Bu gün Hindistanın paytaxtı Dehlidə A kateqoriyalı beynəlxalq “Dehli-2018” şahmat festivalına start veriləcək. 26 ölkədən 233 zəka sahibinin, o cümlədən 29 qrossmeysterin iştirakı ilə keçiriləcək turnirin reytinq-favoriti yığmamızın latviyalı legioneri Arkadi Naydiç (2701) olacaq. İsveçrə sistemi üzrə keçiriləcək yarış 9 turdan ibarət olacaq. Qalib yanvarın 16-da müəyyənləşəcək.