15 dek 22:20idman

Voleybolumuz süquta doğru gedir

Voleybolumuz süquta doğru gedir
Cavid Qurbanov yaxın durmur, Faiq Qarayev sponsor axtarır
Voleybolda durğunluq davam edir. Buna hətta böhran da demək olar. Hər halda, nə kişilərin, nə də qadınların ölkə çempionatı başlamayıbsa, buna başqa qiymət verə bilmərik. Bəli, bunu açıq söyləmək lazımdı. Cəmi 3 ay əvvəl Avropa çempionatını təşkil edən Voleybol Federasiyası (AVF) daxili yarışı keçirmək üçün yetərli vəsait tapa bilmir. Çempionat sırf maliyyə çatışmazlığına görə hələ də start götürməyib. Dərd burasındadı ki, AVF maddi vəziyyətinə görə ondan da pis durumda olan Basketbol Federasiyasının kölgəsində qalıb. Çünki basketbol üzrə çempionat ötən aydan başlayıb. Ancaq hələ də voleybolçuların gözü yoldadı. Yəqin ki, artıq məşq etməkdən də beziblər. Çünki indi bütün dünyada çempionat oyunları gedir. Amma bizdə hələ də daxili birinciliyin nə vaxt başlayacağı bilinmir. Əslində buna görə AVF-ni tam qınamaq da olmur. Qurum məhz klub çatışmazlığı üzündən çempionatı keçirə bilmir. Qadınların yarışı üçün cəmi 4 komanda var: “Azərreyl”, “Lokomotiv”, “Abşeron” və “Dəmiryol”. Bu klublar pis-yaxşı heyətini qurub. Ancaq 5-ci iştirakçı tapılmır ki, tapılmır. Çünki Avropa Voleybol Konfederasiyasının (CEV) qaydalarına görə, avrokuboklara təmsilçi çıxarmaq üçün çempionatda minimum 5 komanda iştirak etməlidi. Kişilərdə “Lokomotiv”, “Neftçi”, “Naxçıvan” və MOİK startı gözləyir. Burda da 5-ci komanda ilə bağlı sual var.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, AVF-nin 1-ci vitse-prezidenti Faiq Qarayev özünü oda-közə vurur ki, sponsor tapsın. Gəzən söz-söhbətlərə inansaq, qurumun başqanı Cavid Qurbanov voleybola soyuq yanaşır. Maksimalist ruhda olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri ölkəmizdə keçirilən Avropa çempionatında medal əldə edilmədiyi üçün komandadan, o cümlədən Faiq Qarayevdən narazıdı. Baxmayaraq ki, qitə birinciliyindən sonra komandanı qəbul edən prezident İlham Əliyev sərgilənən mübarizədən və 4-cü yerdən razılığını bildirmiş və 2 milyon manat ayırmışdı. Ancaq deyilənə görə, həmin vəsait borclara xərclənib. Hazırda isə vəziyyət acınacaqlıdı. Artıq üç aydı ki, AVF-də çalışanlar maaş almır. Faiq bəy durumu düzəltmək üçün “yuxarılar”la görüşüb. Amma hələ də bu danışıqların real faydası görünmür. Çünki indi əvvəlki vəziyyət deyil. 6-7 il əvvəl maddi resurslar zəngin olanda olliqarxlar böyük pul vəsaitini bu idman növünə xərclədi. Hərçənd vəsait düzgün istiqamətdə xərclənmədiyindən, demək olar ki, voleybolumuza heç bir xeyir vermədi. Elə bu idman növünün indi bu kökə düşməsinin səbəbi də 6-7 il əvvəl aparılan siyasətin yanlış olmasının nəticəsidi. Bir sözlə, ölkə rəhbərliyi məsələyə əl qoymasa, çempionatın taleyi sual altında qalacaq. Belədə federasiya əvvəlki sistemə keçmək haqda fikirləşə bilər. Necə ki, birvaxtlar yığma üzvlərindən formalaşmış “Azərreyl” yalnız avrokuboklarda mübarizə aparırdı. Bu isə ən son və arzu olunmayan variantdı. Çünki belədə voleybolda kütləviliyə böyük zərbə dəyəcək. Çoxsaylı yeniyetmələr kənarda qalacaq. Beləliklə, daha bir ənənəsi olan idman növü süquta uğrayacaq. Bu isə özünü idman ölkəsi sayan Azərbaycana qətiyyən yaraşmır.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar