07 yan 22:09idman

İkiqat Avropa çempionu Türkiyə millisində!

İkiqat Avropa çempionu Türkiyə millisində!
“Bu gün yığmada yüngül çəkilərdə Rövşən Bayramovla Elçin Əliyevin yerini tutacaq idmançı yoxdu”
Deyəsən, Azərbaycan idmançı ixracına görə Çin, Rusiya, Ukrayna və İran kimi ölkələrlə rəqabət aparmaq niyyətindədi. Fərq ondadı ki, bu ölkələr rəqabətə tab gətirməyənləri kənara çıxarır, bizdə isə istedadlılar ölkəni tərk edir. Ağır atlet Nicat Rəhimovdan tutmuş sprinter Ramil Quliyevədək. Əslində burdan müxtəlif səbəblərə görə didərgin salınmış idmançıların nüfuzlu yarışlarda uğur qazanması idman funksionerlərini ayıltmalıdı. Ancaq görünür, heç nə dəyişməyib. Bir çox federasiyalarda rəhbər şəxslər “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edir. İdmana pul yatıranlar hər şeyin onların dediyi kimi olmasını istəyir. Belədə istər-istəməz idmançı – federasiya qarşıdurması yaranır. Əlbəttə, ölkəni tərk edənlərin aydan arı, sudan duru olduğunu iddia etmirik. Sözsüz, Nicatın da, Ramilin də müəyyən nöqsanı, bəlkə də özündənrazılığı münasibətlərin kəskinləşməsində rol oynayıb. Ancaq istənilən halda, təcrübəli idman xadimləri vəziyyətdən çıxış yolu tapmalı, istedadların kənara çıxmasına imkan verməməliydi. Özü də uğur qazanmaq üçün əcnəbilərin “milliləşdirilməsi” geniş vüsət aldığı vaxtda...
Daha bir həmyerlimiz başqa ölkənin adından dünyaya səs sala bilər. Söhbət 2010 və 2012-ci illərdə Avropa çempionu olmuş, 2013-də isə gümüş medal qazanmış Elçin Əliyevdən gedir. Bildiyiniz kimi, bir neçə il əvvəl uzun saqqal saxladığına görə yığmadan uzaqlaşdırılan yunan-Roma güləşçisi idmandan uzaqlaşmışdı. O zaman pəhləvanla söhbət etmişdik və qəzetimizə açıqlamasında saqqal saxlamağın Allahın əmri olduğunu söyləyən Əliyev geri addım atmayacağını bildirmişdi. Ancaq Əjdər Cəfərov Güləş Federasiyasının (AGF) baş katibi vəzifəsindən qovulandan bir qədər sonra Elçinin millinin toplanışlarına qatıldığını eşitdik. Saqqalını qısaldan yüngül çəkili güləşçi bir müddət hazırlıq prosesində iştirak etsə də, yarışlarda görünmədi. Bu yaxınlarda öyrəndik ki, Əliyev artıq Türkiyədə yaşayır. Elçin bundan sonra qardaş ölkənin yığmasında çıxış etməyi planlaşdırır. Həmyerlimiz dekabrın son günlərində baş tutan yerli çempionatda da qüvvəsini sınamalıydı. Ancaq onun bu yarışda iştirak edib-etmədiyini bilmədik. Hər halda, 60 kq-da ilk “5-lik”də onun adına rast gəlmədik. Amma bu da var ki, yanvarın 10-dan 30-dək davam edəcək və 62 güləşçinin qatılacağı yığmanın təlim-məşq toplanışında Əliyevin də adı var. Maraqlıdı ki, hazırda Türkiyənin yunan-Roma güləşi yığmasını 2011-ci ilin payızından London Olimpiadasının sonunadək millimizdə baş məşqçi işləmiş Salih Bora çalışdırır. Məsələ burasındadı ki, Elçin ikinci Avropa çempionluğunu məhz o komandamızda işlədiyi vaxt əldə edib. Yəqin ki, təcrübəli mütəxəssis 27 yaşlı güləşçinin nəyə qadir olduğunu çox yaxşı bilir və onun güləşə böyük fasilə verməsinə baxmayaraq, uğur qazanacağına inanır. Əks halda, əsas komandaya cəlb etməzdi.
Bəs görəsən, AGF titullu güləşçimizin Türkiyə millisini seçməsini necə qarşılayır? Rövşən Bayramovun karyerasını bitirdiyini nəzərə alsaq, yüngül çəkidə təcrübəli güləşçiyə ehtiyac olduğunu söyləyə bilərik. Vaxtilə Rövşənlə rəqabətdə “1 nömrə” olmağı bacaran Elçinin yeri görünür. Məsələ ilə bağlı Əliyevin adaşını danışdırdıq. AGF-nin yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov maraqlı açıqlama verdi: “Məndə olan məlumata görə, Elçin Əliyev ailəsi ilə birgə Türkiyəyə köçüb, artıq orda yaşayır. Buna kim nə deyə bilər? Bu insanın öz qərarı belədi. Onu məcburən qaytara bilmərik. Artıq 4 ildən çoxdu beynəlxalq yarışlara qatılmır. Bu üzdən hansısa gözləmə müddətindən və ya qadağadan söhbət gedə bilməz. Türkiyə yığmasında sərbəst çıxış edə bilər. Orda uğur qazansa, lap yaxşı. Bunun nə ziyanı var ki? Uğur qazanmaq hər insanın özündən asılıdı. Öz üzərində işləsə, nəyəsə nail ola bilər. Əks halda, gününü keçirəcək. Müasir idman belə şeyləri sevmir. Burda gərək can qoyasan. Ölkəmizdə əlindən gələni etdi və ikiqat Avropa çempionu oldu. Sonra ailə qurdu, bəzi problemlər yaşandı, elə oldu, belə oldu. Nə isə. Yığmamızda çıxışını başa vurub, Türkiyəyə yollandı. İndi həyatını orda davam etdirir. Bu gün yığmada yüngül çəkilərdə Rövşən Bayramovla Elçin Əliyevin yerini tutacaq idmançı yoxdu. Ancaq çox yaxşı potensialı olan gənclər var. Onların üzərində işləyirik. İnanıram ki, onlar sözlərini yaxın gələcəkdə deyəcəklər. Təbii ki, onların hələ Rövşənlə Elçinin səviyyəsinə çatmasına çox var. Bunun üçün gecə-gündüz çalışmalıdılar. Əks halda, heç nəyə nail ola bilməzlər”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:38 Bakı İdman Sarayının fasiləsiz günü Bu gün, 14:35 Samit Nuruzadə U-18-i A divizionuna yüksəltmək istəyir Bu gün, 14:33 U-17 “Antalyaspor”u üstələdi Bu gün, 14:31 Rəşad Sadıqov Mahirlə Ramilə dəvət göndərməsinin səbəbini açıqladı Bu gün, 14:28 "İçki içmirəm, siqaret çəkmirəm, başqa nə etməliyəm?" Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Bütün xəbərlər
Ən çox oxunanlar