27 dek 20:45idman

AGİN ilə ADBTİA-da yekun vurdu

AGİN ilə ADBTİA-da yekun vurdu
“Futbol+”in əməkdaşı ən yaxşı seçildi, “Qarabağ”lılar tədbirə qatılmadı
Dünən Gənclər və İdman Nazirliyi (AGİN) ilin yekunları ilə bağlı ənənəvi tədbirini keçirdi. Ənənə demişkən, adətən, bu tədbir “Buta Palace”da keçirilir. Hər halda, son illər belə ənənə formalaşıb. Hərçənd 2015-də “Fairmont” otelinə üstünlük verilmişdi. Ancaq ordakı tədbirdən narazılıq edən çox olduğundan AGİN yenidən alışdığı məkana üstünlük vermiş və 2016-nı “Buta Palace”da başa vurmuşdu. Amma bu dəfə idman ictimaiyyəti Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına (ADBTİA) çağırıldı. Görünür, maliyyə durumu yaxşı olmadığından nazirlik bu addımı atıb. Nə isə, keçək tədbirdə yaşananlara və laureatların təltif edilməsinə.
Saat 12.00-da tədbir dövlət himninin səsləndirilməsi ilə start götürdü. Bundan sonra cari ildə baş verən mühüm idman hadisələri və uğurlarını özündə əks etdirən videomaterial nümayiş etdirildi. Sonra gənclər və idman naziri Azad Rəhimov mikrofon önünə keçərək ölkəmizdə baş tutan yarışlardan, idmançılarımızın qazandığı medallardan, fəxri ad, mənzil və təqaüdlə fərqləndirilən şəxslərdən danışdı və hamıya bayram günlərində xoş istirahət arzuladı. Nazir həmçinin Cavanşir Qurbanova vətənə xidmətə görə 2-ci dərəcəli orden, Vaqif Əliyevə isə fəxri diplom verdi.
Daha sonra Milli Olimpiya Komitəsinin (MOK) 1-ci vitse-prezidenti Çingiz Hüseynzadə başa vurduğumuz ildə komanda növlərində qazanılan uğurları qabartdı və bunun idmanımızın hərtərəfli inkişafından xəbər verdiyini söylədi. Təşkilati məsələlərdə inkişafa nail olduğumuzu qeyd edən Hüseynzadə məhz bunun nəticəsində Fərid Qayıbovun Avropa Gimnastika İttifaqına prezident təyin olunduğunu dedi. Ardınca Çingiz bəy Olimpiya hərəkatına verdikləri dəstəyə görə AGİN, “AzərİdmanServis”, “Coca Cola” və “Azərsun”u diplomla təltif etdi.
Bundan sonra tədbirin əsas hissəsi start götürdü. Öncədən qeyd edək ki, ilin məşqçiləri sırasında olan Qurban Qurbanov, ilin idmançısı nominasiyası üzrə fərqlənənlərdən Rəşad Sadıqov və Şəhriyar Məmmədyarov tədbirə qatılmamışdı. Prezident Aparatının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev ilin ən yaxşı məşqçilərinə - Rəşad Əhmədov (taekvondo), Elçin İsmayılov (cüdo), Ziyad Xəlifəyev (atletika) və Faiq Qarayevə (voleybol) plaket təqdim etdi. Millət vəkilləri Fuad Muradov, Rauf Əliyev və Adil Əliyev idman qurğularını, federasiyaları, klubları və təşkilatları mükafatlandırdı. İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə Voeybol Federasiyası və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti fərqləndirildi. İlin ən yaxşı federasiyası Cüdo Federasiyası, ilin ən yaxşı idman təşkilatları "Neftçi" İdman Klubu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti və "Zirvə" İdman Klubu, ilin ən yaxşı idman qurğuları Tovuz, Şəmkir, Şirvar Olimpiya İdman Kompleksləri və Tofiq Bəhramov adına Respublika stadionu, ilin ən yaxşı klub komandası "Qarabağ", ilin ən yaxşı komandası kişilərdən ibarət şahmat millimiz, ilin ən fəal idman veteran Məryam Bağbanlı, ilin idman həkimi Rövşən Muradov (taekvondo), ilin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi isə Mingəçevir UGİM seçildi.
MOK-un vitse-prezidenti Xəzər İsayev ən yaxşı hakimlər nominasiyasında Fariz Hüseynov (cüdo), Fuad Aslanov (boks) və Vüqar Ələsgərova (atletika) plaket təqdim etdi. Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev ilin ən yaxşı idman verilişlərinin təşkilatçısı kimi AzTV-ni, ilin ən yaxşı media layihəsi seçilən "İdman hamı üçün" (Speys) verilişini mükafatlandırdı. ADBTİA-nın rektoru Fuad Hacıyevin təqdimatında ilin ən yaxşı idman agentliyi SİA, ən yaxşı idman jurnalisti isə qəzetimizin əməkdaşı Sərxan Musalı seçildi.
Nəhayət, Azad Rəhimovla Çingiz Hüseynzadə ilin ən yaxşı idmançılarını təltif etdi. Bunlar Məhəmmədrəsul Məcidov (boks), Hacı Əliyev (sərbəst güləş), Milad Beiqi Harçeqani (taekvondo), Hidayət Heydərov (cüdo), Bəhram Rəcəbzadə (kikboksinq), Mariya Stadnik (güləş), İlham Zəkiyev (paracüdo), Nazim Babayev (atletika), Mixail Malkin (gimnastika, tamblinq) və Ruslan Lunyov (güllə atıcılığı) idi. Yuxarıda qeyd etdiyimiz kimi, Sadıqovla Qurbanov tədbirə qatılmadığından onların adı akademiyanın akt zalında səsləndirilmədi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar