18 dek 21:21idman

“Klassiklər” bitirdi, “sərbəstlər” davam edir

“Klassiklər” bitirdi, “sərbəstlər” davam edir
Bakı İdman Sarayında keçirilən güləş üzrə ölkə çempionatı sona çatmaq üzrədi. Şənbə günü yunan-Roma güləşində mübarizəyə yekun vurulub. Həmin gün 60, 67, 77, 87 və 130 kq-da qaliblər müəyyənləşib. 4 çəkidə daha tanınmış idmançılar finala çıxıb. Təcrübəli Kamran Məmmədov Bakıda keçirilən ilk Avropa Oyunlarında erməni Roman Amoyanı üstələməklə məşhurlaşan Elman Muxtarovla qarşılaşıb. Gənc pəhləvan ilk dəfə yuxarı çəkidə güləşdiyindən Məmmədovla bacarmayıb. Sabiq dünya çempionu Həsən Əliyev bu dəfə özünü 77 kq-da sınayıb və çətinlik çəkmədən fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elə İslam Abbasov da 87 kq-ın ağası olduğunu rahat isbatlayıb. Ancaq ən ağır çəkidə Oyan Nəzərianinin finalda Cavid Feyziyevə uduzmasını sürpriz adlandıra bilərik.
Dünən isə sərbəst güləşdə 57, 65, 74, 86 və 97 kq-da medalçılar bəlli olub. Prinsipial görüş ən yüngül çəkinin finalında reallaşıb. Ötən il bu çəkidə Mahir Əmiraslanov Georgi Edişeraşvilini üstələyərək ölkə çempionu olmuşdusa, bu dəfə gənc Əfqan Xaşalov təcrübəli gürcü legioneri yenərək eyni uğura imza atıb. Beləliklə, növbəti dəfə yüngül çəkilərə legionerlərin cəlb olunmasının anlamsızlığı sübuta yetirilib. Ancaq ağır çəkilərdə hələ də gəlmələrlə bacaran yerli pəhləvanımız yoxdu.
Yunan-Roma güləşi
60 kq: 1. Sakit Quliyev (Neftçi), 2. Murad Bazarov (ROİL), 3. Sədi Balabəyov (Cəngi), Murad Məmmədov (MOİK)
67 kq: 1. Kamran Məmmədov (DİN İC), 2. Elman Muxtarov (MOİK), 3. Orxan Eyvazov (MOİK), Şaiq Eyvazov (Göyçay)
77 kq: 1. Həsən Əliyev (MOİK), 2. Hüseyn Abbasov (Sumqayıt), 3. Rüstəm Əliyev (DİN), Azər Hüseynov (Zəngilan)
87 kq: 1. İslam Abbasov (MOİK), 2. Arif Niftullayev (Neftçi), 3. Soltan İsmayılov (MOİK), Orxan Qəhdiranov (DİN)
130 kq: 1. Cavid Feyziyev (Pəhləvan), 2. Oyan Nəzəriani (Atasport), 3. Adəm Cəlilov (Zenit), Əli Həsənov (Göyçay)
Sərbəst güləş
57 kq: 1. Əfqan Xaşalov (Zenit), 2. Georgi Edişeraşvili (Atasport), 3. İslam Bazarqanov (Atasport), Əliabbas Rzazadə (Zenit)
65 kq: 1. Ağahüseyn Mustafayev (MOİK), 2. Qalib Əliyev (MOİK), 3. Ənvərbəy Dalqatov (Atasport), Əhmədnəbi Qvarzatilov (Atasport)
74 kq: 1. Hacımurad Ömərov (Atasport), 2. İsmayıl Abdullayev (Atasport), 3. Coşqun Əzimov (MOİK), Qurban Qurbanov (Atasport)
86 kq: 1. Aleksandr Qostiyev (Atasport), 2. Hacımurad Məhəmmədsəidov (Atasport), 3. Elçin Məmmədov (DİN), İbrahim Yusubov (Qazax)
97 kq: 1. Nurməhəmməd Hacıyev (Atasport), 2. Aslanbek Alborov (Atasport), 3. Firuz Termişli (Siyəzən), Şamil Zubairov (Atasport)
Bu gün çempionata yekun vurulacaq. Son yarış günündə sərbəst güləş üzrə daha 5 çəkidə qaliblər müəyyənləşəcək. “İdman Azərbaycan” vasitəsi ilə yayınlanacaq həlledici qarşılaşmalar bunlardı:
61 kq
final: Mircəlal Həsənzadə (Abşeron) - Cəlal Süleymanov (FHN)
3-cü yer uğrunda: Vüsal Hüseynov (Abşeron) - Pərviz İbrahimov (Abşeron), İntiqam Vəliyev (Neftçi) - Elçin Vəliyev (Lokomotiv)
70 kq
final: Murtuz Müslümov (Atasport) - Məhəmməd Müslümov (Atasport)
3-cü yer uğrunda: Rakif Məmmədov (Bərdə) - Pənah İlyaslı (Qazax), Elvin Alıyev (Yevlax) - Gitinomaqomed Hacıyev (Atasport)
79 kq
final: Cəbrayıl Həsənov (Sərhədçi) - Murad Süleymanov (Gəncə)
3-cü yer uğrunda: Orxan Abbasov (Azəri) - Murad Xalıqov (9 saylı UGİM), Ravil Babazadə (Lənkəran) - Emin Nəcəfzadə (Sərhədçi)
92 kq
final: Şərif Şərifov (Atasport) - Məhəmmədhacı Xatiyev (Atasport)
3-cü yer uğrunda: Asxab Həmzətov (Azəri) - Hacı Əlicanov (Zaqatala), Kənan Əliyev (Qazax) - Cavid Sadıqov (DİN)
125 kq
Final: Cəmaləddin Məhəmmədov (Atasport) - Adəm Cəlilov (Pəhləvan)
3-cü yer uğrunda: Mahir Əliyev (Zenit) - Hüseyn Hüseynov (Zenit), Ramil Usubov (Olimpsport) - Şahin Firudinli (Neftçi)
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar