16 dek 01:48idman

Hacı Əliyev üçün federasiya prezidentinin kimliyi önəmli deyil

Hacı Əliyev üçün federasiya prezidentinin kimliyi önəmli deyil
“Bəlkə də çox güclü futbolçu olmazdım, amma yığma üzvünə çevrilə bilərdim”
İdman Araşdırmalar Mərkəzinin (İAM) “ilin idmançısı” nominasiyası üzrə keçirdiyi sorğuda Hacı Əliyevin qalib olduğunu bilirsiz. Üçüncü dəfə dünya çempionu olaraq sərbəst güləşimizdə ilkə imza atan naxçıvanlı pəhləvan şahmatçı Şəhriyar Məmmədyarovu cəmi 4 səs qabaqlayaraq ilin idmançısı seçildi. Əliyevlə Bakı Olimpiya Stadionunda ayaqüstü söhbətləşdik.
- İlin idmançısı seçildin. İlk növbədə bu haqda fikirlərini bilmək istərdik.
- Əlbəttə, buna görə sevinirəm. 2014-cü ildə də ilin ən yaxşı idmançısı seçilmişdim. Üç ildən sonra yenidən bu ünvana sahib çıxdım. Qazandığım uğurların nəticəsi olaraq ilin ən yaxşı idmançısı seçildim. Ölkə xaricində bayrağımızı qaldırdığım üçün sevinirəm. Nə qədər ki, idmançı karyeramı davam etdirəcəm, hər il bu ada sahib çıxmağa çalışacam.
- Güləşçi olmasaydın, hansı peşəni seçərdin?
- Yəqin ki, futbolla məşğul olardım. Çünki futbol oynamağı xoşlayıram. Bəlkə də çox güclü futbolçu olmazdım. Ancaq yığma üzvünə çevrilə bilərdim.
- İndiyədək ən çətin yarışın hansı olub?
- Asan turnir olmur. Ancaq mənim üçün ən çətin yarış son Olimpiada oldu. Rio-2016-ya hazırlaşarkən 12 kq-a yaxın çəki saldım. Çünki illərdi güləşdiyim 61 kq olimpiya kateqoriyası sayılmırdı. Məcbur idim ki, 57 kq-da güləşim. Döşəyə çıxmazdan əvvəl az qala yıxılırdım. Məşqçilərim buna görə ağlayırdı. Mənim üçün çox çətin idi. Eyni zamanda dünya çempionatları çətin keçib. Hər dəfə çətinliklə qalib gəlmişəm. Şükürlər olsun ki, bu nəticələrə imza atdım.
- Bir qızın var. Onun da gələcəkdə idmançı olmasını istərdin?
- Gələcəkdə oğlum olsa, seçimi onun öhdəsinə buraxaram. Güləş çox çətin idman növüdü. Bu üzdən onu məcburən davamçım etmək istəmərəm. Bəlkə nəticələrimə baxıb həvəslənsə və güləşi seçsə, o zaman onun arxasında dayaq olacam. Qızımın isə idmançı olmasına qarşıyam. Bizim nəsildə qız idmançı yoxdu (gülür). Onun ali təhsilli, savadlı və əxlaqlı bir insan olmasını istəyirəm.
- Bundan sonra 65 kq-da güləşəcəksən. Bu çəkidə özünə əsas rəqib kimi hansı güləşçiləri görürsən?
- Bildiyiniz kimi, Dünya Güləş Birliyi (UWW) çəkilərdə dəyişiklik etdi. Bu üzdən daha öncə 65 kq-da çıxış edənlər yuxarı kateqoriyaya keçdi. Rəqiblər yenilənir. Ola bilsin, daha öncə 61 kq-da mənə rəqib olan güləşçilər 65 kq-da çıxış etsin. Həmin pəhləvanlar mənə tanışdı. Onlardan hansısa gözümü qorxutmur. Heç birindən çəkinmirəm.
- Olimpiadada uduzduğun gürcü Vladimir Xinçeqaşvilidən qisas ala bilməyəcəyin üçün üzülürsən?
- Buna görə çox üzülmürəm. Son dünya çempionatında çəkisini 61 kq-a qaldırdı. Düzdü, onunla qarşılaşmaq mənə nəsib olmadı. Ancaq Xinçeqaşviliyə qalib gələn Hacımurad Rəşidovu finalda məğlub etdim. Mən dünya çempionu oldumsa, Vladimir bürünc medal qazandı. Yəqin ki, onunla yenə qarşılaşacağıq. Ancaq hələ ki 57-61 kq arasında güləşir.
- Klublararası dünya çempionatında İranın “Setareqan Sari” komandasının tərkibində bürünc medal qazandın. Bu yarış haqda nə deyə bilərsən?
- İlk dəfədi bu kluba dəvət alırdım və mundialda debüt edirdim. 65 kq-da güləşdim. Cəmi 2 görüş keçirdim. Birinci qarşılaşmada iranlı pəhləvana uduzdum. Ancaq hakimlərin yerli idmançıya simpatiya bəslədiyini qeyd etməliyəm. Üstəlik, çəki mərasimləri zamanı onları demək olar ki, yoxlamırlar. Debütdə uduzsam da, komandam qələbə qazandı. Yarımfinalda isə əksi baş verdi. Mən İranın digər təmsilçisini üstələsəm də, komandam sonradan çempion olan kluba uduzdu. Əsas odu ki, yarışı zədəsiz başa vurdum.
- Başqa idman növləriylə məşğul olanlardan kimlərlə yaxın münasibətlərin var?
- Daha çox boks, cüdo və karate yığmalarımızın üzvləriylə yaxınam. Ancaq ən çox Orxan Səfərov, Nicat Şıxəlizadə, Rafael Ağayev və Ayxan Mamayevlə dostluq münasibətlərim var.
- Üç dəfə dünya çempionu olmaqla sərbəst güləş tariximizdə ilkə imza atdın. Hansı titul sənin üçün daha yaddaqalandı?
- Sonuncunu fərqləndirə bilərəm. Çünki bu il çempion olmaqla tarixi nəticəyə imza atdım. Rekord olduğundan Parisdəki qələbəm daha yaddaqalan idi.
- Güləşdə kumirin var?
- 7-8 dəfə dünya çempionu olan güləşçilər var. Məsələn, Buvaysar Saytiyev 3 dəfə olimpiya, 6 dəfə dünya və bir o qədər Avropa çempionu olub. İstəyərəm ki, dünya çempionluğu sayında ona çatım. Ancaq onun kimi titullu idmançılar 18-19 yaşından nəticə verməyə başlayıb. Mən isə 23-24 yaşımdan uğurlara start vermişəm. Hər halda, hər şeyi gələcək göstərəcək.
- Yanvarda Hindistanda “Pro Liqa” turniri keçirilmişdi. O zaman Toğrul Əsgərov, Cəbrayıl Həsənov və Mariya Stadnik ölkəmizi təmsil etmişdi. Növbəti analoji yarış üçün sənə də dəvət gəlib?
- Bəli. Növbəti turnirdə mən də iştirak edəcəm. Ancaq burda vəziyyət elədi ki, klubu güləşçi seçmir. Hər pəhləvana 20 min dollar qiymət qoyulur və “Pro Liqa”da mübarizə aparan klublar auksionda həmin güləşçini ələ keçirməyə çalışır. Ən yüksək məbləği kim versə, o da idmançını heyətinə qatır. Bu yarış maddi mənada çox sərfəlidi.
- Bir çox idmançımız üçün Tokio Olimpiadası son yarış olacaq. Sən də karyeranı Yaponiyada başa vurmağı planlaşdırırsan?
- Olimpiya çempionu olsam, idmançı karyeramı bitirib, fəaliyyətimi məşqçi kimi davam etdirəcəm. Ola bilər, başqa sahədə çalışım. İstəyərəm ki, qazandığım nəticələri başqalarının da təkrarlaması üçün yardımçı olum. Ancaq bunu hələ dəqiq deyə bilmərəm. Bəlkə Tokio-2020-nin qalibi olduqdan sonra daha böyük həvəs gələcək və növbəti çempionluqlara çatmaq üçün karyeramı davam etdirəcəm. Bunu zaman göstərəcək.
- Hazırda ölkədə sənə rəqib ola biləcək güləşçi var?
- Yaxşı pəhləvanlarımız var. Ancaq qarşıdakı ölkə çempionatından sonra bu haqda daha dəqiq danışmaq olar.
- Güləş qaydalarındakı son dəyişiklikləri necə dəyərləndirirsən?
- Buna münasibətim çox pisdi. Çünki çəki salıb tərəziyə çıxırsan və iki saatdan sonra güləşməlisən. Bu da çox çətindi. Ancaq buna da öyrəşməliyik.
- Güləş Federasiyasının prezidenti Fazil Məmmədov artıq vergilər naziri deyil. Buna münasibətini bilmək də maraqlı olardı…
- Əvvəlcə onu qeyd edim ki, son aylarda maaşla bağlı problemimiz yoxdu. Artıq vaxtında əməkhaqqımızı alırıq. Müxtəlif yarışlarda qazandığımız uğurlara görə pul mükafatlarını da almışıq. Mən İrandan qayıdanda bu haqda xəbər tutdum. Buna görə narahatlıq yoxdu. Biz idmançılar üçün əsas diqqət və qayğı görməkdi. Belədə nəticə qazana bilirik. Mən də, başqa idmançılar da istəyirik ki, kim federasiya prezidenti olursa, idmançılardan qayğısını əsirgəməsin.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar