05 yan 22:32idman

“Skandiççi” Səmədovanı oynatmır, heç yana da buraxmır

“Skandiççi” Səmədovanı oynatmır, heç yana da buraxmır
“Baş məşqçi İtaliya klubunda hazırlıq keçməyin onun üçün faydalı olduğunu dedi”
Son vaxtlar qadınlardan ibarət voleybol yığmamızın ən parlaq simalarından biri Yelizaveta Səmədovadı. “Telekom”un yetirməsi DÇ-2018-in seçmə mərhələsində və ölkəmizdə keçirilən Avropa çempionatında inamlı oyunla diqqətləri üzərinə çəkdi. Belədə bir neçə əcnəbi klubdan təklif aldı. Səmədova meneceri İlqar İmamquliyevlə məsləhətləşdikdən sonra İtaliya “Skandiççi”si ilə “1+1” illik şərtlə müqavilə imzaladı. Komandası hazırda İtaliya çempionatında 27 xalla ilk “3-lüy”ü qapasa da, 4-cü zona oyunçusu hələ də A seriyasında debüt edə bilməyib. O yalnız kubok oyununda meydana çıxıb. 22 yaşlı voleybolçu ehtiyatda qalmaqdan bezib. Mövcud problemi həll etmək üçün İmamquliyev İtaliyaya yollanıb.
Dünən İlqarla əlaqə saxlayıb, klubla danışıqların nəticəsini öyrəndik: “Səfərdə əsas məqsəd klubun mövqeyini öyrənmək idi. İtalyanlar voleybolçunu başqa kluba buraxmaq istəmirdi. Eyni zamanda da “Skandiççi”də oynamırdı. Rəhbərliklə danışdım. İtaliyada legioner limiti var. Meydanda 4 əcnəbi ola bilər. 4-cü zona hücumçularından biri mütləq italyan olmalıydı. Lusiya Bosetti bəzi oyunlarda Səmədovadan zəif çıxış etsə də, limitə görə meydanda olur. Betanya de la Kruz isə kubalıdı və yaxşı oynamayanda onun əvəzinə Lizaya şans verilə bilərdi. Ancaq baş məşqçi kubalını oynatmaqda davam edirdi. Söhbət zamanı bildirdim ki, mövcud vəziyyətdə voleybolçunun bu komandada qalmasını istəmirəm. Çünki Yelizaveta karyerası boyunca daim əsas heyət üzvü olub və onu burda çürüdə bilmərik. Çalışdırıcı Karlo Parizi bildirdi ki, Səmədovanı boşuna transfer etməmişik. Sadəcə, Betanyanın və əcnəbi toppaylayıcının məcbur alınması sistemin dəyişməsi ilə nəticələnib. Baş məşqçi İtaliya klubunda hazırlıq keçməyin belə Yelizaveta üçün faydalı olduğunu söylədi. İtaliyadan 4, Türkiyədən 2 və Polşadan 1 klub voleybolçunu heyətində görmək istəyirdi. Səmədovanı həmin klublardan birinə göndərmək üçün danışıqlar apardıq. Ancaq “Skandiççi” bunu qəbul etmədi. İtaliyada olduğum ilk gündə Liza kubok oyununda meydana çıxdı və iki setdə möhtəşəm oynadı. Onun oyunundan çox müsbət danışırdılar. Məşqçi növbəti mövsüm də Səmədovanı sərəncamında görmək istədiyini söylədi. Ancaq müqavilənin şərtinə əsasən Liza növbəti mövsüm klubda qalıb-qalmamaqla bağlı təşəbbüs sahibidi. Qərara gəldik ki, problem yaratmayaq və mövsümü “Skandiççi”də başa vursun. Növbəti mövsümlə bağlı qərarı sonra verəcəyik. Ümumilikdə görüşün müsbət keçdiyini söyləyə bilərəm”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar