27 dek 19:15idman

“Təhsil” üçün 2017 uğurlu olub

“Təhsil” üçün 2017 uğurlu olub
26 məşqçi və 22 idmançı mükafatlandırıldı
Dünən “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəblərinin və Uşaq-Gənclər Məktəblərinin (İOEUGİM) 2017-ci ildə müxtəlif yarışlarda yüksək nəticə göstərən məşqçi-müəllimlərinin və idmançılarının təltifolunma mərasimi keçirildi. “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan tədbirin keçirilməsində əsas məqsəd məşçqçi-müəllimlərin və idmançıların əməyinin qiymətləndirilməsi, gələcəkdə onların daha yüksək nəticələr əldə etməsinə stumil yaratmaq idi. Tədbirdə nazirliyin əməkdaşları ilə yanaşı, məşqçilər, idmançılar və media nümayəndələri də iştirak edirdi.
Mükafatlandırma mərasimində ilk söz “Təhsil” Respublika İdman Mərkəzinin rəhbəri Natiq Lahıcova verildi. Natiq bəy mərkəzin idmançılarının yola saldığımız ildə yaddaqalan uğurlara imza atdığını, beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etdiklərini söylədi: “Hazırda Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərində 29 idman növü inkişaf etdirilir, 56712 uşaq və yeniyetmə məşqlərə qatılır. 2889 məşqçi isə onlarla məşğul olur. Mərkəz nazirliyin nəzdində olan idman-şahmat məktəblərinin fəaliyyətini əlaqələndirir, onlara metodiki rəhbərliyi həyata keçirir. Bundan başqa, həmin məktəbin idmançıları arasında təqvim planına uyğun müxtəlif idman növləri üzrə yarışlar təşkil edir, yığmalar formalaşdırır, onların ölkə və beynəlxalq yarışlarda iştirakını təmin edir.
2017-ci ildə mərkəz tərəfindən 4-cü İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunan kütləvi tədbirlər, yarışlar keçirilib. Nümunə kimi futbol üzrə U-8 və U-9 liqalarını, 13 və 15 yaşadək basketbolçular arasında turniri, mini-futbol üzrə “Nardaran kuboku”nu, şahmat üzrə respublika çempionatını, Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr olunan respublika şahmat turnirini, şahmat festivalını, güləş, boks, ağır atletika, cüdo üzrə yarışları göstərmək olar. 2017-ci ilin son 6 ayı ərzində “Təhsil” RİM idmançıları ümumilikdə 855 medal qazanıb. Bunlardan 724 medal (245 qızıl, 189 gümüş, 290 bürünc) respublika, 131 medal (60 qızıl, 23 gümüş, 48 bürünc) beynəlxalq yarışlarda əldə olunub. Eyni zamanda İslam Həmrəyliyi Oyunlarında mərkəzin 15 idmançısı iştirak edib. Ramil Qasımov cüdoda (paralimpiya), Orxan Nuriyev yunan-Roma güləşində, Səkinət Abbasova həndbol yığmasının heyətində birinci yeri tutublar. Yuliya Stisyuk sərbəst üsulla üzməkdə bürünc mükafata sahib çıxıb. Ölkəmizdə keçirilən Ümumdünya Şahmat Olimpiadasında C qrupunda birinci yeri tutan yığmanın heyətində mərkəzin 11 şahmatçısı çıxış edib. Monteneqro və Rumıniyada keçirilən şahmat üzrə məktəblilərin Avropa və dünya çempionatlarında şahmatçılarımız ümumilikdə 10 medal qazanıb.
Aparılan məqsədyönlü işlərin nəticəsidi ki, 2017-ci ildə göstərdiyi səmərəli fəaliyyətə görə mərkəz “Sport Time” jurnalının “2017-ci ilin ən yaxşıları müsabiqəsi” üzrə “İlin ən yaxşı idman mərkəzi” nominasiyasının qalibi olub”.
Lahıcov çıxışını başa vurandan sonra ilboyu uğurlu nəticələrə imza atan idmançı və məşqçilər mükafatlandırıldı. Öncə tribunaya özünü yaxşı tərəfdən göstərən idmançıların çalışdırıcıları dəvət olundu. Süleyman Süleymanov (boks), Şəkərxan Əlismanov (yunan-Roma güləşi), Elçin Hidayətov (sərbəst güləş), Sədi Quliyev (yunan-Roma güləşi), Vahid Nəzərov (ağır atletika), Samir Əbdürəhmanov (futbol), Vüqar Bayramov (şahmat), Tahir Baxşiyev (basketbol), Qırxlar Bədəlov (sərbəst güləş), Vahid Tarverdiyev (sambo), Dilqəm Qəhrəmanov (voleybol), Cavanşir Əlizadə (badminton), Faiq Əsgərov (üzgüçülük), Fərhad İsmayılov (stolüstü tennis), Rəşad Məmmədov (taekvondo), Yelena Namaliyeva (həndbol), Südeyf Quliyev (qılıncoynatma), Əbülfət Qarayev (karate), Əbülfəz Məmmədov (velosiped idmanı), Fuad Abbasov (idman gimnastikası), Rəşad Həsənov (cüdo), Aynur Hüseynova (akrobatika), İnna Timofeyevna (batut), Rahib Əliyev (tamblinq), Sabina Qaratova (bədii gimnastika) və Etibar Abdullayevə (boks) diplom və qiymətli hədiyyələr təqdim olundu. Məşqçilərlə yanaşı, 22 idmançı da mükafatlandırıldı. Mükafatlandırma mərasimindən sonra qonaqlar çay süfrəsinə dəvət olundu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar