26 dek 19:33idman

Badminton Federasiyasının saytı fəaliyyətə başlayıb

Badminton Federasiyasının saytı fəaliyyətə başlayıb
Kənan Hakimov: “Badminton və qılıncoynatma ilə bağlı sosial layihələr həyata keçiriləcək”
Təhsil naziri vəzifəsini vergilər naziri postuna dəyişən Mikayıl Cabbarovun adı hazırda idmanla sıx bağlıdı. “Sabah” futbol klubu ilə yanaşı, Badminton Federasiyası və Qılıncoynatma Federasiyası bu şəxsin nəzarəti altındadı. Hazırda infrastrukturun qurulması istiqaməyində ciddi fəaliyyət həyata keçirilir. Strukturlaşmanı isə tamamlanmış saya bilərik. Bu yaxınlarda sabiq ANS-çi, hazırda “CBC Sport”da şərhçi kimi çalışan Kənan Hakimov həm “Sabah”a, həm də adı çəkilən iki federasiyaya mətbuat katibi təyin olunub. Həmkarımızın təyinatından sonra bu idman qurumlarının fəaliyyətinin ictimaiyyətə çatdırılması yönündə problemlər aradan qalxıb. Qısası, KİV informasiyasız qalmır. Ancaq eyni vaxtda üç qurumda və paralel “CBC Sport”da şərhçi kimi çalışmaq asan məsələ deyil. Görəsən, həmkarımız bu yükün öhdəsindən necə gəlir? Bu və başqa suallara cavab tapmaq üçün Hakimovla əlaqə saxladıq: “Hər işin öz çətinliyi var. Həyatda asan heç nə olmur. Həm də mən tək deyiləm. Ətrafımda mənə daim kömək edən, məsləhətlərini əsirgəməyən insanlar var. Fəaliyyətim mətbuatla təmsil etdiyim qurumlar arasında əlaqələndirici rolunu oynamaq, federasiyaların fəaliyyətinin mətbuatda işıqlandırılmasını təmin etmək, sosial şəbəkələrdəki hesablara nəzarət, saytları idarə etmək, bir sözlə, mətbuat katibinin görməli olduğu işlərdən ibarətdi. Artıq badminton.az saytı fəalliyətə başlayıb. Qılıncoynatma Federasiyasının rəsmi saytı isə hazırda test rejimindədi. Dizaynı üzərində işlər gedir. Tezliklə "Sabah" Futbol Klubunun saytı da istifadəyə veriləcək. Artıq həm Qılıncoynatma Federasiyasının, həm də "Sabah" Futbol Klubunun yeni loqoları istifadəyə verilib. Gələcək planlara gəlincə, badminton və qılıncoynatma ilə bağlı bir sıra sosial layihələr həyata keçirmək haqda düşünürük. Xüsusilə badmintonu məktəblilər arasında kütləviləşdirmək üçün prezentasiyalar hazırlamağı düşünürük. Bildiyiniz kimi, hazırda badminton üzrə ali təhsil müəssisələri arasında çempionat keçirilir. Burda yerli və xarici tələbələr, o cümlədən idman müəllimləri də oyunçu kimi iştirak edir”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar