07 yan 22:11idman

Menecer “Neftçi”ni günahkar çıxardı

Menecer “Neftçi”ni günahkar çıxardı
“Onlar cüdo, futbol ilə məşğul olsunlar”
Voleybol üzrə ölkə çempionatı axır ki başladı. Ancaq buna “başladı” deməyə adamın dili də gəlmir. Dekabrda qadınların və kişilərin yarışında cəmi bir oyun keçirildi. Çempionatın 3 ay gec başlaması klublara və voleybolçulara ciddi problem yaratdı. Bundan ən çox avrokuboklarda mübarizə aparan komandalarımız ziyan çəkdi. Nə komandalar, nə də voleybolçular formaya düşə bildi. “Lokomotiv”in belə şəraitdə “Çağırış” kubokunda iki mərhələ adlaması möcüzəyə bərabərdi.
Çempionatın yubanması “Neftçi” rəhbərliyinin də səbr kasasını daşırdı. Mövsüm ərəfəsində iddialı heyət quran titullu klub sonradan bu sahəyə maliyyəni azaltdı. Çempionatın başlamadığını görən rəhbərlik yığma üzvlərinə və baş məşqçiyə yaxşı maaş verməyin israf olduğu qənaətinə gəldi. Əlbəttə, Ziya Rəcəbovun və onunla birgə komandaya gələn yerli voleybolçuların çempionatın startı ərəfəsində gedişinin səbəbi təkcə bu deyil. Rəhbərlik Vüqar Bayramovun Polşa klublarından birinə baxışa yollanmasında çalışdırıcını günahkar saydı və onunla yolları ayırdı. Onun yerinə isə köhnə-yeni məşqçi Elçin Orucov gətirildi. Ötən mövsüm başa çatdıqdan sonra “Neftçi”də idman direktoru vəzifəsinə keçən Orucovun məşqçi savadının yüksək səviyyədə olmaması Tural Həsənli, Aqil Quluzadə, Cavid Süleymanov və Elmin Alışanov kimi milli üzvlərinin komandanı tərk etməsi ilə nəticələndi. Bu da “Neftçi”ni xeyli zəiflətdi. Nəticədə çempionatın ilk oyununda “Abşeron”da baş məşqçi olan Eldar Yusubovu toppaylayıcı kimi oynatmağa məcbur oldular. Bununla belə, “Lokomotiv” əsas rəqibini 3:0 hesabıyla üstələdi.
Aydın məsələdi ki, mövcud durum nə klubun xeyrinədi, nə də kənarda qalan voleybolçuların. Bu məsələdə tərəflərin güzəştə getməsi labüddü. Ancaq heç biri inadından dönmək fikrində deyil. Voleybol Federasiyası (AVF) isə hələ ki seyrçi mövqe tutub. Əlbəttə, “qurum niyə klubun işinə qarışmır” deyə bilmərik. Ancaq yığma üzvlərinin və perspektivli mütəxəssisin göz görə-görə kənarda qalması voleybolumuza böyük zərbə vurur.
Dünən mövzuya qayıtmaq qərarına gəldik. Təəssüf ki, “Neftçi”dən məsələylə bağlı reaksiya öyrənə bilmədik. Belədə problemlərin başlanğıc nöqtəsi sayılan Vüqar Bayramovun Polşa klubuna baxışa yollanmasına nəzər saldıq. Hücumçu ora menecer İlqar İmamquliyevin xətti ilə yollanıb. Hansı ki “Neftçi”də bir müddət menecer kimi çalışıb. İlqarın mövzuyla bağlı fikirləri belə oldu: “Onlar haqda danışmaq istəmirəm. O adamlar voleybolu sevmirlər, bunu dilləri ilə də etiraf edirlər. Bu qədər əziyyət çəkdik. Ümumiyyətlə, bu məsələni şişirtməyin tərəfdarı deyiləm. Onlar cüdo, futbol ilə məşğul olsunlar. Bu söhbətin böyüməsi Ziyanı zərbə altında qoyur. Bu üzdən məsələnin bağlanmasını istərdim. Birincisi, Vüqar Bayramov 3-4 günlüyə baxışa yollanmışdı. İkincisi, “Lokomotiv”ə icarəyə verilmişdi. Orda məşq etdiyi dönəmdə Polşaya getmişdi. Burda Ziyalıq heç nə yox idi. Hər şey qəfil oldu, bilet alındı, Vüqar axşam Polşaya yollandı. 3-4 gündən sonra qayıdıb, “Lokomotiv”lə Portuqaliyaya getdi. Burda Ziyanı ittiham etmək ən böyük ağılsızlıqdı. Bu məntiqsiz bir şeydi. Ziya baş məşqçi idi və belə şeylərə qarışmırdı. Onu bu üzdən işdən uzaqlaşdırmaq bəhanədən başqa bir şey deyil. Rəcəbov gül kimi komanda qurmuşdu. Amma həmin heyəti dağıdan elə “Neftçi” oldu”.
Fürsətdən istifadə edib klubsuz qalan yığma üzvlərinin taleyi ilə də maraqlandıq: “Hazırda ölkə xaricindəyəm. Qayıdandan sonra Faiq müəllimlə (AVF-nin 1-ci vitse-prezidenti Faiq Qarayevi nəzərdə tutur - S.) söhbət edəcəm. Amma o nə etsin? İndi ölkədə klub da çatışmır. Baxacağıq vəziyyətə, görək nə edə bilirik. Vəziyyətin belə olmasını heç istəməzdik. Əvvəl “Neftçi”yə təmənnasız kömək edirdim. Legionerlər göndəriləndən sonra klubdan uzaqlaşdım. Ancaq yerli oyunçuların getməsini istəmirdim. Bəzi təkliflər var. Elə klub var ki, komandası yaxşı deyil, eləsi də var ki, komanda yaxşıdı, amma az maaş verir”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar