20 dek 18:21idman

İlham Əliyev MOK-da idman ilinə yekun vurdu

İlham Əliyev MOK-da idman ilinə yekun vurdu
Elxan Məmmədovla Tahir Gözəl də mükafatlandırıldı
Dünən Milli Olimpiya Komitəsinin inzibati binasında ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev, qurumun İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak edib. Onlar binanın foyesində “4-cü İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” mövzusunda sərgi ilə tanış olub. İlham Əliyev tədbirdə çıxış edib. Onun fikirlərini müəyyən ixtisarla diqqətinizə çatdırırıq: “Bu il idmançılarımız xalqımızı böyük qələbələrlə sevindirib. Azərbaycanda idmanın inkişafı çox sürətlə gedir. Hər il idmançılarımız müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstərir. Bu il də medalların sayı kifayət qədər çoxdu. İdmançılarımız bu il beynəlxalq yarışlarda 851 medal qazanıb ki, onlardan 347-si qızıldı. Keçən illə müqayisədə medalların sayı daha çoxdu. Bu, onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar.
Şahmatçılarımız üçüncü dəfə Avropa çempionu oldu. Bu, böyük qələbədi. Bu nəticə onu göstərir ki, idmançılarımız həm döyüş, həm komanda, həm də intellektual idman növlərində ən yüksək pilləyə qalxır. Məhəmmədrəsul Məcidov boksda, Hacı Əliyev isə sərbəst güləşdə üçqat dünya çempionu oldu. Bu da tarixi qələbədi. Olimpiya idman növündə üçqat dünya çempionu olmaq böyük uğurdu. Azərbaycan idman məktəbinin yetirməsi Ramil Quliyev ilk dəfə yüngül atletika üzrə dünya çempionu oldu. Bu da tarixi qələbədi. Komanda idman növlərində də idmançılarımız çox yaxşı nəticələr göstərib. Bakıda keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatında yığmamız 4-cü yeri tutdu. Onlar medal qazanmağa çox yaxın idi. Yarımfinal görüşündə qalib gələ bilərdilər. Hesab edirəm ki, Avropada voleybol kimi çox məşhur idman növündə 4-cü olmaq da böyük nailiyyətdi. Əlbəttə, futbolçularımız - hamımız üçün doğma olan “Qarabağ” tarixdə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edib. Bu, Azərbaycan futbolunun böyük qələbəsidi və komanda ölkəmizi, xalqımızı, Qarabağı bu oyunlarda ləyaqətlə təmsil edib.
Xatırlayıram, Bakı Olimpiya Stadionunu (BOS) inşa edərkən bəzi fikirlər səslənirdi ki, bu qədər böyük arena bəlkə də bizə lazım deyil, Tofiq Bəhramov adına 30 minlik, başqa stadionlarımız var və bu arena heç vaxt dolmayacaq. Ancaq bu gün həyat göstərir ki, “Qarabağ”ın oyunlarına 60 mindən çox tamaşaçı gəlir. Bu gün BOS dünya miqyasında seçilən olimpiya stadionlarından biridi. Təsadüfi deyil ki, Avropa Liqasının final görüşü də 2019-cu ildə bu stadionda keçiriləcək. Növbəti il Avropa çempionatının bir neçə oyunu da bu stadionda baş tutacaq.
Gimnastika Federasiyasının nümayəndəsi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçildi. Bu da tarixi nəticədi. Çünki bu günə qədər heç vaxt Azərbaycan vətəndaşı Avropa idman federasiyasına rəhbərlik etməmişdi. Bu da son illər ərzində ölkəmizdə gimnastikanın, ümumiyyətlə, idmanın inkişafının təzahürüdü. Ölkəmizdə keçirilən bir çox beynəlxalq yarışlar artıq Azərbaycanı bütün idman ictimaiyyətinə çox dinamik inkişaf edən, müasir, güclü dövlət kimi təqdim etdi və bunun nəticəsidi ki, nümayəndələrimiz indi Avropanın idman ailəsində də yüksək vəzifələr tutur.
Ən böyük qələbəmiz Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın uğurlu çıxışıdı. Bu oyunlar sözün əsl mənasında böyük idman, dostluq, qardaşlıq bayramı idi. Azərbaycan bütün müsəlman ölkələrinin aparıcı idmançılarını qəbul etdi. Əminəm ki, onlar vətənlərinə ən xoş təəssüratlarla qayıdıb. Bu İslamiada bir daha Azərbaycanın gücünü göstərdi. Komanda hesabında Bakı-2017-də birinci olduq.
Bakıda “Formula-1” üzrə Azərbaycan “Qran-pri”si keçirildi. Ümumi rəyə görə, bu, son mövsümün ən yaxşı yarışı hesab olunub. Bu, eyni zamanda bütün dünyaya - yarım milyardlıq tamaşaçı auditoriyasına Bakının gözəlliyini nümayiş etdirir. Təsadüfi deyil ki, 2016-da ölkəmizə gələn turistlərin sayı 24 faizdi və bu ilin 11 ayında daha 20 faiz artıb. Əlbəttə, bunun səbəbləri təkcə “Formula-1” yox, ölkəmizdə gedən inkişaf, sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, müasir infrastruktur, şəhərimizin gözəlliyi, müasir otellər, viza rejiminin sadələşdirilməsidi. Hesab edirəm ki, “Formula-1” ölkəmizin təbliğatı üçün nadir bir yarışdı.
Bölgələrdə Olimpiya İdman Mərkəzlərinin tikintisi davam etdirilir. Bu il Abşeron və Ağcabədidə iki gözəl Olimpiya İdman Mərkəzi istifadəyə verilib. Gələn il dövlət büdcəsində bölgələrdə üç mərkəzin tikintisi nəzərdə tutulub. Onlardan biri istifadəyə veriləcək, ikisində isə tikinti gedəcək. Ondan sonrakı illərdə də biz bu siyasəti davam etdirəcəyik. Bu günə qədər bölgələrdə 43 Olimpiya İdman Kompleksi yaradılıb. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Əminəm ki, idmançılarımız bizi beynəlxalq yarışlarda bundan sonra da sevindirəcək. Bütün bu uğurların səbəbləri aydındı. İdmana dövlət dəstəyi, idmançılarımıza qayğı göstərilir. İdmanla məşğul olan bütün qurumlar – Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vurur. Yəni bizim məqsədimiz Azərbaycanda idmanın inkişaf etdirilməsidi, Azərbaycanın dünyada güclü idman dövləti kimi tanıtdırılmasıdı və idmanın kütləviliyinin təmin olunmasıdı. Regional Olimpiya Mərkəzlərinin tikintisinin səbəbi də məhz budu ki, idman kütləvi xarakter alsın.
Şadam ki, gənc idmançılarımız da bizi qələbələrlə sevindirir. Yeniyetmə, uşaq idmanı olmadan uğurlardan danışmaq mümkün deyil. Gənc nəsil də yetişir, artıq yarışlara çıxır, qələbələr qazanır və beləliklə, idman uğurlarımızın ardıcıllığı təmin olunur. İştirak etdiyimiz bütün yay Olimpiya Oyunlarının nəticələrinə fikir versək, görərik ki, hər dəfə daha böyük sayda medallar qazanırıq. Yəni idmançıların hazırlığı, gənclərin, yeniyetmələrin idman bölmələrinə gəlmələri bu nəticəni təmin edir. İdman nəticələrinə fikir versək, görərik ki, əksər hallarda idman ancaq inkişaf etmiş ölkələrdə sürətlə inkişaf edir. Çünki idmanın inkişafı üçün böyük vəsait lazımdı. Ona görə idmanın inkişafı inkişafımızın ümumi kontekstində mühüm yer tutur. İdman cəmiyyətimizin ayrılmaz hissəsidi. İdmançılar cəmiyyətdə böyük hörmətə malikdi. Onların əksəriyyəti, xüsusən tanınmış idmançılarımız məişətdə də gənclər üçün nümunədi. İdmançılarımızın qələbələri və dövlət tərəfindən onların mükafatlandırılması uşaq, yeniyetmə, gənc idmançılarda da ruh yüksəkliyi yaradır. Onlar da görkəmli çempionlar kimi olmaq, böyük uğurlar qazanmaq, öz bayrağını qaldırmaq istəyirlər və istəyirlər ki, xalq onları tanısın və hörmət etsin. Ona görə bu gün idmana sadəcə, bir sahə kimi baxmaq mümkün deyil. İdman hər ölkənin ictimai həyatında çox böyük rol oynayır. Təsadüfi deyil ki, ölkələr çalışırlar beynəlxalq yarışlarda, dünya çempionatlarında, xüsusilə Olimpiya Oyunlarında daha yüksək yer tutsunlar. Çünki bu, ölkələrə daha böyük şöhrət gətirir.
İdmanın inkişafı bundan sonra da diqqət mərkəzində olacaq. Azərbaycan dövləti idmançılara qayğısını əsirgəməyəcək, idmanın inkişafı üçün nə lazımdısa, onu da edəcəyik. İdmançılara yeni-yeni qələbələr, uğurlar arzulayırıq”.
Sonra bu il yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Prezident ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Ağayar Axundzadə, Zemfira Meftahətdinova, Nağı Babayev, Firat Hüseynov, Vaqif Davudov, Qərib Əliyev və Kamal Əhmədova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Aslan Şirəliyevə "Əməkdar jurnalist", Kamil İsgəndərova "Əməkdar həkim" fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib. Ölkə başçısı AFFA-nın baş katibi Elxan Məmmədova, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözələ və Fərid Qayıbova prezidentin fəxri diplomunu verib. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Əhəd Əliyevə fərdi təqaüdün verilməsi haqda sənədlər təqdim olunub. Tədbirdə həmçinin Azər Həsənov, Namiq Əsgərov, Güloğlan Cabbarov, Xəyal Əhmədov, Faiq Həsənov və Rəsul Məhəmmədov fəxri fərmanlarla təltif edilib. Prezident bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar