sanki komanda arxayınlığın güdazına getdi. Maraqlıdı ki, bunadək oyunu yüksək səviyyədə keçirən Valeriya Məmmədova və Yekaterina Jidkova ardıcıl 2 epizodda anlaşmazlıq yaşadı. Uşaq səhvlərinin nəticəsində “Ştiinta” əlavə setdə geridönüş edib, Rumıniyaya şad-xürrəm yollandı. “Azərreyl” isə bundan sonra diqqətini ölkə çempionatına ayıra bilər…

Reaksiyalar
Famil Ağayev, “Azərreyl”in çalışdırıcısı: “Cavab matçını çox yaxşı oynadıq. Oyunu demək olar ki, səhvsiz keçirdik. Ancaq “qızıl” setdə sanki komandaya nəsə oldu. İlk 3 setdə etmədikləri səhvlərə yol verdilər. Leyla Parşkovanı libero olduğu üçün meydana buraxdım. Amma o da topun qəbulunda səhvə yol verdi. Bax, belə həlledici məqamlarda təcrübə, ustalıq səviyyəsi ortaya çıxır. Etiraf edək ki, komandamızın səviyyəsi yetərincə yüksək deyil”.
Florin Qrapa, “Ştiinta”nın baş məşqçisi: “Rəqibimiz çox güclü idi. Açığını deyim ki, “qızıl” setdə qalib gələcəyimizə inanmırdım. “Azərreyl” əlavə setə də üstün başladı. 5:10 hesabı ilə geridə olarkən artıq inamımı itirmişdim. Lakin komandam toparlanmağı bacardı və sonadək döyüşərək gözəl oyun nümayiş etdirdi. Fikrimcə, “Azərreyl”in voleybolçuları artıq qalib gəldiklərini düşünməyə başlamışdılar. Bu arxayınlıq onlara problem yaratdı. “Çağırış” kubokunda mümkün qədər uzağa getməyə çalışacağıq. Ancaq əsas diqqətimizi Rumıniya çempionatına yönəltmişik. Komandamız yenilənmiş heyətə malikdi. Ötən mövsümdən cəmi 4 voleybolçu qalıb, qalanları yeni oyunçulardı”.
Adriana Roqoyinaru, “Ştiinta”nın kapitanı: “Rəqibimiz çox güclü idi və iki komanda arasında çox gözəl, maraqlı mübarizə getdi. Cavab qarşılaşmasında uduzduqdan sonra qalib gələcəyimizi düşünmürdüm. “Qızıl” setdə 5:10 hesabı ilə geri düşdükdə inamımız çox az idi. Amma biz bunu bacardıq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Bütün xəbərlər
Ən çox oxunanlar