14 dek 18:02idman

Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi

Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi
Bu il Bakıda baş tutan “Formula-1” üzrə Azərbaycan “Qran-pri”si dünyanın aparıcı kütləvi informasiya vasitələrində keçirilmiş sorğularda avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçilərinin əksəriyyəti tərəfindən mövsümün ən həyəcanlı və ən gözlənilməz anlarla dolu yarışı kimi qiymətləndirilib. Xüsusən Luis Hemiltonla Sebastyan Fettel arasında baş vermiş toqquşma avtoidman tarixində ən yaddaqalan hadisələrdən biri olub. Bakıda baş tutan son yarışda “Red Bull”un pilotu Daniel Rikkyardo fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onu “Mersedes”in üzvü Valteri Bottasla “Uilyams”ın pilotu Lens Stroll izləyib. İlk “3-lüy”ü qapayan Stroll bu nəticə ilə “Formula-1” tarixində debüt ilində fəxri kürsüyə çıxan ən gənc pilot ünvanına yiyələnib.
Bundan başqa, “Formula-1”in təkər təchizatçısı “Pirelli” şirkətinin açıqladığı son hesabatda bildirilir ki, bu il “Qran-pri”lər arasında ən çox ötmə (42) Bakıda qeydə alınıb. Bunlardan birində Rikkyardo bir dəfəyə üç bolidi keçib və bu, ilin ən yaxşı ötməsi seçilib. “Daily Mail”, “The Times”, “The Guardian”, “Sky Sports”, “Bild am Sonntag” və “ViaSat” Azərbaycan “Qran-pri”sini ilin yarışı kimi fərqləndirib.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov beynəlxalq medianın apardığı qiymətləndirmələrin nəticələrinə belə münasibət bildirib: “Biz çox şadıq ki, Azərbaycan “Qran-pri”si bütün dünyada avtoidman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Burda fürsətdən istifadə edərək BŞH-nin bütün kollektivinə təşəkkürümü bildirirəm. Məhz onların əməyi və əzmi nəticəsində bu il belə möhtəşəm yarışı reallaşdırdıq. Bakıda baş tutan ikinci “Formula-1” yarışı onu göstərdi ki, trek bizim uzun müddətdi həyata keçirməyə çalışdığımız ən baxımlı yarışa evsahibliyi etməklə artıq öz xüsusiliyini ortaya qoya bilib. Son illər belə dramatik hadisələr və gərginliklə dolu başqa bir yarışı xatırlamaq mümkün deyil. Bundan başqa, ötən yarışda həm yerli, həm də beynəlxalq tamaşaçıların yarışa göstərdiyi maraqda böyük artım qeydə alındı və həmçinin “Formula-1” həvəskarlarına unudulmaz əyləncə proqramı təqdim etdik. Əminik ki, gələn il trekdə və trekdən kənardakı möhtəşəm məqamları ilə bütün avtoidman həvəskarlarına əvvəlkilərdən daha artıq həyəcanlı anlar bəxş edəcəyik. Yeri gəlmişkən, bütün “Formula-1” azarkeşlərini gələn ilin aprelində Bakıya gəlib, yarışı yerində canlı izləməyə dəvət edirəm. Deyəcək tək bir sözüm qalıb: gözlənilməyəni gözləyin! Gələn il Bakıda görüşənədək”.
Qeyd edək ki, Bakıda növbəti “Formula-1” yarışı aprelin 27-29-u aralığında keçiriləcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar