10 dek 21:35idman

Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı

Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı
“Onu apara bilsəydik, ən azı 5-ci yer uğrunda mübarizə aparardıq”
Rusiyanın Çeboksarı şəhərində keçirilən Dünya Kubokunda qadın güləşi yığmamızın 7-ci yeri tutduğunu bilirsiz. Qrupda Monqolustan, Çin və Ukraynaya uduzan milli son görüşdə İsveçə qalib gələ bilmişdi. Ancaq komanda səfərə nədənsə tam heyətlə çıxmamışdı. 75 kq-da təmsilçimiz yox idi. Bundan başqa, komandanın lideri Mariya Stadnikin və böyük perspektiv vəd edən Leyla Qurbanovanın heyətdən kənarda qalması diqqətimizi çəkdi. Qaranlıq məqamlara aydınlıq gətirmək üçün yığmanın məşqçisi Rövşən Umudovla əlaqə saxladıq: “Yarışa tam heyətlə yollana bilmədik. 4-cü İslam Həmrəyliyi Oyunlarının medalçısı, gənclər arasında dünya çempionu Sabirə Əliyeva zədələndiyindən ən ağır çəkidə təmsilçimiz olmadı. Onu apara bilsəydik, ən azı 5-ci yer uğrunda mübarizə aparardıq. Qrupdakı son qarşılaşmada Ukraynanı 4:3 üstələyirdik. Ancaq 75 kq-da təmsilçimiz olmadığından həmin görüşü 0:10 hesabıyla uduzmuş sayıldı. Belədə ümumi hesab 4:4 olsa da, şəxsi görüşlərdəki xallar toplananda Ukrayna qalib gəldi. İsveçi ruslar güclə udmuşdu. Biz isə skandinavlara 7:1 hesabıyla qalib gəldik. Əslində ilk qarşılaşmada Monqolustanı məğlub edə bilərdik. İki görüşdə başa-baş mübarizə getdi. Hətta deyərdim ki, hakimlər Elin Manolovaya (69 kq) qarşı haqsızlıq etdi. Ümumi baxanda pis güləşmədik. Yalnız Çinlə görüşdə zəif çıxış etdik. Bütün yığma üzvləri qarşılaşmadan məğlub ayrıldı. Leyla Qurbanovanı da Rusiyaya aparmışdıq. Ancaq onun qolunda problem var. Güləşən kimi çıxır. Əməliyyat olunmuşdu. Ancaq yenə də problem davam edir. Yenidən əməliyyata ehtiyac var. Maşaya (Mariya Stadniki nəzərdə tutur – S.) gəlincə, o hazır deyildi. Bu üzdən Dünya Kubokunda iştirak etmədi. Həm də ailəvi problemlərinin olduğunu dedi. Gələn ildən yarışlarda iştirak edəcək. Maaş probleminə görə bu addımı atıb? Yox, belə şeydən söhbət gedə bilməz. Ümumiyyətlə, qadınlardan ibarət yığmada heç kim pula görə məşqi buraxmır. Bizdə qətiyyən belə şey ola bilməz.
Leyla Qurbanova və Türkan Nəsirova perspektivli və sürətli güləşçilərdi. Ancaq qadın güləşində psixoloji amillər ön plana çıxır. Kişilərdən fərqli, qadınlarda güclü xarakter olmur. Bu baxımdan Maşa başqalarından fərqlənir. Düzdü, Stadnikin də sindromu var. Məsələn, onun yaponlarla görüşü heç cür alınmır. Bütün ölkələrin güclü güləşçilərinə böyük fərqlə qalib gəlir. Ancaq yaponlarla bacarmır. Halbuki onun uduzduğu yapon asan qalib gəldiyi Amerika və ya Çin güləşçisi ilə görüşdə çətinliklə üzləşir. Ümumiyyətlə, bizim qadın güləşçilərdə dözümlülük çatmır. Əsas problem isə parterdədi. Ayaqüstə güləşəndə kimdənsə geri qalmırlar. Ancaq yerdə çətinliklə üzləşirlər. Böyük məşqçi Aslan Ağayevlə bu haqda söhbətimiz olub. Bəlkə də bundan sonra hazırlıq prosesində parter üzərində daha çox işlədik”.
Bu il üçün beynəlxalq yarışlar başa çatsa da, yığmamız hələ ki istirahətə çıxmayıb. Umudov gələcək planlardan da danışdı: “Hazırda Güləş Mərkəzində məşqlərimizi davam etdiririk. Dekabrın 15-dək hazırlıq prosesi davam edəcək. Ondan sonra yeni ilədək komandanı istirahətə buraxacağıq. Gələn ilin əvvəlindən hazırlıq prosesini bərpa edəcəyik. Əvvəlcə bizi Türkiyə və Rusiyada turnirlər gözləyir. Qardaş ölkədə Yaşar Doğunun xatirəsinə keçirilən ənənəvi yarışda mübarizə aparacağıq. Həmçinin Krasnoyarskda keçiriləcək “Qran-pri”də qüvvəmizi sınayacağıq. Bundan sonra isə Rusiyanın Kaspiysk vilayətində təşkil olunacaq Avropa çempionatına hazırlaşacağıq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür Dünən, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi Dünən, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” Dünən, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu Dünən, 22:17 Yığma İranda turnirə qatılacaq Dünən, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Dünən, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Dünən, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Dünən, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Dünən, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Dünən, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Dünən, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Dünən, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Dünən, 18:55 Yarım mövsümün rəqəmli tablosu Dünən, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Dünən, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Dünən, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Dünən, 18:49 Məkan və saat dəqiqləşdi Dünən, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Dünən, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Dünən, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Dünən, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Dünən, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Dünən, 18:37 "Keşlə"də daha bir ukraynalı Dünən, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb 17-01-2018, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı 17-01-2018, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib 17-01-2018, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! 17-01-2018, 18:21 Vitali Borisov məşqlərə qoşuldu 17-01-2018, 18:19 Liderlər sürprizə imkan vermədi 17-01-2018, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular 17-01-2018, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə 17-01-2018, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi 17-01-2018, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi 17-01-2018, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bütün xəbərlər
Ən çox oxunanlar